Bu məqalə portuqaliyalı futbolçu haqqındadır. Braziliyalı futbolçu üçün Ronaldo (braziliyalı futbolçu) səhifəsinə baxın. |
Kriştiano Ronaldo dos Santos Aveiro (port. Cristiano Ronaldo dos Santos Aveiro; 5 fevral 1985[1][2][…], Funşal[d], Portuqaliya) — portuqaliyalı peşəkar futbolçu. Əl-Nəsr və Portuqaliya milli komandasında hücumçu və kapitan kimi çıxış edir. Ronaldo indiyə qədərki ən yaxşı oyunçulardan biri hesab olunur. Beş dəfə "Qızıl Top" mükafatı qazanıb (2008, 2013, 2014, 2016, 2017).
Kriştiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. Cristiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Cristiano Ronaldo dos Santos Aveiro | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | CR7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 5 fevral 1985[1][2][…] (39 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.89 m [3] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 85 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Əl Nəsr | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Ronaldonun "Mançester Yunayted" klubundan "Real Madrid"ə keçidi üçün 107 milyon€ (107 milyon avro) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirib. Real Madrid ilə bağladığı müqaviləyə əsasən ildə 20 milyon avro qazanan Ronaldo, dünyanın ən çox qazanan futbolçusu idi.[6] 2018-ci ildə İtaliyanın "Yuventus" klubuna keçib. 2021-ci ildə Mançester Siti klubuna geri dönüş edib. Burada keçirdiyi pis mövsümdən sonra 2023-cü ildə Səudiyyə Ərəbistanın Al-Nəsr komandasına keçib. Kriştiano Ronaldo futbol karyerasında 915 qol vurub.
Kriştiano Ronaldo 5 fevral 1985-ci ildə Portuqaliyada anadan olub.[7][8] O, Maria Dolores və Xose Dinis Aveirodan dünyaya gələn dörd uşağın ən kiçiyidir. Anası aşpaz və xadimə kimi, atası isə həm bağban, həm də "Andorinha" futbol klubunda part-taym olaraq çalışıb.[9][10][11][12][13] Ata tərəfdən ulu nənəsi afrikalı olub.[14][15] Ronaldonun Hüqo adında bir böyük qardaşı, Elma və Liliana adlı iki böyük bacısı var.[16] Atası ABŞ prezidenti Ronald Reyqana heyran olduğu üçün ona bu adı verib.[17] Anası hamilə ikən imkansızlıq və ərinin içki problemi səbəbindən onu abort etdirməyi planlaşdırırdı.[18][19] Ancaq o vaxt Portuqaliyada abort qanuna zidd olduğu üçün həkimlər bunu etməkdən imtina etmişdir.[20] Ronaldo aztəminatlı ailədə böyüyüb, evlərində qalmağa yer məhdud olduğu üçün qardaş-bacıları ilə eyni yataq otağını bölüşməli olub.[21]
Ronaldo kiçik yaşlarında, 1992–1995-ci illərdə atasının işlədiyi "Andorinha" klubunda futbol oynamağa başlamışdı.[22][11] Daha sonra iki il Nasional klubunda çıxış etmişdir. 1997-ci ildə, 12 yaşında olan Ronaldo Portuqaliyanın "Sportinq" futbol klubu ilə sınaq keçirdi. O, üç günlük sınaq zamanı məşqçiləri heyran etmişdi. Klub onu 1500 funt sterlinq müqabilində oyunçu kimi almağa qərar verdi. O, istedad və bacarıqlarını inkişaf etdirmək məqsədilə klubun təlim proqramına qoşulmaq üçün doğma şəhəri Madeyradan Lissabona köçmüşdür. Ronaldo 14 yaşında olanda futbola o qədər bağlı idi ki, təhsilini davam etdirmək əvəzinə idmanda karyera qurmağı üstün tutmuşdu.[23][24][25] O, məktəbə 6-cı sinifə qədər getmiş, ona hörmətsizlik edən müəllimə stul atdığı üçün məktəbdən qovulmuşdur.[26][27] Ronaldoya gənc yaşında taxikardiya diaqnozu qoyulub — bu ürəyin normaldan daha sürətli döyünməsinə səbəb olan ürək xəstəliyi idi.[28] Bundan sonra Ronaldo ürəyindən əməliyyat olunmuş və qısa müddət sonra xəstəxananı tərk etmişdir. O, bir neçə gün sonra yenidən məşqlərə qayıtmışdır.[29]
2021-ci ildə Kriştiano Ronaldonun anası Dolores Aveiro "Sporting FK"nın rəsmi telekanalına verdiyi müsahibəsində oğlunun futbolçu olmasaydı, çox güman ki, usta olacağını demişdir.[30]
Ronaldon Sporting FK-da oyandığı oyun Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştiano £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunu qazandı.
Ronaldo 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008,2013,2014,2016-cı illərdə Qızıl top mükafatını qazandı.[31] Ronaldo həmçinin bu mükafatın 2007, 2009, 2011.2012 və 2015-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştiano həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu və bu mükafatı 4 dəfə qazanan ilk və hələki tək futbolçudur. Ronaldo 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2008,2013 və 2014-cü illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldo 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur. Ronaldo Real Madrid tarixinin ən qolçu oyunçusudur. O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur. Potuqaliya yığmasında 132 oyunda 61 qol vuran Ronaldo yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur. Kriştiano Ronaldo çıxış etdiyi Real Madrid klubunun heyətində 2011–12 mövsümündə bütün klubların qapısına yol taparaq, bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olmuşdur. Ronaldo hələ 23 yaşındaykən çıxış etdiyi Mançester Yunayted klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarımmüdafiəçisi kimi də adını tarixə yazdırmışdır. Kriştiano futbol tarixində 4 fərqli Avropa Çempionatında qol vuran yeganə futbolçudur, həmçinin 9 qolla Avropa Çempionatı tarixində ən çox qol vurmuş oyunçudur. Portuqaliyalı 2004, 2006, 2008, 2010, 2012, 2014, 2016-cı illərdə keçirilmiş Dünya və Avropa çempionatlarında qol vurmaqla, 7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur. Kriştiano Ronaldo 21-ci əsrin bombardiridir. Belə ki, müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "futbol kralı"ndan geridə qalır.
Ronaldo hal-hazırda əksər futbol mütəxəssisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri, idman yazarları və mütəxəssislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir. Kriştiano təkcə hələ Real Madriddə 450 qol vurub.
2024-cü ilin sentyabrın 5-də UEFA Millətlər Liqasında Portuqaliyanın Xorvatiya üzərində 2–1 hesablı qələbəsi il yekunlaşmış matçda o, karyerasının 900-cü qolunu vurub.[32]
Atası 2005-ci ildə 51 yaşında kəskin qaraciyər çatışmazlığından ölüb. Ronaldo demişdi ki: "Onu yaxşı tanımırdım. Əyyaş adam idi. Bu günə kimi heç oturub düz əməlli söhbət eləməmişdik". Xatırladaq ki, Ronaldonun atası məcburi hərbi xidmətə çağırılaraq müharibəyə aparılmışdır. Həmin müharibədə məqsəd Portuqaliyanın müstəmləkəsi olan Anqolanın müstəqillik əldə etməsinə mane olmaq idi. Bununla belə, Portuqaliya müharibəni uduzmuş və Ronaldonun atası isə orada dəhşətli hadisələrin şahidi olduğu üçün psixi sağlamlığını itirərək içkiyə qapılmışdır.[33] Atası Ronaldonun dünya şöhrətli futbolçu olmasını görə bilmədən dünyasını dəyişib.
Ronaldo stadiondan kənarda xeyriyyə işləri ilə məşğul olur. 2015-ci ildə o, ehtiyacı olan uşaqlara kömək etmək üçün "Kriştiano Ronaldo Fondunu" (Cristiano Ronaldo Foundation) təsis edib və o vaxtdan bəri milyonlarla dollarını xeyriyyə məqsədləri ilə bağışlayıb.[34]
2015-ci ildə alimlər yeni kəşf etdikləri bir qalaktikaya Ronaldonun ləqəbini veriblər - CR7. Belə ki, bu qalaktikanın tam adı "COSMOS Redshift 7"dir.[35] Qeyd etmək lazımdır ki, sözügedən qalaktika kainatdakı ən parlaq ulduzları ehtiva edən qalaktikalardan biridir. Həmçinin bu qalatika Böyük partlayışdan qısa müddət sonra meydana gəlib və ilk nəsil ulduzlardan bəzilərini ehtiva edir.[36]
Ronaldonun ən sevdiyi yeməklərdən biri Portuqaliya mətbəxinə aid olan "Bacalhau à Brás"dır.[37]
Ronaldo hər zaman şəxsi həyatını son dərəcə gizli saxlamağa çalışıb. Heç vaxt evli olmayıb. Çox sayda sevgilisi olub. 2010 və 2015-ci illərdə rus-tatar model İrina Şeyk ilə birlikdə olub.
Ronaldonun 2010-cu ilin iyununda ABŞ-də ilk övladı, Kriştiano Cuniyor (Cristiano Jr.) dünyaya gəlib. Uşağı surroqat ana vasitəsilə doğulub. Onun 8 iyun 2017-ci ildə əkizləri doğulub - oğlu Mateo və qızı Eva - onların da surroqat anadan doğulduğu bildirib. 2016-cı ildə Ronaldo İspaniyadakı "Gucci" mağazasında alış-veriş edərkən satıcı işləyən Corcina Rodriqesə (Georgina Rodriguez) aşiq olub. Onu həyatının eşqi adlandırır. 2017-ci ilin noyabrında ilk qızları Alana Martina doğulub. 2022-ci ilin aprelində Corciya sayəsində bir daha qız atası olub - Bella Esmeralda dünyaya gəlib. Onun gəlişi həm sevinc, həm də kədərlə yadda qalıb, çünki o, əkiz idi və qardaşı Angel doğuşdan qısa müddət sonra kədərli şəkildə dünyasını dəyişdi.[38] Ronaldo 5 uşaq atasıdır.[39]
Superstar futbolçu olmasına baxmayaraq, o, heç vaxt içki içib əylənməyi sevən biri olmayıb. 20 yaşında ikən spirtli içkilərdən uzaq durduğunu demişdi. Sağlam və baxımlı həyat tərzi yaşayır və qan və sümük iliyi bağışlayır.
My parents named me after [Ronald Reagan] because they both liked this name and thought it sounded strong. [...] I know that my father admired him.