Harri Keyn

Harri Keyn (ing. Harry Kane; 28 iyul 1993[4]) — İngiltərə futbolçusu. Almaniyanın "Bayern Münhen" klubunun və İngiltərə milli futbol komandasının hücumçusu.

Harri Keyn
brit. ing. Harry Kane[1]
Ümumi məlumatlar
Tam adı Harry Edward Kane[2]
Doğum tarixi (31 yaş)
Doğum yeri Böyük London, İngiltərə
Vətəndaşlığı İngiltərə İngiltərə
Boyu 1.88 m[3]
Çəkisi 83 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Almaniya Bayern Münhen
Nömrəsi 10
Karyerası
Klub karyerası[* 1]
2010—2023 İngiltərə Tottenhem Hotspur 317 (213)
2011   İngiltərə Leyton Orient 18 (5)
2012   İngiltərə Milluoll 22 (7)
2012—2013   İngiltərə Norviç Siti 3 (0)
2013   İngiltərə Lester Siti 13 (2)
2023— Almaniya Bayern Münhen 1 (1)
Milli yığma[* 2]
2010 İngiltərə İngiltərə (17 yaşlılar) 3 (2)
2010—2012 İngiltərə İngiltərə (19 yaşlılar) 14 (6)
2013 İngiltərə İngiltərə (20 yaşlılar) 3 (1)
2013—2015 İngiltərə İngiltərə (21 yaşlılar) 14 (8)
2015—h.h İngiltərə İngiltərə 27 (19)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 13 may 2022 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 31 may 2016 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyn, "Tottenhem Hotspur"un heyətində 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində Yunanıstanın "Harts" klubuna qarşı oynanılan görüşdə debüt edib. O,"Tottenhem Hotspur"un əsas heyət oyunçusu olanadək icarə əsasında Birinci Liqada çıxış edən "Leyton Orient"də, Çempionşipdə çıxış edən "Milluoll" və "Norviç Siti"də, və Premyer Liqada mübarizə aparan "Norviç Siti"də oynayıb.

Keyn, İngiltərənin yeniyetmələrdən və gənclərdən ibarət komandalarının hamısında çıxış etmişdir. Əsas milli komandada debütü 24 mart 2015-ci ildə baş tutmuşdur.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

Harri Keyn "Tottenhem Hotspur" akademiyasının yetirməsidir, lakin o, ilk illər əsas komandanın heyətinə düşməkdə çətinlik çəkib. Bu səbəbdən klub onu 2011-ci il yanvarın 7-də İngiltərə Birinci Futbol liqasında çıxış edən "Leyton Orient" komandasına icarəyə verib.[5] O, bu klubun heyətində yanvarın 15-də "Rotsdeyl" klubuna qarşı oynanılmış görüşdə sonradan meydana çıxaraq debüt etmişdir.[6] Keyn, yanvarın 22-də "Şeffild Uensdey" ilə oyunda klubun heyətində ilk qolunu vurub.[7][8] Fevralın 22-də isə "Bristol Rovers" klubuna qarşı oyunda, görüşün 70-ci dəqiqəsində meydana çıxmasına baxmayaraq iki qol vurmuşdur.[9]

Keyn, 2012-ci ilin yanvarın 1-dən, 2011–12 mövsümünün sonunadək icarə əsasında Çempionşipdə mübarizə aparan, "Milluoll" klubuna transfer olunmuşdur.[10] Yanvarın 3-də "Bristol Siti" ilə görüşdə yeni klubunun heyətində debüt etmiş, fevralın 25-də "Börnli" ilə görüşdə isə klubun heyətində ilk qolunu vurmuşdur. Keyn ümumilikdə klubun heyətində Çempionşipdə 22 oyunda meydana çıxmış və 7 qol vurmuşdur, bundan əlavə İngiltərə kubokunda 5 oyunda meydana çıxmış və 2 qol vurmağı bacarmışdır.[11]

Keyn, 2012-ci il avqustun 31-də icarə əsasında İngiltərə Premyer Liqasında mübarizə aparan "Norviç Siti" klubunun heyətinə keçmişdir.[12] Lakin klubun heyətində olduğu müddətdə cəmi 3 oyunda meydançaya çıxmağı bacarmışdır. İki dəfə "Mançester Siti" klubuna qarşı, bir dəfə isə "Vest Hem Yunayted"ə qarşı oynanılmış görüşdə.[13] Ümumiyyətlə bu müddət Keynin tez-tez zədələr alması ilə yadda qalıb. 1 fevral 2013-cü ildə o, "Tottenhem Hotspur"a geri çağırılıb.[14]

2013-cü il fevralın 21-də Keyn növbəti dəfə icarəyə verilib. Bu dəfə o Çempionşipdə mübarizə aparan "Lester Siti" klubuna keçib.[15] O, fevralın 23-də "Bləkpul" komandasına qarşı görüşdə klubun heyətində debüt etmişdir. Fevralın 26-da "Bləkbörn Rovers" komandasına qarşı oynanılmış və 3–0 hesabı ilə başa çatmış oyunda isə yeni komandanın formasında ilk qolunu vurmuşdur.[16] Ümumilikdə klubun heyətində 13 görüşdə meydançaya çıxan Keyn, bu müddət ərzində rəqib qapılarından 2 top keçirib.

Tottenhem Hotspur

[redaktə | mənbəni redaktə et]

Keyn, 2011-ci il avqustun 25-də, Avropa Liqasının ikinci təsnifat mərhələsində "Harts" klubuna qarşı oynanılan görüşdə "Tottenhem Hotspur"un heyətində debüt edib. O, bu görüşün 29-cu dəqiqəsində komandasının lehinə 11 metrlik cərimə zərbəsi qazanıb.[17] Onun komandanın heyətində ikinci görüşü, 2011-ci il sentyabrın 15-də, artıq turnirin qrup mərhələsində "PAOK" ilə görüşə təsadüf edib. Bu oyunda Keyn hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə alması ilə yadda qalıb. Futbolçu əsas komandada ilk qolunu 2011-ci il dekabrın 15-də "Şemrok Rovers" ilə səfər matçında vurub.[18] Bu görüş "Tottenhem Hotspur"un 4:0 hesablı qələbəsi ilə bitib. Hücumçu 2011–2012-ci il Avropa Liqasında 5-i qrup mərhələsində olmaqla ümumilikdə 6 görüşdə meydançaya çıxıb.

Keyn, 2012-ci il avqustun 18-də "Nyukasl Yunaytedə" qarşı oynanılan görüşdə Premyer Liqada debüt edib.[19] O, bu görüşün 85-ci dəqiqəsində Sandronu əvəzləyib, ancaq bu dəyişiklik "Tottenhem Hotspur"u 1:2 hesablı məğlubiyyətdən xilas etməyib.[20] Hücumçu 2013-cü il sentyabrın 2-də "Kardiff Siti" ilə oynanılan görüşün 82-ci dəqiqəsində Andros Taunsendin əvəzinə meydançaya daxil olmuş və komandasına minimal hesablı qələbə qazanmağa kömək etmişdir. Keyn, 2015-ci il yanvarın 1-də "Çelsi" ilə oyunda iki qol vurmuş və bir qol ötürməsi etmişdir. Bunun sayəsində "Tottenhem Hotspur" Şimali London derbisində 5:3 hesabı ilə qələbə qazanmışdır.[21]

2015-ci il fevralın 2-də "Tottenhem Hotspur" ilə olan müqaviləsinin müddətini 2020-ci ilədək uzadıb.[22]

Klub statistikası

[redaktə | mənbəni redaktə et]
31 may 2016 tarixində yenilənib
Klub Mövsüm Liqa FA Kuboku Liqa Kuboku Avropa Digər Cəmi
Çempionat Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Tottenhem Hotspur 2009–10[23] Premyer Liqa 0 0 0 0 0 0 0 0
2011–12[24] Premyer Liqa 0 0 0 0 0 0 6 1 6 1
2012–13[25] Premyer Liqa 1 0 0 0 0 0 0 0 1 0
2013–14[26] Premyer Liqa 10 3 0 0 2 1 7 0 19 4
2014–15[27] Premyer Liqa 34 21 2 0 6 3 9 7 51 31
2015–16[28] Premyer Liqa 38 25 4 1 1 0 7 2 50 28
Total 83 49 6 1 9 4 29 10 127 64
Leyton Orient (icarə) 2010–11[29] Birinci Liqa 18 5 0 0 0 0 0 0 18 5
Milluoll (icarə) 2011–12[24] Çempionşip 22 7 5 2 0 0 27 9
Norviç Siti (icarə) 2012–13[25] Premyer Liqa 3 0 1 0 1 0 5 0
Lester Siti (icarə) 2012–13[25] Çempionşip 13 2 0 0 0 0 2 0 15 2
Karyera cəmi 139 63 12 3 10 4 29 10 2 0 192 80

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Keyn, 2010-cu ilin yanvarında, 17 yaşadək yeniyetmələr arasında Portuqaliyada keçiriləcək turnir üçün İngiltərə yığmasına çağırılıb.[30] Sonradan o, 19 yaşlılardan ibarət İngiltərə Milli Futbol Komandasına keçib və 8 oktyabr 2010-cu ildə Albaniyalı həmyaşıdlarına qarşı oyunda iki qol vurub.[31] İngiltərə yığmasının 2012-ci ilin iyulunda Estoniyada keçirilən Avropa çempionatında yarımfinala qədər irəliləyə bilməsində Keyn də mühüm rol oynamışdır. Belə ki, hücumçu turnirin qrup mərhələsində Fransa yığmasının qapısına həlledici qol vurmuşdur, məhz bu qol İngiltərə yığmasının turnirin pley-off mərhələsinə keçməsini təmin etmişdir.[32] Keyn, ümumilikdə 19 yaşlılardan ibarət İngiltərə millisinin heyətində 14 görüş keçirmiş və bu görüşlər ərzində 6 qol vurmuşdur.[33]

Keynin adı 2013-cü il iyunun 21-də Türkiyədə keçiriləcək 2013-cü il FIFA Dünya Kubokuna gedəcək İngiltərə yığmasının iştirak ərizəsinə düşüb.[34] O, bu turnirdə iyunun 16-da Uruqvayla oyunda debüt etmiş,[35] İraqla oyunda qol ötürməsi vermiş,[36] Çili yığması ilə oyunda isə qol vurmuşdur.[37]

Keyn, 13 avqust 2013-cü ildə Şotlandiya ilə oyunun 58-ci dəqiqəsində meydana çıxaraq 21 yaşa qədər İngiltərə millisində debüt etmişdir.[33] Bu görüşdə İngiltərə millisi rəqibinə 6–0 hesabı ilə qalib gəlmişdir.[38] O, həmçinin gənclər arasında UEFA Avropa Çempionatının təsnifat mərhələsində də iştirak etmişdir.[39]

Keyn, 2015-ci il martın 28-də Litva yığmasına qarşı görüşdə İngiltərə yığmasının heyətində debüt etmişdir.[40] O, bu görüşün 72-ci dəqiqəsində Ueyn Runini əvəzləmiş və artıq 73-cü dəqiqədə millidə ilk qolunu vurmuşdur.[41]

Əsas milli komandada vurduğu qollar

[redaktə | mənbəni redaktə et]

Mənbə:[42]

# Tarix Yer Rəqib Hesab Nəticə Yarış
1. 27 mart 2015 Uembli stadionu, London, İngiltərə Litva Litva 4–0 4–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ
2. 5 sentyabr 2015 San-Marino Stadionu, Serravalle, San-Marino Malta San-Marino 5–0 6–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ
3. 8 sentyabr 2015 Uembli stadionu, London, İngiltərə İsveçrə İsveçrə 1–0 2–0 UEFA Avropa Çempionatı 2016 Seçmə mərhələ
2. 26 mart 2016 Berlin Olimpiya Stadionu, Berlin, Almaniya Almaniya Almaniya 2–1 3–2 Yoldaşlıq oyunu
3. 22 may 2016 Mançester Şəhər Stadionu, Mançester, İngiltərə Türkiyə Türkiyə 1–0 2–1 Yoldaşlıq oyunu
  • "Milluoll" klubunda mövsümün gənc oyunçusu: 2011–12[43]
  • İngiltərə Premyer Liqasında ayın oyunçusu: yanvar 2015,[44] fevral 2015[45]
  • İngiltərədə ayın qolu: yanvar 2015[44]
  • PFA versiyası üzrə ilin komandası: 2014–15[46]
  • PFA versiyası üzrə ilin gənc oyunçusu: 2014–15[47]
  • İngiltərə Premyer Liqasının qızıl butsu[48]
  1. https://www.sportskeeda.com/player/harry-kane.
  2. "FIFA U-20 World Cup Turkey 2013 – List of Players" (PDF). Fédération Internationale de Football Association (FIFA). səh. 8. 29 August 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 July 2013.
  3. "Player profile". Tottenham Hotspur. 8 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2015.
  4. Harry Kane // Transfermarkt (çd.). 2000.
  5. "Leyton Orient sign Harry Kane & Andrew Whing". BBC Sport. 7 January 2011. 20 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  6. "Rochdale 1–1 Leyton Orient". BBC Sport. 15 January 2011.
  7. "Leyton Orient 4–0 Sheffield Wednesday". BBC Sport. 22 January 2011. 22 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  8. "Four-star Orient stun Owls". Sky Sports. 20 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2015.
  9. "Leyton Orient 4–1 Bristol Rovers". BBC Sport. 12 February 2011.
  10. "Millwall agree loans for Tottenham's Ryan Mason and Harry Kane". BBC Sport. 29 December 2011. 25 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2015.
  11. "KENNY Jackett has revealed that he has handed Millwall's Young Player of the Year award to Tottenham loanee Harry Kane". News at Den. 16 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  12. "From Leyton Orient to Tottenham's first team via Millwall: Charting the rise of Harry Kane". Sky Sports. 20 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  13. Smallwood, Jimmy. "Norwich 0 – 0 West Ham". BBC Sport. 15 September 2012. 22 December 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.
  14. "Tottenham recall striker Harry Kane from Norwich". The Independent. 1 February 2013. 29 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.
  15. "Harry Kane: Leicester City sign Tottenham striker". BBC Sport. BBC. 21 February 2013. 24 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 May 2013.
  16. Self, Janine. "Leicester 3 Blackburn 0: Wood turns a slump into a bump with a little help from Kane and King". Daily Mail. 26 February 2013. 24 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 October 2014.
  17. Lyon, Sam. "Tottenham 0–0 Hearts". BBC Sport. 24 August 2011. 19 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2015.
  18. Higginson, Marc. "Shamrock Rovers 0–4 Tottenham". BBC Sport. 15 August 2011. 25 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2015.
  19. "Losing start for Villas-Boas". Sky Sports. 18 August 2012. 21 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2012.
  20. "From Leyton Orient to Tottenham's first team via Millwall: Charting the rise of Harry Kane". Sky Sports. 20 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 August 2015.
  21. Dawkes, Phil. "Tottenham 2–1 Arsenal". BBC Sport. 7 February 2015. 8 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2015.
  22. "Harry Kane signs new five-year deal with Tottenham" (ingilis). BBC Sport. 2014-02-02. 2015-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-05.
  23. "Squad stats: 2009/10". Soccerbase. 3 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 January 2015.
  24. 1 2 "Games played by Harry Kane in 2011/2012". Soccerbase. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2014.
  25. 1 2 3 "Games played by Harry Kane in 2012/2013". Soccerbase. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2014.
  26. "Games played by Harry Kane in 2013/2014". Soccerbase. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2014.
  27. "Games played by Harry Kane in 2014/2015". Soccerbase. 26 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2014.
  28. "Games played by Harry Kane in 2015/2016". Soccerbase. 17 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2015.
  29. "Games played by Harry Kane in 2010/2011". Soccerbase. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2014.
  30. "U17 squad announced". Thefootballnetwork.net. 23 January 2010. 16 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2016.
  31. "England U19 6 Albania U19 1". england-mad.co.uk. 8 October 2010. 17 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 January 2016.
  32. "Tottenham striker Kane delighted to be in England scoring form in U19 Euros". Tribal Football. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  33. 1 2 "Harry Kane". The FA. 16 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  34. "Final squad named" Arxivləşdirilib 2013-06-15 at Archive.today TheFA.com. 28 may 2013. Retrieved 17 June 2013.
  35. "Training win for Three Lions" Arxivləşdirilib 2013-06-24 at Archive.today TheFA.com. 16 June 2013. Retrieved 17 June 2013.
  36. "England v Iraq" Arxivləşdirilib 2013-12-09 at the Wayback Machine TheFA.com. 23 June 2013. Retrieved 24 June 2013/
  37. "All square in Antalya" Arxivləşdirilib 2013-09-27 at the Wayback Machine TheFA.com. 26 June 2013. Retrieved 26 June 2013.
  38. "England Under-21s beat Scotland U21s 6–0". Sky Sports. 2 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  39. "San Marino U21 vs England U21". Soccerway. 19 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2015.
  40. Bradbury, Jamie. "Harry Kane earns first call-up to England senior squad". The FA. 19 March 2015. 4 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 March 2015.
  41. McNulty, Phil. "England 4–0 Lithuania". BBC Sport. British Broadcasting Corporation. 28 March 2015. 1 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 March 2015.
  42. "Harry Kane" Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine Soccerway. Retrieved 27 March 2015.
  43. "Millwall boss Jackett hands award to Spurs loanee Kane". NewsatDen.co.uk. 27 April 2012. 16 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2016.
  44. 1 2 "Kane and Koeman claim Barclays monthly awards". premierleague.com. 13 February 2015. 15 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 February 2015.
  45. "Kane and Pulis claim Barclays monthly awards". premierleague.com. 13 March 2015. 5 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 March 2015.
  46. "PFA Team of the Year: Chelsea have six players selected". BBC Sport. 26 April 2015. 27 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2015.
  47. "Tottenham striker Harry Kane named PFA Young Player of the Year". Goal.com. 26 April 2015. 16 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2015.
  48. "Tottenham's Harry Kane clinches Premier League Golden Boot". SkySports. 15 May 2016. 6 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 May 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]