İnternasional Milan FK (it. FC Internazionale Milano) — İtaliyanın Milan şəhərini təmsil edən peşəkar futbol klubu.
İnter | ||||
---|---|---|---|---|
Klubun tam adı | Football Club Internazionale Milano S.p.A. | |||
Ölkə | İtaliya | |||
Ləqəb(lər) |
Nerazzurri (Qara ve Mavi) Il Biscione (Gürzələr)[1] La Beneamata (sevgilim) |
|||
Rəng(lər) | göy, qara | |||
Yaranma tarixi | 9 mart 1908 (111 yaş) | |||
Stadionu | Giuseppe Meazza Stadion | |||
Tutumu | 80 018 | |||
Prezidenti | Steven Zhang | |||
Baş məşqçisi | Simone İnzagi | |||
Kapitanı | Lautaro Martinez | |||
Liqa | Serie A | |||
2022–23 | 3 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
1908-ci ilin martın 9-da rəssam Corcio Mudjaninin rəhbərliyi altında Milan şəhərinin ikinci komandası - İnter təsis edilir. Klubun emblemini də Corcionun istəyi ilə yaradılıb.[2]
1910-cu ildə ilk dəfə İtaliya çempionu olan İnter 1950-ci illərədək bir neçə dəfə qızıl medalları bayram edib. 1954-cü ildə İnterin “qızıl dövrü” başlayır. Ellenio Erreranın rəhbərliyi ilə klub iki dəfə Avropa Çempionları Kubokuna sahib olur, bir neçə dəfə ölkə çempionluğunu və kubokunu qazanıb.[2]
1990-cı illərdə komanda ziddiyyətli dövrünü yaşayır. Bu illər kluba Covanni Trapattoni rəhbərlik edirdi. 1993–1994-cü illərdə klub yalnız bir xal sayəsində A seriyasında qala bilib. Sonra isə UEFA Kubokunu qazanıb. 1995-ci ildə klubun prezidenti Massimo Moratti, Ronaldo, Kristian Vyeri və Ernan Krespo kimi oyunçuları alıb.[2] Amma klub yenə də ölkə çempionatında uğur qazana bilməyib. 1998-ci ildə Luidji Simonenin rəhbərlik etdiyi İnter yenə UEFA Kubokuna sahiblənib. 2000-ci ildə Moratti Marçello Lippini klub rəhbərliyinə gətirib. Anjelio Peruççi kimi tanınmış futbolçularla müqavilə bağlansa da, yenə Skudettonu almaq qismət olmub. 2002–2003-cü illər İnter milli çempionatda ikinci yeri tutub, UEFA Çempionlar Liqasının yarımfinalında Milana məğlub olub.[2]
2003–2004-cü illər mövsümündə komandaya əvvəl Alberto Zakkeroni, sonra isə Roberto Mançini rəhbərlik edib. 2005-ci ildə klub İtaliya Kubokuna və Superkuboka yiyələnib. 2006-cı ildə komanda 3-cü yeri tutsa da, çempion Yuventus danışılmış oyunlara görə aşağı liqaya göndərilib, bir neçə komandanın xalları silinir və nəticədə İnter Skudettonun qalibi elan olunub. Amma növbəti il İnter yenə çempion titulunu qoruyub saxlayıb.[2] Hal-hazırda komandaya italiyalı mütəxəssis Simone İnzaghi baş məşqçilik edir.
2009–2010 mövsümündə İnter tarixində 18-ci dəfə İtaliya çempionu olub.[2]
Bununla belə, 2022/23 mövsümündə Çempionlar Liqasının finalına yüksəlmək İnter Milan üçün mühüm mərhələ idi. “Mançester Siti”yə uduzmasına baxmayaraq, finala gedən yol klubun irəliləyişini vurğuladı. Bu, yenilənmiş ruh və ambisiya nümayiş etdirdi və azarkeşlər gələcəyə nikbin baxırlar[3].
45 dəfə Avropa kuboklarında iştirak edib.