İqlim Dəyişmələri

Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksidxlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir. Azərbaycan ərazisində Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4–1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.[1][2]

Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüşdü və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.[1][2][3][4]

Beynəlxalq Sazişlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuş və Konvensiyanın Kioto protokolunu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır. Paris Sazişi 2016-cı ilin aprelində imzalanmış və 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini Konvensiya Katibliyinə təqdim etmiş və qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə(1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.[2][5]

İstilik Effekti Yaradan Qaz Emissiyalarının ölkə üzrə miqdarı

[redaktə | mənbəni redaktə et]
2013 –cü ildə müxtəlif sektorlardan emissiyalar ( %)

İstilik Effekti Yaradan Qaz Emissiyalarının (İEYQ) inventarlaşma prosesi zamanı Enerji, kənd təsərrüfatı, tullantı, TİTİDM (Torpaqdan İstifadə və Torpaqdan İstifadənin Dəyişdirilməsi və Meşə təsərrüfatı) sektorları və CO2, CH4, N2O, HFC, CF4 qazları əhatə olunmuşdur.

Azərbaycan Respublikasında ümumi emissiya baza ilində (1990)73.331 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınmadan); net emissiya isə 69.641 Gq CO2 ekvivalenti (TİTİDM daxil edilməklə) olmuşdur.

Baza ili ilə müqayisədə ümumi emissiya səviyyəsində 35% azalma nəzərdə tutulur ki, bu da 25.666 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınmadan) 24.374 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınaraq) olacaqdır.[2]

Adambaşına düşən İEYQ və dünya ölkələri ilə müqayisə

[redaktə | mənbəni redaktə et]
İstilik effekti yaradan qaz emissiyalarının illər üzrə müqayisəsi

Azərbaycan Respublikasında istilik effekti yaradan qazlar üzrə aparılan son inventarizasiyanın nəticələrinə görə baza ili olan 1990-cı ildə adambaşına düşən istilik effekti yaradan qaz emissiyaları 10.4 ton СО2 ekvivalenti olduğu halda 2010-cu ildə bu göstərici 5.4 ton СО2 ekvivalenti olmuşdur. Bu göstərici dünya üzrə ümumi orta göstəricidən (2010-cu il üzrə 4.43 ton СО2) bir qədər yüksək bir göstəricidir.[2]

İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya)tədbirləri

[redaktə | mənbəni redaktə et]

Kioto protokolu çərçivəsində Azərbaycan İEYQ emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə bir sıra əhəmiyyətli tədbirlər yerinə yetirilmişdir ki, bunlara az karbonlu, enerji səmərəliliyikli, bərpa olunan enerji və tullantıların effektiv idarə edilməsi texnologiyalarının təqdim olunması, həmçinin meşə sahələrinin genişləndirilməsi daxildir. Azaldılma ilə bağlı milli təşəbbüslərə əlavə olaraq, Azərbaycan müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Beləliklə, iqlim dəyişikliyinin azaldılması texnologiyası və bu sahədə potensialın yaradılması ilə bağlı 30-dan çox layihə həyata keçirilmişdir.[2]

Həssaslığın qiymətləndirilməsi və uyğunlaşma(adaptasiya) tədbirləri

[redaktə | mənbəni redaktə et]

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalarıdır. Adaptasiya məsələləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın Birinci, İkinci, Üçüncü Milli Məlumatlarına daxil edilmişdir.[2]

Müvafiq iqlim dəyişikliyi siyasəti və strategiyası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirmişdir. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin azaldılması (mitiqasiya) və bu təsirlərə uyğunlaşma(adaptasiya) strategiyaları uzunmüddətli Dövlət Proqramlarında öz əksini tapır[2][6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "BMT-NİN İQLİM DƏYİŞMƏLƏRİ ÜZRƏ ÇƏRÇİVƏ KONVENSİYASINA AZƏRBAYCANIN ÜÇÜNCÜ MİLLİ MƏLUMATI" (PDF). 2022-01-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-11-02.
  2. 1 2 3 4 5 6 7 8 "İqlim Dəyişmələri". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  3. "İqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan lider ölkə kimi qiymətləndirilmişdir". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  4. "BMT-nin sammitində iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycanın nailiyyətlərindən danışılıb". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  5. ""BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Azərbaycanın İkinci Milli Məlumatları üçün layihə təklifinin hazırlanması məqsədi ilə özünüqiymətləndirmə" layihəsinin həyata keçirilməsi üçün Qlobal Ekologiya Fondu tərəfindən ayrılan qrant üzrə sənədin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.
  6. ""İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu" mövzusunda Konfrans keçirilib". 2018-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-02.