İnfanta Mariya Luiza (isp. María Luisa Josefina Antonieta Vicenta) (6 iyul 1782[1][2][…] – 13 mart 1824[1][2][…], Roma, Papa dövləti) – Etruriya kralının xanımı, İspaniya kralı IV Karlın qızı və İspaniya infantası. Yeni yaradılan və qısa ömür sürən Etruriya krallığının yeganə kraliçası oldu.
İnfanta Mariya Luiza | |
---|---|
isp. Maria Luisa Josefina Antonieta Vicenta | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyul 1782[1][2][…] |
Vəfat tarixi | 13 mart 1824[1][2][…] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Atası | IV Karl (İspaniya kralı) |
Anası | Parmalı Mariya Luiza |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ 13 yaşında ikən 1795-ci ildə dayısı oğlu Parmalı Lüdoviklə evləndi. Cütlük evliliklərinin ilk ilini İspaniya sarayında keçirdi və ilk övladları olan Lüdovik burada dünyaya gəldi. 1801-ci ildə Fransa və İspaniya arasında bağlanan sülhün ardından əri Lüdovik Parma hersoqluğundan istehfa etmə qarşılığında yeni yaradılan Etruriya krallığının taxtına əyləşdi. Cütlük 1801-ci ilin avqustunda yeni krallığın paytaxtı Florensiyaya gəldi. 1802-ci ildə İspaniyaya etdiyi qısa səyahət əsnasında Mariya Luiza ikinci övladını dünyaya gətirdi. Ancaq ərinin səltənəti çox çəkmədi və Lüdovik 1803-cü ildə vəfat etdi. Mariya Luiza Etruriya kralı təyin edilən oğlu II Lüdovikə kral naibəsi olaraq xidmət etdi. Florensiyadakı hakimiyyəti boyunca yerli əhalinin dəstəyini qazanmağa çalışsa da, 1807-ci ildə Napoleon Bonapartın bölgəni işğal etməsiylə Mariya Luiza və övladları bölgəni tərk etdi.
Milanda Napoleon Bonapartla görüşən Mariya Luizanın apardığı danışıqlar nəticə vermədi və ailəsiylə birlikdə İspaniyaya sürgün edildi. İspaniya sarayı isə daha çətin vəziyyətdə idi. Belə ki, qardaşı İnfant Ferdinand atasına qarşı saray çevrilişi tərtibləmişdi və ölkədə vətəndaş müharibəsi başlamışdı. Napoleon Bonapart burada da işə qarışdı və devrilmiş kralla ailəsini məsələni həll etmək üzrə Fransaya dəvət etdi. Ancaq monarx ailəsini burada qarşıladıqdan sonra Bonapart ailəni əsir aldı və qardaşı Jozefi İspaniya kralı təyin etdi. Əsir tutulduğu müddət ərzində ailə içərisində fransızlara qarşı müqavimət göstərən yeganə şəxs oldu. Hətta əsirlikdən gizlicə qaçma planı hazırlasa da, bu planı üzə çıxdı və cəza olaraq oğlundan ayrıldı və qızıyla birlikdə Romada bir monastıra həbs edildi.
Napoleon Bonapartın 1814-cü ildə devrilməsinin ardından Mariya Luiza azadlığa buraxıldı. Ancaq oğlunun taxt haqqını geri qazanmaq üçün Romada qalmağa davam etdi. Ancaq ertəsi il keçirilən Vyana konqresində verilən qərarla Etruriya krallığı ləğv edildi və Mariya Luizaya yalnız Lukka hersoqluğu verildi. Bu vəzifədə ikən Mariya Luiza 1824-cü ildə xərçəng xəstəliyindən vəfat etdi.