İohan Şöneman


İohan Şöneman
alm. Johann Friedrich Schönemann
Doğum tarixi
Doğum yeri Krosno-Odjansk
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Şverin
Dəfn yeri
Vətəndaşlığı Almaniya
Milliyyəti aktyor,teatr rejissoru,dram aktyoru
Fəaliyyəti aktyor, teatr aktyoru, teatr rejissoru

İohan Friedrix Şöneman ((alm. Johann Friedrich Schönemann‎;21 oktyabr 1704[1][2][…]16 mart 1782[1][2][…], Şverin) — alman dram aktyoru, teatr rejissoru və teatr xadimi.

Uşaq ikən valideynlərini itirib və Blinerdə qohumlarının himayəsində böyüyüb. Uğurlu olan səhnə debütü 1724-cü ildə Hannoverdə baş tutdu. 1730-cu ildə Karolin Noyberin truppasına qoşulur. 1739-1750-ci illərdə Almaniyanın bir çox şəhərlərində (Lüneburq, Leypsiq, Hamburq, Breslau, Berlin, Braunşveyq) çıxış edən öz dram truppasının direktoru, 1750-1756-cı illərdə isəin Şversaray teatrının direktoru olub. Kristian Lüdviq 1753-cü ildə bu şəhərdə teatr akademiyasını qurdu. 1756-cı ildə Meklenburqlu Fridrix hakimiyyətə gəldikdən sonra Şverindən ayrılaraq yenidən aktyor oldu və əsasən Hamburqda çıxış etməyə başladı. Artıq 1757-ci ildə o, səhnəni tərk etmək qərarına gəldi və ömrünün son illərini Şverində keçirtdi. O, komik rolların məşhur ifaçısı idi, ancaq teatr üçün çox işlər görmüşdür, komik opera və musiqili komediyanın inkişafına töhfə verən teatr direktoru kimi şöhrət qazanmışdır.

  1. 1 2 Johann Friedrich Schonemann // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Friedrich Schönemann // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
  • Шенеман, Иоганн-Фридрих  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.