Azərbaycan Respublikasında ekoloji vəziyyət

Ətraf mühitə təsir edən amillər[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatın inkişafı, demoqrafik artım, əhalinin gəlir səviyyəsinin yüksəlməsi hesabına istehlakın artması, iqlim dəyişmələri və digər səbəblər ətraf mühitə mənfi təsirin artması ilə nəticələnmişdir.

Ekoloji problemlər[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin tullantı suları ilə çirkləndirilməsi, atmosfer havasına zərərli qazların atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, tullantıların idarə olunması sahəsindəki çatışmazlıqlar mövcud ekoloji problemlər sırasında hesab olunur.

Ekoloji vəziyyət[redaktə | mənbəni redaktə et]

Son illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır. Aztullantılı texnologiyalardan istifadə, neftlə çirklənmiş ərazilərin reablitasiyası, su hövzələrinin ekoloji vəziyyətinin bərpa olunması, yaşıllaşdırma işlərinin həyata keçirilməsi xüsusi ilə Abşeron yarımadası, BakıSumqayıt şəhərlərində ətraf mühitinin vəziyyətinin yaxşılaşması ilə nəticələnmişdir.

Meşə sahəsi[redaktə | mənbəni redaktə et]

Ölkə ərazisinin 12 faizi meşə ilə örtülüdür, 10,3 faizini isə xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir.

Milli park, təbiət qoruğu, təbiət yasaqlığı[redaktə | mənbəni redaktə et]

Respublikada 10 Mili Park, 10 təbiət qoruğu və 24 təbiət yasaqlığı mövcuddur.

Təbii və coğrafi şəraitin unikallığı burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkədə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-05.