İosif Pançiç

İosif Pançiç (serb. Јосиф Панчић/Josif Pančić Panosif Pančić) — Serbiyalı həkim, botanik, Serbiya Kral Akademiyasının ilk prezidenti.

İosif Pançiç
serb. Јосиф Панчић
Doğum tarixi 5.4.1814(17)
Doğum yeri Avstriya imperiyası, Uğrini
Vəfat tarixi 25.3.1888(8)
Vəfat yeri Belqrad, Serbiya Krallığı
Elm sahələri botanika, tibb[1]
Elmi dərəcəsi Professor
Elmi adı Botanik
İş yeri Belqrad universiteti
Təhsili
Üzvlüyü
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d] (188725 fevral (8 mart) 1888)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Balkan küknarı (Pancic)

Tərcümeyi-halı

[redaktə | mənbəni redaktə et]

Pançiç Ugrini (müasir Xorvatiya ərazisi) kəndində anadan olub. O, xorvat katolik ailəsinin dördüncü övladı idi. Rəvayətə görə, Pançiçlər ailəsi Herseqovinadan gəlmişdir. İosifin valideynləri kasıb idi, lakin onun əmisi Qospiç şəhərində baş diyakon idi və o, İosifin təhsil qayğısını öz üzərinə götürmüşdü. O, ibtidai təhsili Qospiçdə, ali təhsili isə Riyekada almışdır . 1830-cu ildə İosif Riyekadan Zaqrebə köçərək təhsilini burada davam etdirir. 1842-ci ildə o tibb Fakültəsini bitirərək həkimlik ixtisasına yiyələnir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İosif Pançiçin ən məşhur uğuru, onun nadir bir növ olan — Balkan küknarını (və ya Pancice ladin) kəşf etməsidir.

1887-ci ildə ilk 16 akademikdən biri və Serbiya Kral Akademiyasının ilk prezidenti oldu.

Adının əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
  • Alimin dəfn olunduğu Kopaonikin ən yüksək zirvəsinə — onun şərəfinə Pançiçev-Vrh adı verilmişdir.
  • Belqradda Tələbə meydanında abidə ucaldılmışdır.
  • 1994-cü ildə Yuqoslaviyada onun təsviri olan 10 dinar nominallı əskinas buraxılmışdır.
    Yuqoslaviyanın 10 dinar əskinasında Pançiçin portreti., 1994