İnfanta Luiza Ferdinanda (isp. María Luisa Fernanda de Borbón y Borbón-Dos Sicilias) (30 yanvar 1832[1][2], Madrid – 2 fevral 1897[2], Sevilya) – İspaniya kralı VII Ferdinandın qızı, İspaniya infantası. Bacısı II İzabellanın yetkinlik yaşına çatan qızı İnfanta İzabellanın dünyaya gəlişinədək (1851) İspaniya taxtının varisi oldu.
İnfanta Luiza Ferdinanda | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Luisa Fernanda de Borbón |
Doğum tarixi | 30 yanvar 1832[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1897[2] (65 yaşında) |
Vəfat yeri | |
Atası | VII Fernando |
Anası | Siciliyalı Mariya Kristina |
Uşaqları | |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
1846-cı ildə bacısı II İzabella əmisi oğlu Fransisko Asisla evləndi və həmin gün hələ 14 yaşında olan Luiza da Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuanla evləndirildi. Cütlük nikahdan sonra Parisə köçsə də, daha sonra Sevilyada yaşamağa başladı. Ərinin kraliçaya qarşı müxalif olması səbəbilə bacılar arasındakı münasibət pis idi.
Öncə 1848-ci ildə qaynatasının taxtdan devrilməsi ilə İspaniyaya, daha sonra 1868-ci ildə isə bacısının taxtdan endirilməsiylə Fransaya sürgünə gedən cütlük uzun müddət burada nəzarət altında yaşadı.