İqlim resursları

İqlim resursları- dedikdə konkret ərazi və regionun malik olduğu istilikrütubət ehtiyatı başa düşülür. Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabər paylanmışdır. Havanın temperaturu -90 °C-dən +80 °C arasında tərəddüd edir, hərçənd yer üçün orta temperatur təxminən +15 °C təşkil edir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Quru ərazi bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 min km³ yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər vardır ki, ora 50–100 mm-dən də az yağıntı düşür.

Ətraf mühitdə suhavanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnikatexnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.