İnsan embriogenezi

İnsan embriogenezi — insan embrionunun inkişafı və formalaşması. Bu, inkişafın erkən mərhələlərində baş verən embrionda hüceyrə bölünməsi və hüceyrə diferensiasiyası prosesi ilə xarakterizə olunur. Bioloji dairələrdə insan inkişafı təkhüceyrəli ziqotdan yetkin bir insana qədər böyüməyi əhatə edir. Spermatozoid müvəffəqiyyətlə yumurtahüceyrə ilə birləşdikdə mayalanma baş verir. Spermayumurtadan gələn genetik material daha sonra birləşərək ziqota adlanan tək hüceyrə əmələ gətirir[1]. Embriogenez inkişafın ilk səkkiz həftəsini əhatə edir; doqquzuncu həftənin əvvəlində embrion döl adlandırılmağa başlayır. İlk 8 həftə iyirmi üç stadiyadan ibarətdir[2] .

İnsan embriologiyası — döllənmədən sonra ilk səkkiz həftə ərzində dölün inkişafının öyrənilməsidir. Normal hamiləlik müddəti təxminən 9 ay və ya 40 həftə təşkil edir.

İlkin mərhələ və ya pre-embrion mərhələsi yenicə yaranmaqda olan embrionun uşaqlıqda özünü möhkəmləndirməsinə qədər davam edir və bu mərhələ təxminən 10 gün davam edir[3]. Bu mərhələdə ziqot bölünməyə başlayır. Daha sonra blastosista əmələ gəlir, bu da uşaqlığın içərisində yerləşir. Embriogenezdə növbəti mərhələ - qastrulyasiya ilə davam edir, histogenez prosesində 3 rüşeym təbəqəsi əmələ gəlir. Bunun ardınca neyrulyasiyaorqanogenez prosesləri gəlir.

Embrionla müqayisədə, ən son mərhələni təşkil edən döl (fetus) daha tanınan bir görünüşə və tam daxili orqanlara malikdir. Embriogenezin bütün prosesi genlərin ifadəsində, hüceyrə böyüməsində və differensiasiyasında razılaşdırılmış məkan və zaman dəyişikliklərini əhatə edir. Demək olar ki, eyni proseslər digər heyvanlarda, xüsusən də xordalılar tipində baş verir.

Pre-embrion mərhələsi

[redaktə | mənbəni redaktə et]
İnsanlarda embriogenezin ilkin mərhələləri.

Mayalanma sperma yumurtaya müvəffəqiyyətlə nüfuz etdikdə və qametlərin daşıdığı iki gen dəsti bir araya gəldikdə baş verir. Nəticədə yaranmış ziqot - tək diploid hüceyrədir. Bu proses adətən uşaqlıq borularından birində baş verir. Ziqotda qadın və kişi qametlərindən (23-ü yumurta nüvəsindən, 23-ü isə sperma nüvəsindən) 23 xromosomdan ibarət birləşmiş genlər dəsti var. 46 xromosom mitoz bölünmədən əvvəl dəyişikliklərə məruz qalır, bunun nəticəsində embrion artıq iki hüceyrədən ibarətdir.

Mayalanma növlərin spesifikliyinə nəzarət edən üç proseslə aktivləşdirilir. Birinci proses hemotaksisdir. Bu, spermatozoidin hərəkətini yumurtaya doğru istiqamətləndirir[4]. Spermatozoid yumurta ilə birləşdikdə üçüncü proses başlayır - akrosomal reaksiya. Spermatozoid başının ön hissəsi həzm fermentləri olan bir akrosoma ilə örtülmüşdür. O, yumurtanın qlikoprotein membranını (həmçinin Zona pellucida kimi tanınır) parçalayır və spermatozoidin oraya nüfuz etməsinə imkan verir[5]. Nüfuzetmədən sonra spermatozoid digər spermatozoidlərin keçidini bloklayan kalsium ifraz edir[5]. Buna paralel olaraq yumurtada kortikal reaksiya meydana gəlir. Bu müddət ərzində sperma reseptor zülallarını parçalayan fermentlər ifraz edən kortikal qranullar ayrılır və bununla da polispermiyanın qarşısını alır[6]. Bundan əlavə, qranullar plazma membranı ilə birləşir və yumurtanın şəffaf membranını dəyişdirərək spermanın daha da nüfuz etməsinə mane olur.

Bölünmə prosesi ziqotun mitoz yolla iki hüceyrəyə bölünməsi ilə başlayır. Sonra mitoz davam edir və iki hüceyrə dördə, dördü səkkizə bölünür və s. Hər bölünmə 12 saatdan 24 saata qədər vaxt aparır. Digər hüceyrələrlə müqayisədə ziqot daha böyükdür və demək olar ki, ölçüsündə böyümədən parçalanır. Bu o deməkdir ki, hər uğurlu bölünmədən sonra nüvənin sitoplazmik genetik materiala nisbəti artır.[7]

Əvvəlcə bölünən hüceyrələr (blastomerlər) fərqlənmir və zona pellucida ilə əhatə olunmuş bir sferada birləşirlər. Səkkiz blastomer əmələ gəldikdən sonra sıxılma kimi tanınan bir prosesdə bir-birinə yapışmağa başlayırlar.[6] Onlar fizioloji və ətraf mühitin siqnallarına cavablarını birlikdə inkişaf etdirməyə və əlaqələndirməyə imkan verən boşluq qovşaqları yaratmağa başlayırlar.[8]

  1. Sherk, Stephanie Dionne. "http://www.healthline.com/galecontent/prenatal-development". Gale Encyclopedia of Children's Health, 2006. Gale. 2013-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-06. (ing.)
  2. Jan Evangelista Jirásek. "Developmental Stages in Human Embryos". researchgate.net. 1978. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
  3. Ronan O'Rahilly, Fabiola Müller. "Developmental stages in human embryos: revised and new measurements". https://pubmed.ncbi.nlm.nih.gov/. 2010. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-26.
  4. Florence Marlow. Maternal Effect Genes in Development. 2020. ISBN 9780128152218.
  5. 1 2 Vishram Singh. Textbook of Clinical Embryology. 2012. ISBN 9788131236208.
  6. 1 2 Susan Standring. Gray's Anatomy E-Book: The Anatomical Basis of Clinical Practice. 2005. ISBN 9780702068515.
  7. G. Forgcass, S. Newman. Biological Physics of the Developing Embryo. 2005. ISBN 978-0-521-78337-8.
  8. Brison, D. R.; Sturmey, R. G.; Leese, H. J. Metabolic heterogeneity during preimplantation development: the missing link?. 2014.