Sxolastika (yunanca "schole" – elmi söhbət, məktəb) – dini fəlsəfə tipi. Hərfi mənada "məktəb fəlsəfəsi" deməkdir. Orta əsrlər dövrü üçün xarakterikdir. Sxolastlar xristianlıq dini etiqadını rasionallıqla əsaslandırmağa və sistemləşdirmək niyyətində idilər. Bunun üçün isə onlar antik filosofların ideyalarından istifadə edirdilər. Teologiyaya üstünlük vermək, ehkamçı ilkin şərtləri rasionalist metodika ilə birləşdirmək və formal məntiq problemlərinə maraq sxolastikanın səciyyəvi cəhətləridir. Orta əsrlərdə ən çox Qərbi Avropada inkişaf etmişdir. Sxolastikanın kökləri son antik fəlsəfəsinə, xüsusilə Proklın görüşlərinə gedib çıxır.
Sxolastism üç dövrə bölünür.
Erkən sxolastikaya (IX-XIII əsrlər) neoplatonizmin təsiri olmuşdur (Kenterberili Anselm, İbn Sina, İbn Rüşd, Akvinalı Foma )
Klassik sxolastika dövründə (XIV-XV əsrlər) xristian aristotelizmi (Böyük Albert), üstün idi. 15-16 əsrlərdə katolik (neosxolastiklər, ispan iyezuiti F. Suares) və protestant (F. Melanxton) ilahiyyatçılar arasındakı mübahisələr əslində katolik Kilsəsinin Reformasiyaya qarşı mübarizəsini əks etdirirdi.
Müasir sxolastika – yeni dövrün fəlsəfi təlimlərinin (Dekart, Hobbs, Lokk, Kant, Hegel və b.) təsiri ilə sxolastikanın əvvəlki mövqeyi sarsıldı. 19 əsrdən müxtəlif katolik (tomizm, Platon-Avqustin məktəbi və b.) və protestant məktəblərini birləşdirən sxolastikaya maraq artdı.
Sxolastik fəlsəfənin böyük nümayəndələri sırasına Aziz Anselm, Akvinalı Foma kimi Qərb sxolastik fəlsəfənin böyük filosofları daxildir.