Peşəkar Futbolçular Assosiasiyası ilin gənc futbolçusu (bəzən PFA ilin gənc futbolçusu, və ya sadəcə ilin gənc futbolçusu) mükafatı mövsümün 23 və ondan aşağı yaş üzrə futbolçular arasında ilin ən yaxşı göstəricilərinə malik gənc futbolçusuna təqdim edilən illik futbol mükafatıdır.[1] Mükafat 1973/74 mövsümündən etibarən sahibinə təqdim edilir və qalib futbolçuların üzv olduqları həmkarlar ittifaqında həmçinin Peşəkar Futbolçular Assosiasiyasında (PFA) aparılan sorğu əsasında seçilir. İlk qalib "İpsviç Taun" klubunda oynamış Kevin Betti olmuşdur. Mükafatın hazırkı sahibi isə "Tottenhem Hotspur" klubunda çıxış edən Dele Allidir.
Baxmayaraq ki, mükafat İngiltərənin bütün futbol liqalarında[1] oynayan futbolçular üçün seçiləbilən xarakter daşıyır amma bütün qaliblər yüksək liqalarda çıxış etmiş futbolçular olmuşdur. 2017-ci il daxil olmaqla yalnız Robbi Fauler, Rayan Qiqqz, Ueyn Runi və Dele Alli mükafatı bir dəfədən artıq qazana bilmişdir. Birləşmiş Krallığa daxil olmayan yanız 5 futbolçu mükafatı qazanmağa müvəffəq olmuşdur.[2] Premyer liqa tarixində doqquz futbolçu ilin gənc futbolçusu mükafatıyla bərabər həmçinin PFA ilin futbolçusu adını da qazana bilmişdir.
Mükafata namizədlərin siyahısı aprel ayında dərc edilir və mükafatın qalibi bir neçə gün sonra baş tutacaq olan həmçinin digər Premyer Liqa xarakterli mükafatlarında təqdim edildiyi London qala gecəsində sahiblərinə təqdim edilir.[3] Mükafatı qazanmış futbolçu bunu nüfuzlu bir qalibiyyət kimi qəbul edir çünki o, bunu peşəkar həmkarları hesabına qazanmış olur.[4]
Mükafat 2017-ci ildə daxil olmaqla 40 müxtəlif futbolçuya 44 dəfə təqdim olunub.[5][6][7] Siyahıda həmçinin bu mükafatla yanaşı İngiltərə futbolunun digər nüfuzlu mükafatları sayılan PFA ilin futbolçusu,(PPY)[6][7][8][9] futbol yazarları assossasiyasının tərtib etdiyi ilin futbolçusu (FWA) və PFA azərkeşlərinə görə ilin futbolçusu (FPY) mükafatını qazanmış futbolçular işarə ilə göstərilib.[10]
Ölkə | Qalib sayı | Qalib olduğu illər |
---|---|---|
İngiltərə | 1973–74, 1974–75, 1975–76, 1977–78, 1978–79, 1979–80, 1980–81, 1981–82, 1983–84, 1985–86, 1986–87, 1987–88, 1988–89, 1989–90, 1990–91, 1993–94, 1994–95, 1995–96, 1996–97, 1997–98, 2000–01, 2002–03, 2003–04, 2004–05, 2005–06, 2008–09, 2009–10, 2010–11, 2011–12, 2014–15, 2015–16, 2016–17 | |
Uels | 1982–83, 1984–85, 1991–92, 1992–93, 2001–02, 2012–13 | |
Şotlandiya | 1976–77 | |
Fransa | 1998–99 | |
Avstraliya | 1999–2000 | |
Portuqaliya | 2006–07 | |
İspaniya | 2007–08 | |
Belçika | 2013–14 | |
Almaniya | 2017–18 |
Klub | Qalib sayı | Qalib olduğu illər |
---|---|---|
Mançester Yunayetd | 1984–85, 1990–91, 1991–92, 1992–93, 1996–97, 2004–05, 2005–06, 2006–07 | |
Tottenhem Hotspur | 1979–80, 2011–12, 2012–13, 2014–15, 2015–16, 2016–17 | |
Arsenal | 1986–87, 1988–89, 1998–99, 2007–08, 2010–11 | |
Liverpul | 1982–83, 1994–95, 1995–96, 1997–98, 2000–01 | |
Aston Villa | 1976–77, 1980–81, 2008–09, 2009–10 | |
Nyukasl Yunayted | 1987–88, 1993–94, 2001–02, 2002–03 | |
Vest Hem Yunayted | 1974–75, 1985–86 | |
Sauthempton | 1981–82, 1989–90 | |
Çelsi | 2003–04, 2013–14 | |
İpsviç Taun | 1973–74 | |
Mançester Siti | 1975–76, 2017–18, 2018–19 | |
Nottingem Forest | 1977–78 | |
Vest Bromviç Albion | 1978–79 | |
Luton Taun | 1983–84 | |
Lids Yunayted | 1999–2000 |