Mariya Fransiska Braqanza (isp. Maria Francisca de Assis da Maternidade Xavier de Paula e de Alcântara Antónia Joaquina Gonzaga Carlota Mónica Senhorinha Sotera e Caia de Bourbon e Bragança) (22 aprel 1800[1][2] – 11 sentyabr 1834) — İspaniya və Portuqaliya infantası.
İnfanta Mariya Fransiska Braqanza | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1800[1][2] |
Vəfat tarixi | 11 sentyabr 1834 (34 yaşında) |
Dəfn yeri |
|
Anası | İnfanta Şarlotta (Portuqaliya kraliçası) |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. Nənəsi I Mariyanın səltənətində doğulan Mariya Fransiska 22 sentyabr 1816-cı ildə Madriddə dayısı İnfant Karl İsidroyla evləndirildi. Cütlüyün bu evlilikdən 3 oğlu dünyaya gəldi.
Digər dayısı VII Ferdinandın ölümündən sonra İspaniyada başlayan taxt mübarizəsində o və əri 3 yaşlı dayısı qızı II İzabellanın səltənətini qəbul etmədi. Nəticədə bütün ailəsiylə birlikdə ölkədən sürgün olundular və öncə Portuqaliyaya, daha sonra isə İngiltərəyə köçdülər. İngiltərədə ikən Mariya Fransiskanın səhhəti pisləşdi və 4 sentyabr 1834-cü ildə vəfat etdi. Cənazəsi ilk öncə burada Müqəddəs Məryəm kilsəsinə dəfn olunsa da, daha sonra qalıqları İtaliyadakı Triest Kafedralına köçürüldü. Vəfatından 4 il sonra, bacısı Mariya Tereza dul qalan əriylə evləndi və övladları xalası olan ögey analarının himayəsində böyüdü.