Siciliyalı Mariya Kristina (isp. Maria Cristina Ferdinanda di Borbone) (27 aprel 1806[1][2][…], Palermo[5] – 22 avqust 1878[1][3][…], Havr[5]) — İspaniya kralının xanımı.
Siciliyalı Mariya Kristina | |
---|---|
isp. María Cristina de Borbónuhj | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1806[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 avqust 1878[1][3][…] (72 yaşında) |
Vəfat yeri | |
Atası | I Fransisk (İki Siciliya kralı) |
Anası | Mariya İzabella (İki Siciliya kraliçası) |
Həyat yoldaşları |
|
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[6] |
|
|
Təltifləri | |
Monoqram | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası İki Siciliya kralı I Fransisk, anası isə İspaniya kralı IV Karlın qızı Mariya İzabelladır. 23 yaşında ikən dayısı olan İspaniya kralı VII Ferdinandla evləndi və bu nikahdan 2 qızı — İnfanta İzabella və İnfanta Luiza Ferdinanda dünyaya gəldi. Kral bundan öncə 3 dəfə evlənsə də, hələ də oğul varisi yox idi. Dünyaya gələn qızlarının isə 1789 tarixli vərasət qanuna əsasən taxt hüququ yox idi. Bu səbəblə kralın qardaşları İnfant Karl İsidro və İnfant Fransisk Paul arasında varislik uğrunda mübarizə başlamışdı.
Kralın 29 sentyabr 1833-cü ildə vəfat etməsinin ardından taxt mübarizəsi daha da şiddətləndi. Saray daxilində kralın 3 yaşlı qızı İzabella tələm-tələsik taxta oturduldu və ertəsi gün bütün ölkəyə kraliçanın taxta çıxarıldığı, dul kraliça Mariya Kristinanın isə onun naibəsi olduğu elan edildi. Ancaq kralın qardaşı Don Karl İsidro bunu tanımadı və yerli əyanların dəstəyini alaraq mübarizəsini davam etdirdi.
Ancaq çox keçmədən ortaya çıxan skandal hər şeyi dəyişdirdi. Belə ki, mərhum kralın ölümündən 3 ay sonra Mariya Kristina gizlicə saray mühafizəçilərindən biriylə evləndi. Bütün saray bu cütlük arasındakı münasibəti bilsə də, ertəsi il dul kraliçanın bir oğul övladı dünyaya gətirməsinin ardından bunun xalq tərəfindən bilinməsi böyük bir skandala səbəb oldu. Artan etirazların sonunda Mariya Kristina 1840-cı ildə naibəlikdən imtina edərək əriylə birlikdə Fransaya qaçdı. Cütlüyün növbəti illərdə 7 övladı daha dünyaya gəldi.
Kraliçanın yeni naibi General Baldomerin vəzifədən alınmasının ardından cütlük ölkəyə geri döndü. Ancaq ömrünün geri qalanında əsas iqamətgahı Fransa olaraq qaldı və 22 avqust 1878-ci ildə burada vəfat etdi.