İnsanın təkamülü — İnsanın əmələ gəlməsi haqqında təzadlı fikirlər mövcuddur.[1]
İnsanın heyvan mənşəli olması haqqında da çoxlu faktlar vardır.[2] İnsanın heyvan mənşəli olmasına dair ilk fikirlər XVII əsrdə meydana çıxmağa başlamışdır. İlk dəfə Karl Linney insanı primatlar dəstəsində yerləşdirmişdir. Jan Batist Lamark insan əcdadının ağacdan yerə düşüb sürü halında yaşayan meymunabənzər heyvanlar olduğunu söyləmişdi. “İnsanın mənşəyi və cinsi seçmə” əsərində (1871) Ç.Darvin insanı təkamül zəncirinin son halqası hesab etmiş və müxtəlif dəlillərlə bunu sübut etməyə çalışmışdır. Onun fikirlərini Fridrix Engels “Meymunun insana çevrilməsində əməyin rolu” əsərində (1896) sübut etmişdir. İnsanın təkamülündə ictimai amillərin həlledici rol oynadığı sonralar öz təsdiqini tapmağa başlamışdır. İnsan məməlilər sinfinə daxil olaraq diafraqmaya, süd vəzilərinə, qulaq seyvanına, ixtisaslaşmış və xüsusi yuvalarda yerləşən dişlərə, plasentaya, üç cüt eşitmə sümüyünə, yeddi boyun fəqərəsinə malikdir. Hisləri ifadə edən mimiki əzələlər yalnız insanabənzər meymunlar və insana məxsusdur.[3]
İnsana morfoloji və anatomik cəhətdən ən yaxın olan heyvanlar insanabənzər meymunlardır. Onların bədən quruluşu, reduksiya olmuş quyruğu, yastı dırnaqları, kəsici, köpək, azı dişlərinin sayı, əldəki baş barmağın digər barmaqlarla qarşılaşması, 12-13 cüt qabırğası, 5-6 oma fəqərəsinin olması insanlara oxşardır. Onlar da vəba, vərəm, qarın yatalağı, çiçək, qrip kimi xəstəliklərə tutulur və dörd qan qrupuna malikdirlər. Xromosom aparatında da oxşarlıq mövcuddur. Məsələn, şimpanzenin xromosom aparatındaki nukleotid ardıcıllıqları 91% insanınkına oxşardır. Lakin bütün insanabənzər meymunların fizioloji xüsusiyyətlərində insana oxşarlıq eyni deyil.
Meymunlardan insana fizioloji xüsusiyyətləri ilə ən yaxın olanını demək nisbətən çətindir. Lakin alimlər belə qənaətə gəlirlər ki, bu şimpanze meymunudur. Ancaq bu meymunların heç biri insanın bilavasitə əcdadı sayılmır. İnsanla insanabənzər meymunlar arasında mühüm fərqlər vardır. İnsan meymunlardan fərqli olaraq, kollektiv əmək fəaliyyətinə malikdir. İnsan mücərrəd təfəkkürə malik olub yeni əmək alətləri yaradır və onları tətbiq edir. İnsan təkamülünü təsnifat da əks etdirir.[4]
Aləm | Heyvanlar |
---|---|
Tip | Xordalılar |
Sinif | Məməlilər |
Dəstə | Primatlar |
Fəsilə | İnsanlar |
Cins | İnsan |
Növ | Dərrakəli insan |
İnsanla məməli heyvan arasında olan oxşar morfoloji, anatomik, fizioloji və embrioloji xüsusiyyətlər var.[5]
Atavizmlər insanın heyvanlardan əmələ gəldiyini göstərir. Bəzən quyruqlu, çoxməməli, bütün bədəni sıx tüklərlə örtülü, qulaq seyvanını hərəkət etdirə bilən insanlar doğulur. Bu onların əcdadlarının əlamətlərini təkrar etməsidir.[2]
İnsan təkamülündə əcdadlarda olan bəzi orqanlar öz əhəmiyyətini itirmiş və qalıq halında qalmışdır. Müəyyən olunmuşdur ki, insanda rudimentlərin sayı çoxdur. İnsanın onurğalı heyvanlarla müqayisəsi göstərir ki, o, uzun sürən tarixi inkişaf yolu keçmiş və formalaşmışdır. İnsanın məməli heyvanlara daha çox oxşadığını bilirsiniz. İnsan və heyvan rüşeymlərinin inkişafını nəzərdən keçirdikdə onların oxşar xüsusiyyətlərinin olduğu müəyyən edilmişdir. İnsan da öz inkişafına mayalanmış yumurtahüceyrədən - ziqotdan başlayır. Ziqotun bölünməsi nəticəsində blastomerlər yaranır, çoxhüceyrəli rüşeym formalaşır. Rüşeymin inkişafı zamanı bir aylığında ikikameralı ürək, üç cüt qəlsəmə qövsü görünür. Barmaqlarının arasında pərdə, kloakası, balıqlarda olduğu kimi, qovuqcuqlardan ibarət baş beyinolur. Rüşeym inkişaf etdikcə onun baş beyninin yarımkürələri formalaşır, üzərini qırışlı qabıq örtür. Onurğa sütununun quyruq şöbəsi də inkişaf zamanı formalaşır. Onun fəqərələrinin bir qismi reduksiyaya uğrayır, bir qismi isə birləşib büzdüm sümüyünü əmələ gətirir. Dölün 3-4 aylığında bədənin üzəri tüklərlə örtülü olur. Ancaq inkişaf etdikcə tüklər tökülür, yalnız başda uzun tüklər qalır. Hətta 6 həftəlik rüşeymdə çoxlu süd vəzilərinə rast gəlinir. Onun ürəyi döyünən borudan ibarət olur. Rüşeym inkişaf etdikcə onda insana məxsus əlamətlər formalaşır. Driopiteklər. Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.[2]
İnsanın təkamülünü (antropogenez) bir sıra dəlillər sübut edir. İnsanabənzər meymunların və insanın əcdadının mezozoy erasında kiçik həşəratyeyənlərdən başlanğıc götürməsi ehtimalı vardır. Onların qidası qarışıq olmuşdur. Ancaq ən çox cücülərlə qidalanırdılar. Sonralar bu heyvanlar bir çox şaxələrə başlanğıc vermişlər. Onlardan biri də parapiteklərə başlanğıc verən şaxə olmuşdur.
Qədim insanabənzər meymunlar olmuş, Afrika, Asiya və Avropada geniş ərazilərdə yaşamışlar. Qazıntılar nəticəsində onlara məxsus qalıqlar tapılmışdır. Onlar üç şaxəyə - oranqutanlara, hibbonlara və nəsli kəsilmiş driopiteklərə başlanğıc vermişlər.[6]
Paleogen dövründə iqlimin soyuması ilə əlaqədar olaraq cənuba doğru uzanan buzlaqlar meşələri məhv etməyə başlamışdı. Meşələr çöllərlə əvəz olunduğu üçün insanabənzər meymunlar ağacdan düşməyə və yerdə gəzməyə məcbur qalmışdılar. Neogen dövründə yaşayan driopiteklərdə gözlər və eşitmə orqanları yaxşı inkişaf etmişdir. Əlləri formalaşdığı əşyaları daha yaxşı tutur və tullayırdılar.Bədən ölçüləri dəyişmiş, beyinləri daha yaxşı inkişaf etmiş driopiteklər səmti təyin edə bilirdilər. Güman olunur ki, onlar şimpanze, qorilla və avstrolopiteklərə başlanğıc vermişlər.
Onlar sürü halında düzənliklərdə yaşamağa başlamış, yırtıcı olmuşlar. Bu heyvanlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdi. Beyinlərinin həcmi müasir insanabənzər meymunlara nisbətən daha böyük olmuşdu. Tapılan sümüklərə əsasən məlum olur ki, onlarda arxa ətraflar daha yaxşı inkişaf etmişdir. Avstralopitekləri digər meymunlardan fərqləndirən xüsusiyyətləri göstərin. Ətraf sümüklərindən, əsasən, çanaq və bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Çanağın geniş olması onların dik gəzdiklərini göstərir. Yuxarı ətraflarında baş barmağın quruluşu isə əllərin tutmaq qabiliyyətinin güclü olduğunu və onların daşdan və sümükdən alət kimi istifadə etdiklərini bildirir. Avstralopiteklərin dişlərinin quruluşu da insanın dişinə daha çox oxşayırdı. Müxtəlif ərazilərdə tapılan qalıqlar avstralopiteklərin çoxlu növlərinin olduğunu sübut edir. Şimal və cənub dairələrindən başlayan soyuqlar insanabənzər meymunların yaşayışını daha da çətinləşdirdi. Onlar özlərini həm ətraf mühit amillərindən, həm də digər heyvanlardan qorumaq üçün bir sıra uyğunlaşmalar qazandılar. Avstralopiteklərin bir qismi özlərini müdafiə etmək üçün əmək alətləri düzəltməyə başladılar. Alimlər bu şaxəni “bacarıqlı insan” adlandırdılar. Avstralopitek - australis (latınca) - cənublu, (yunanca) - meymun. Alimlərin bir qismi “bacarıqlı insan”ı ən qədim insanlar hesab edirlər. Onlar çay daşlarından kəsən və doğrayan alətlər hazırlamışlar. Barmaq falanqaları yastılaşmışdır. Sonrakı inkişaflarında təkmilləşmiş və ən qədim insanlara başlanğıc vermişlər.[2]
İnsanın yaranması prosesini 3 mərhələyə bölürlər: ən qədim, qədim və ilk müasir insanlar.
Pitekantroplar - meymunlarla insanlar arasında aralıq mövqe tutan qruplar olmuşlar. Qalıqları ilk dəfə 1891-ci ildə Asiyada İndoneziyanın Yava adasında Ejen Dübua tərəfindən tapılmışdır. Sonralar Asiyanın digər ərazilərində, Afrikada və Avropada da onların qalıqlarına rast gəlindi. Pitekantroplar iki ətrafüzərində dayağa söykənərək gəzirdilər. Onlar düz qamətli idilər. Beyinlərinin həcmi 900-1100 sm3, boyları 170 sm olmuşdur. Gözlərinin üstündə qaşüstü yastıqcıqlar var idi. Çənəaltı çıxıntıları nitq qabiliyyətləri olmadığı üçün yox idi. Ancaq beyinlərinin alın və gicgah payları insanabənzər meymunlara nisbətən yaxşı inkişaf etmişdir. Sürü halında yaşamışlar. Oddan və daş alətlərdən (ərsin, burğu) istifadə edirmişlər. Paltar geyinmirdilər. Yaşayış məskənləri yox idi.
Sinantroplar - bunları Çin adamı adlandırırlar. Çünki qalıqları 1927-1937-ci illərdə ilk dəfə Çində, Pekin yaxınlığında tapılmışdır. Onların morfoloji xüsusiyyətləri pitekantroplara bənzəyir. Ancaq beyinlərinin həcmi onlarınkından daha iri olub 1220 sm3-ə çatırdı. Bəzi araşdırmalar onların baş beyinlərinin daha iri olduğuna əsas verir. Beyinlərinin sol payı sağ payından daha yaxşı inkişaf etmişdir. Bu da onların sağaxay olduğunu sübut edir. Alt çənələri və dişləri iri olmuşdur. Çənəaltı çıxıntıları yox idi. Deməli, onlarda nitq qabiliyyəti olmamışdır. Qaşüstü yastıqcıqları var idi. Oddan istifadə edir, onu qoruyub saxlayır, dəri paltarlar geyinirdilər. Mağaralardan tapılan kül qatları Çin adamlarının oradan sığınacaq kimi istifadə etdiklərini göstərir. Onların daş, buynuz və sümükdən hazırlanmış əmək alətləri (ərsin, tiyə, iti ucluq) olmuşdur.[7]
Heydelberq adamı - qalıqları ilk dəfə 1907-ci ildə Almaniyanın Heydelberq şəhəri yaxınlığında tapılmışdır. Bundan başqa qalıqlara Asiya və Afrikada da rast gəlinmişdir. Aşkar edilmiş alt çənə sümüyündə çənəaltı çıxıntı yox idi. Dişlər iri olsa da, insan dişlərinə oxşar idi. Onlar da oddan istifadə etmiş, sürü halında yaşamışlar. Ən qədim insanlar hannibal idilər. Öz sürülərindən olan insanların belə əti ilə qidalana bilirdilər.[8]
Azıxantrop - Azərbaycanın Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarasında bu insanların qalıqları - alt çənə sümüyü tapılmışdır. Onlar da sürü halında yaşamış, oddan istifadə etmiş, dəri paltar geyinmişdilər. Daşdan, sümükdən müxtəlif alətlər hazırlamışdılar. Tapılan qazıntılar azıxantropların qazma üsulu ilə yerdə ocaq qurduqlarını göstərir. Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Ne- ander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyinlərinin həcmi təqribən 1400 sm3 idi. Beyin qabığında qırışlar müasir insanalara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər.[2]
Neandertallar qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Ne- ander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı, Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar. Beyinlərinin həcmi təqribən 1400 sm³ idi.[9] Beyin qabığında qırışlar müasir insanalara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, bəzilərində isə aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdılar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT-si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır. Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər.[2]
Kromanyonlar - ilk müasir insanlar olmuşlar. Qalıqları ilk dəfə Fransanın Kromanyon kəndi yaxınlığında tapıldığı üçün onları belə adlandırmışlar. Sonralar bu qalıqlara Asiya, Afrika, hətta Avstraliya qitələrində də təsadüf edilmişdir. Tapılan qalıqlara əsasən onların boylarının 180 sm-ə çatdığı, alınlarının enli və düz olduğu, qaşüstü yastıqcıqlarının olmadığı müəyyən edilmişdir. Kromanyonlar aydın nitqə malik olmuşlar. Onlar özlərinə sığınacaq düzəldir, paltarlarını tikmək üçün sümük iynələrdən istifadə edirdilər. Qayaüstü rəsmlər çəkir, öz əmək alətlərini bəzəyir, saxsıdan müxtəlif qablar düzəldirdilər. Dini rüşeymlər kromanyonlarda daha da inkişaf etməyə başlamışdı. Onlar heyvanları əhliləşdirmiş, əkinçiliklə məşğul olmuşdular. Kromanyonlarda hannibalizm xeyli azalmışdır. Güman edilir ki, onlar özlərini ailəyə qurban vermişlər. Qadınların, uşaqların, qocaların, xəstələrin qayğısına qalmışlar. Onların təkamülündə sosial amillər daha üstün olmuşdur.[10]
Planetimizdə yaşayan bütün insanlar dərrakəli insan növünə (Homo sapiens) aiddir. İnsanlar yaşadıqları ərazilərə, mühitə uyğunlaşaraq irqlərə ayrılmışlar.[11] Hazırda alimlər insanları 3 əsas irqə - avropoid, monqoloid və ekvatorial irqlərə ayırırlar. Ancaq bu irqlərin içərisində qarışıq və kiçik irqlərə də rast gəlinir.[12]
Avropa, Cənubi Asiya və Şimali Afrika əhalisi bu irqə aiddir. Dəriləri açıq rəngli olduğundan, bunlara ağ irq də deyirlər. Onların nazik, dar burunları, düz, yumşaq saçları, ensiz üzləri olur. Şimalda yaşayanların dəriləri daha açıq rəngdədir.[13]
Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Cənubi Asiya əhalisi bu irqə aiddir. Sarı irq də adlandırılır. Üzləri iri və yastı, saçları düz və sərtdir. Gözlərinin ətrafları büküşlüdür.[14]
Bunlar iki - Afrika və Avstraliya şaxələrinə ayrılır. Bu irqə mənsub olanların dəriləri, gözləri qara, burunları isə yastı və enli olur. Saçları qara və qıvrımdır (Avstraliyalılarda dalğalı). İrqlərin bu cür qruplaşdırılması onların yaşadıqları mühitə uyğunlaşması hesab olunur. Məsələn, dar burun ora daxil olan havanı isidir, enli yastı burun isə onun qızmasına mane olur. Qıvrım saçlar başı Günəşin zərərli şüalarının təsirindən qoruyur. Açıq rəngli dəri Günəş şüalarını udur, qara dəri isə bədəni şüalaradan qoruyur.[15] Dikyerimə nəticəsində insanda ağırlıq mərkəzi arxa ətraf üzərinə keçərək orqanların nisbətini kəskin surətdə dəyişmişdir. Bununla əlaqədar döş qəfəsi yanlara doğru genişlənmiş, onurğa S-varı əyilmiş, oma sümüyü möhkəmlənmişdir. Ön ətrafların yerimə funksiyasından azad olması əllərin müxtəlif hərəkətlilik qazanmasına gətirib çıxarmış, əmək fəaliyyətinin artması sosial amillərin güclənməsi ilə nəticələnmişdir.
İctimai həyat tərzi. Əmək fəaliyyəti nəticəsində insanların ictimai həyat tərzinə keçdiyi güman olunur. Belə ki, cəmiyyət halında yaşamaq onların düşməndən birgə qorunmasına və heyvanların asan ovlanmasına şərait yaradırdı. Onlar vulkan püskürməsi zamanı meşə yanğınlarından od əldə edərək bişmiş qida ilə qidalanmağa başlamışlar. Odda bişirilmiş qida ilə qidalanma meymunabənzər əcdadlarda iri çeynəmə əzələlərinin bitişdiyi əmgək çıxıntısının öz bioloji əhəmiyyətini itirməsi və çeynəmə aparatının yüngülləşməsi, bitki qidasından qarışıq qidaya keçmək isə bağırsağın qısalması ilə nəticələnmişdir.[16]
1843-cü ildə Hindistanda, canavar yuvasının yaxınlığında bir uşaq tapıldı. Uşağa insan kimi qida qəbul etməyi, danışmağı öyrətmək mümkün olmadı. O, həmişə insan cəmiyyətindən qaçmağa çalışırdı. Nəhayət, 1851-ci ildə buna müvəffəq oldu. O, cəngəllikdə itərək bir daha insanların arasına qayıtmadı.[17]
Cəmiyyət halında yaşamaq onun üzvlərinin birgə fəaliyyət, səs vasitəsilə ünsiyyət zərurətini doğurmuş, nəticədə nitq yaranmışdır. Getdikcə mürəkkəbləşən əmək prosesləri aydın nitqin və hiss orqanlarının inkişafına kömək edirdi. Nəticədə insan onu əhatə edən aləmdən siqnalları həm hiss orqanları (birinci siqnal sistemi), həm də nitq vasitəsilə (ikinci siqnal sistemi) almağa başladı. Nitqin yaranması ilə əlaqədar qırtlaq və ağız aparatı dəyişərək nitq orqanına çevrildi.
Nitq şüurun daha da inkişaf etməsinə və təfəkkürün yaranmasına səbəb oldu. Əmək, nitq və şüurun qarşılıqlı təsiri cəmiyyəti inkişaf etdirdi. Əgər birinci siqnal sistemi obyektiv təfəkkürün yaranmasına səbəb olmuşdursa, ikinci siqnal sistemi mücərrəd təfəkkürün yaranması ilə nəticələndi. Mücərrəd təfəkkürün olmasına görə insan digər heyvanlardan fərqlənir. İnsan mücərrəd təfəkkür sayəsində real olmayan şeylər barədə mühakimə yürüdə bilir.
Bir neçə minillik ərzində ilk insanlardan müasir insanlar formalaşmışdır. İnsanın formalaşmasında bioloji amillərlə yanaşı, sosial amillər də böyük rol oynamışdır. Sosial amillərə əmək, ictimai həyat tərzi, nitq və təfəkkür aiddir.
Meyarlar | Meyarlar |
---|---|
Avstralopitek | həcmi 650 sm3 |
Pitekantrop | 900-1100 sm3 |
Neandertal | 1400 sm3 |
Kromanyon | 1600 sm3 |
Müasir insan | 1600 sm3 |
İnsanın formalaşmasında başlıca rol oynayan əməkdir. Əmək, əmək alətlərinin yaradılması ilə başlayır. Meymunlardan fərqli olaraq yalnız insan əmək alətləri yarada bilir. Əmək alətlərini təkmilləşdirməsi nəticəsində insanda bir çox dəyişikliklər meydana gəlmiş və onun təbiətə təsiri güclənmişdir. Əməyin təsiri ilə insanlarda morfofizioloji dəyişikliklər baş vermişdir. Belə dəyişikliklər antropomorfozlar (yun. “antropos” – insan) adlanır. Antropomorfozların bir çoxu dikyerimə sayəsində meydana gəlmişdir. Dikyerimənin meydana çıxmasının insanın inkişafında mühüm əhəmiyyəti olmuşdur.