İntibah dövrü fəlsəfəsi

Fəlsəfi fikir tarixində İntibah Dövrünün fəlsəfəsi mühüm yer tutur. Bu fəlsəfə ənənəvi cəmiyyətin böhranı və ilkin sənaye cəmiyyətlərinin təşəkkülü dövründə(XIV əsr –XVII əsrin əvvəli) Avropada (xüsusilə İtaliyada) kilsəyə və sxolastikaya qarşı mübarizədə meydana gəlmişdir.

Nümayəndələri

[redaktə | mənbəni redaktə et]

İntibah fəlsəfəsi Antik dövrün fəlsəfi irsinə əsaslanırdı. Təbiət fəlsəfəsinin nümayəndələri sxolastikaya və sxolastik aristotelçiliyə qarşı çıxırdı. Elmdəki yeni meyllər öz əksini Leonardo da Vinçinin, Nikolay Kopernikin, İohann Keplerin, Qalileo Qalileyin yaradıcılığında tapmışdır.

Leonardo Da Vinçi

[redaktə | mənbəni redaktə et]

Dünyanın elm, mədəniyyət və fəlsəfi fikir tarixində Leonardo Da Vinçi (1452-1519) böyük rol oynamışdır. O. İntibah dövrünün dahi rəssamı, böyük riyaziyyatçısı və mexaniki idi. Leonardo dünya gerçəkliyinin elmi surətdə dərk edilməsini fəlsəfənin başlıca vəzifəsi hesab edirdi. O, deyirdi ki, həqiqət birdir, o da dinə deyil elmə əsaslanır.

Nikolay Kopernik

[redaktə | mənbəni redaktə et]

Yeni təbiətşünaslığın görkəmli nümayəndələrindən biri də Nikolay Kopernik (1473-1543) idi. Onun ən böyük xidməti heliosentrik sistemi kəşf etməsi idi. O, «Səma cisimlərinin dövranı haqqında» əsərində bu sistemin əsas müddəalarının şərhini vermişdir.

Bernhardo Telezio

[redaktə | mənbəni redaktə et]

İtalyan intibahının ən görkəmli filosofu, təbiət fəlsəfəsinin banilərindən biri də Bernhardo Telezio (1509-1583) olmuşdur. O, göstərirdi ki bütün şeylər cisimdir, maddidir, hərəkət və dəyişmə bir-birinə əks olan iki fəal qüvvənin – isti və soyuğun mübarizəsi nəticəsində meydana gəlir. Onun fikrincə «hərəkətin mənbəyi təbiətdən kənarda deyil, təbiətin özündədir».

Nikolay Kuzanlı

[redaktə | mənbəni redaktə et]

İntibah fəlsəfəsinin nümayəndələrindən biri də Niko­lay Ku­­zanlı (1401-1464) idi. Ku­zanlı həmin dövrün əksər filo­sof­la­rı kimi, neoplatonizm ənənələrindən çıxış edərək, intibah dia­lek­tika­sı­nın əsasını qoymuşdur. Onun fikrincə “Vahidə heç nə əks deyildir”, yəni “vahid - hər şeydir”. Vahidin öz əksliyinə malik ol­­mama­sı müd­dəa­sın­­dan Kuzanlı, belə nəticə çıxarır ki, vahid hü­dud­suz, sonsuz ilə ey­nidir. Sonsuz elə bir şeydir ki, heç nə on­dan artıq ola bilməz. Buna görə də Kuzanlı onu “maksi­mum” ad­­lan­dırır; vahid isə “mini­mum­dur”. Beləliklə, O əks­lik­lə­rin mak­­si­mum və minimum üst-üstə düşməsi prinsipini kəşf et­miş­­dir. Bu prinsip də onu yeni Av­ro­pa dialektiklə­rin­dən biri edir. Ku­zanlı tərəfindən vahidin hü­dud­suz ilə eyniləşdiril­məsi yalnız Platon və Aristotel deyil, eyni zamanda PtolomeyArximedin əsaslandığı kosmos mənzərəsini dağıdır.

Antik dövr elminin və fəlsəfəsinin əksər nümayəndələri üçün kos­mos çox böyük, lakin son­lu cisim idi. Kuzanlıya görə kos­mo­sun mər­­kəzi və əhatə çev­rə­si Allahdır, buna görə də dünya son­suz olmasa da onu sonlu da fikirləşmək olmaz, çünki onu qa­palı edən hüdud­ları yox­dur. Ku­­zanlı antik və orta əsrlərdə kai­na­tın mərkəzində Yerin oldu­ğu sonlu kosmosu dağıtmaqla, dün­ya­nın Aristotel və Ptolomey tə­­rəfindən irəli sürülən geo­sent­rizmini aradan qaldıran Kopernik təli­mini hazırlayır. Nikolay Kuzanlı üçün səciyyəvi olan var­lı­ğın ali baş­lanğıcını əksliklərin vahid və sonsuzun eyniyyəti kimi fi­kir­ləş­mək meyli, Allah və dün­ya­nın, yaradıcı və yara­dılanın pan­teist­cəsinə ya­xın­laşdırılması nəti­cəsi idi.

İtalyan mütəfəkkiri Cordano Bruno (1548-1600) intibah dövrünün fəlsəfi fikrini daha yüksək zirvəyə qaldırmışdır. O, «Səbəb, prinsip və vahidlər haqqında», «Sonsuzluq, Kainat və dünyalar haqqında» əsərlərində aləmin sonsuzluğu, onun dinamik birliyi və əbədiliyi problemini qoymuşdur. Kainatın yeni materialist konsepsiyasını yaratmışdır. C.Brunonun fikrincə, kainat vahiddir, maddidir, sonsuzdur və əbədidir. O sonsuzluğu qəbul edir və eyni zamanda göstərirdi ki, kosmosdan kənar heç bir şey yoxdur. O əbədidir, Allah tərəfindən yaradılmamışdır. Cordano hərəkəti təsadüf deyil, zərurət kimi qəbul edirdi.

İntibah dövründə bir sıra təlimlər də meydana gəlmişdir. Bu təlimlərin meydana gəlməsində feodal dünyasının iqtisadi, siyasi, və mədəni həyatında baş vermiş əhəmiyyətli dəyişikliklərin xüsusi rolu olmuşdur.

Nikkola Makiavelli

[redaktə | mənbəni redaktə et]

İntibah dövründə siyasi ideoloqların ən görkəmlisi floren- siyalı Nikkolo Makiavellidir (1469-1527). O, öz əsərlərində sübut etməyə çalışırdı ki, insan fəaliyyətinin əsas sövqedici motivi eqoizm va maddi maraqdır. O, deyirdi ki, insanlar Öz atasının ölümünü daha tez unudur, nəinki əmlakdan məhrum olmağı. Makiavelli dünyəvi dövlətin zəruriliyini əsaslandırır, dövlət hakimiyyətinin teoloji olmasına qarşı hüquqi dünyagörüşünü qoyur, hüquq qaydalarını dinin tələblərindən ayırır, axırıncılara əsasən əxlaqi məna verirdi.

Nikkola Makiavelli

Makiavelli təsdiq edirdi ki, dövlət öz məqsədlərini həyata keçirmək üçün hər cür vasitədən istifadə edə bilər. Məsələn, din və yaxud əxlaq yalnız o zaman dəyərli olur ki, onlar dövlət hakimiyyətinə kömək edir. Əks halda onlar ümumiyyətlə lazım deyil. Öz hakimiyyətini qurmaq və möhkəmləndirmək üçün hökmdar hətta zidd vasitələrdən də istifadə edə bilər (immoralizm). Çünki məqsəd vasitəyə haqq qazandırır. Vasitaya haqq qazandıran maqsadlar Makiavelliyə görə bunlardır: xaricilərin hökmranlığından azad olmaq, sabitlik və yaxud qanunun hakimiyyəti, tərəqqi, şöhrət. Xeyirxahlıq sözün həqiqi mənasında həmin məqsədə çatmaq üçün zəruri və əlverişli olan adətlərin cəmidir. Məhz həmin məqsədlər, bizim hərəkətlərimizi xeyirxah edir. Bu məqsədlərə çatmağa kömək edən nə varsa, hamısı insan üçün gözəl nemətdir. Belə məqsəd bütün vasitələri məqbul sayır. Xeyirxahlıq vətəndaş layaqətindan, vatanparvarlikdan, hamının birgə eqoizmindən başqa bir şey deyil. Göstərmək lazımdır ki, Makiavellidə ziddiyyətli fikirlər çoxdur. Məsələn, o deyirdi: «...Xeyirxah olmaq və dönmədən ona əməl etmək zəruridir, lakin xeyirxah kimi görünmək faydalıdır. Başqa sözlə, özgələrinin gözündə müstəqil, sözünə düz, şəfqətli, səmimi, imanlı kimi görünmək lazımdır və həqiqətən belə olmalısan». Başqa yerdə isə o qətiyyətlə deyir ki, hökmdar üçün xeyirxah olmaq zərərlidir.[1]

XVI əsrdə meydana gəlmiş utopik təlimlər, birinci növbədə, ingilis hümanisti Tomas Morun və italyan monaxı-rahib Tommazo Kampanellanın adı ilə bağlıdır.

Tomas Mor

Tomas Mor «Utopiya adası» adlı əsərində İngiltərədəki ictimai quruluşun tənqidini vermiş və yeni həyatın cizgilərini təsvir etmişdir. O həyatda mövcud olan ədalətsizliklərin səbəbini xüsusi mülkiyyətdə görürdü və belə hesab edirdi ki, ideal cəmiyyət qurmaq üçün ictimai mülkiyyətə, yüksək səviyyədə təşkil edilmiş istehsala, dövlətin ağıllı idarə edilməsinə nail olmaq lazımdır. Tomas Morun fikrincə, yüksək səviyyəli hökmdarın köməyi ilə ideal cəmiyyət yaratmaq olar. Utopik sosializmin digər nümayəndəsi Tommazo Kampanella italyan təbiət fəlsəfəsinin banilərindən biri idi. Lakin onun sosial təlimi ictimai fikir tarixində böyük rol oynamışdır. Kampanellanın sosial ideyaları öz əksini «Günəş şəhəri», «Xristian monarxiyası haqqında», «Kilsə hakimiyyəti haqqında», «İspaniya monarxiyası haqqında» adlı əsərlərində tapmışdır. O, kilsə və aristokrat hakimiyyətin birliyini lazım bilir, papanın bütün xristianlar üzərində hakimiyyətini tələb edən ideyalara tərəfdar çıxırdı. Kampanella cəmiyyətdə böyük ictimai dəyişikliklər edilməsinin zəruriliyindən danışır, yer üzərində Allahın hökmranlığını qəbul etməyi, xüsusi mülkiyyətin və istismarın ləğv edilməsini lazım bilirdi. Tomas Mor və T. Kampanellanın ideyaları Avropa rasional təfəkkürünə, xüsusilə də maarifçilik fəlsəfəsinə müsbət təsir göstərmişdir. İntibah dövr fəlsəfəsi yeni dövrün fəlsəfi ənənələrinə keçid üçün zəmin yaratdı.

  1. Yusif Rüstəmov. Fəlsəfənin əsasları (Azərbaycan dili). Bakı: "Nurlan". 2007. ISBN -9952-403-35-6.