Internetdə ən çox istifadə olunan dil qeyri-müəyyəndir,[1] baxmayaraq ki, İnternetdə ən çox ziyarət edilən veb saytlarının təxminən yarısının ana səhifələri ingiliscədir. [2]
W3Techs verdiyi məlumata görə ən çox istifadə olunan başqa dil Rus dili, Alman dili, İspan dili, Fransız dili, Çin dili və Portuqal dili.
2009-cu ildə UNESCO-nun 1996-ci ildən 2008-ci ilə qədər, 12 il ərzində apardığı monitorinqin nəticəsi olaraq çap etdiyi hesabatda ingilis dilinin veb saytlarda işlədilmə faizinin 1998-ci ildə 75 %-dən 2005-ci ildə 45 %-ə düşdüyü qeyd olunmuşdur. Müəlliflər müəyyən etmişdir ki, 2005-ci ildən 2008-ci ilə qədər ingilis dili sabit 45 %-də qalmışdır. Amma buna ingilis dilinə axtarış sistemlərinin üstünlük verməsi də səbəb ola bilər.
Hal-hazırda davam edən W3Techs tərəfindən aparılan monitorinq 2015-ci il üçün göstərirdi ki, ingilis dili 55 %-dən çox veb saytın ana səhifəsində istifadə edilir.[3]
Qeyri-ingilis dilli veb səhifələrin sayı hər gün artmaqdadır. 2001-ci ildən 2011-ci ilə qədər internetdə ingilis dilindən istifadə təxminən 2.8 dəfə, ispan dilindən istifadə təxminən 7.4 dəfə, çin dilindən istifadə təxminən 13 dəfə, rus dilindən istifadə təxminən 18 dəfə və ərəb dilindən istifadə təxminən 25 dəfə artmışdır.[4]
10 milyon vebsaytın 2020-ci il 25 mart tarixində dillərdən istifadə faizləri aşağıdakı kimidir:
Sıra | Dil | Faiz |
---|---|---|
1 | İngilis dili | 51.6% |
2 | Rus dili | 6.6% |
3 | Yapon dili | 5.6% |
4 | Alman dili | 5.6% |
5 | İspan dili | 5.1% |
6 | Fransız dili | 4.1% |
7 | Portuqal dili | 2.6% |
8 | İtalyan dili | 2.3% |
9 | Çin dili | 2.0% |
10 | Polyak dili | 1.7% |
11 | Türk dili | 1.6% |
12 | Fars dili | 1.5% |
13 | Holland dili | 1.4% |
14 | Koreya dili | 0.9% |
15 | Çex dili | 0.9% |
16 | Ərəb dili | 0.8% |
17 | Vyetnam dili | 0.6% |
18 | İndoneziya dili | 0.5% |
19 | Yunan dili | 0.5% |
20 | İsveç dili | 0.5% |
21 | Roman dili | 0.5% |
22 | Macar dili | 0.4% |
23 | Danimarka dili | 0.3% |
24 | Tay dili | 0.3% |
25 | Slovak dili | 0.3% |
26 | Fin dili | 0.3% |
27 | Bolqar dili | 0.2% |
28 | İvrit dili | 0.2% |
29 | Litva dili | 0.1% |
30 | Norveç dili | 0.1% |
31 | Ukrayn dili | 0.1% |
32 | Xorvat dili | 0.1% |
33 | Bukmol dili | 0.1% |
34 | Serb dili | 0.1% |
35 | Katalan dili | 0.1% |
36 | Sloven dili | 0.1% |
37 | Latış dili |
0.1% |
38
39 |
Eston dili | 0.1%
0.1% |
Bütün digər dillər vebsaytlarda 0.1 %-dən az istifadə olunur.
2016-ci ilin İyun ayı üçün internet istifadçilərinin sayı dillərinə görə aşağıdakı kimidir:[5]
Sıra | Dil | İnternet istifadəçilərinin sayı | Faiz |
---|---|---|---|
1 | İngilis dili | 948,608,782 | 26.3% |
2 | Çin dili | 751,985,224 | 20.8% |
3 | İspan dili | 277,125,947 | 7.7% |
4 | Ərəb dili | 168,426,690 | 4.7% |
5 | Portuqal dili | 154,525,606 | 4.3% |
6 | Yapon dili | 115,111,595 | 3.2% |
7 | Malay dili | 109,400,982 | 3.0% |
8 | Rus dili | 103,147,691 | 2.9% |
9 | Fransız dili | 102,171,481 | 2.8% |
10 | Alman dili | 83,825,134 | 2.3% |
11–36 | Digərləri | 797,046,681 | 22.1% |
Cəmi | 3.61 Milyard | 100% |