İnfanta Eulaliya (isp. María Eulalia Francisca de Asís Margarita Roberta Isabel Francisca de Paula Cristina María de la Piedad) (12 fevral 1864[1][2][…], Madrid – 8 mart 1958[1][2][…]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası.
İnfanta Eulaliya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 fevral 1864[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 8 mart 1958[1][2][…] (94 yaşında) |
Fəaliyyəti | yazıçı |
Atası | Fransisko Asis Burbon |
Anası | II İzabella |
Həyat yoldaşı | Orleanlı Antonio Filipp |
Uşaqları |
Orleanlı İnfant Alfonso Orleanlı İnfant Luiz |
Vikianbarda əlaqəli mediafayllar |
4 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı.
6 mart 1886-cı ildə xalası oğlu Orleanlı Antonio Filipplə evləndi. Əslində bir il öncə planlaşdırılan toy mərasimi Eulaliyanın qardaşı XII Alfonsonun ölümü səbəbilə təxirə salındı. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi. İkinci oğlunun doğumundan sonra cütlük ayrıldı və Eulaliya qalan ömrünü İspaniya və Parisdəki mülklərində keçirdi.
1893-cü ilin mayında Eulaliya ABŞ-yə səyahət etdi. Burada prezident Qrover Klivlend tərəfindən Ağ evdə qarşılandı və ABŞ-nin müxtəlif əyalətlərinə səfər etdi. 9 fevral 1958-ci ildə keçirdiyi ürək tutmasının ardından Eulaliya 8 martda vəfat etdi.