İqor Savçenko

İqor Andreyeviç Savçenko (11 oktyabr 1906, Vinnitsa, Ukrayna14 dekabr 1950, Moskva, RSFSR) — SSRİ yazıçısı, ssenarist, rejissor.

İqor Savçenko
İqor Andreyeviç Savçenko
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (44 yaşında)
Vəfat yeri Moskva, RSFSR, SSRİ
Dəfn yeri
Fəaliyyəti kinorejissor, ssenarist, fotoqraf, aktyor, pedaqoq
Janr sosialist realizmi
Mükafatları "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
"Qırmızı əmək bayrağı" ordeni

İqor Andreyeviç Savçenko 11 oktyabr 1906-cı ildə Vinnitsada (Ukrayna) anadan olmuş, 14 dekabr 1950-ci ildə Moskvada vəfat etmişdir.

İqor Savçenko 1919-cu ildən müxtəlif teatrlarda işləmişdir. 1926-1929-cu illərdə Leninqrad Səhnə Sənətləri İnstitutunda oxumuşdur. 1929-1932-ci illərdə Bakı Kinostudiyasında, 1932-1935-ci illərdə Moskvada işləmişdir. 1933-cü ildən "Mejrabpomfilm", 1938-ci ildən Bakı kinostudiyasının rejissoru olmuşdur. 1941-1945-ci illərdə Aşqabad kinostudiyasında rejissor, "Soyuzdetfilm" kinostudiyasında bədii rəhbər, "Mosfilm" kinostudiyasında isə rejissor vəzifələrində çalışmışdır. Ömrünün son illərində, yəni, 1945-1950-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir.

Ad və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • SSRİ Dövlət Mükafatı (1942, 1949, 1952)
  • Rusiya Əməkdar İncəsənət Xadimi (1944)
  • "Qırmızı əmək bayrağı" ordeni

Əsər müəllifi kimi

  1. Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)

Ssenari müəllifi kimi

  1. Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)

İkinci rejissor kimi

  1. Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)

Aktyor kimi

  1. Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
  2. 26 komissar (film, 1932) (tammetrajlı bədii film)(rol: eser lideri)

Rejissor kimi

  1. Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)
  1. Савченко Игорь Андреевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]