Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990[1][2], Sidney[7][8][…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı.
İqqi Azaliya | |
---|---|
ing. Amethyst Amelia Kelly | |
Ümumi məlumatlar | |
Ləqəbi | Iggy Azalea |
Doğum tarixi | 7 iyun 1990[1][2] (34 yaş) |
Doğum yeri | |
Uşağı | 1[3] |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, repçi, rəqqasə, mahnı yazarı[d], model[d], bəstəkar, aktrisa, biznes ledi, musiqi videosu rejissoru[d], rejissor |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | pop rep[d], elektronik musiqi[9], hip-hop[d][10][11][…], elektronik rəqs musiqisi[d], pop musiqisi, trep, elektropop[d] |
Albom şirkətləri | Def Jam Recordings[d], Grand Hustle Records[d], Mercury Records[d], Empire Distribution[d] |
iggyazalea.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu.[12] "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır. Azaliya bu hitlərlə debütləri ilə "Hot 100"də eyni anda bir və ikinci sırada yer alan ikinci musiqiçi (The Beatles-dən sonra) oldu.[13][14][15][16]
Azaliya planlaşdırdığı ikinci albomu olan "Digital Distortion" üçün bir sıra sinql buraxdı. Lakin albom şirkəti ilə münaqişə, eləcə də şəxsi münaqişələr səbəbindən layihə ləğv olundu. Nəticədə Azaliya Island Records ilə razılaşaraq "Survive the Summer" (2018) EP-sini buraxdı. Sonrakı fikir ayrılıqları Azaliyanın müstəqil sənətçi olaraq öz şirkəti Bad Dreams-i yartmasına səbəb oldu. Onun ikinci albomu "In My Defense" 2019-cu ildə yayımlandı, ardınca həmin il başqa bir EP-si "Wicked Lips"i buraxdı.[17] Musiqiyə ara verməzdən əvvəl 2021-ci ilin avqustunda üçüncü studiya albomu "The End of an Era"nı yayımladı.
Azaliyanın nailiyyətlərinə iki "American Music Award", üç "Billboard Music Awards", bir "MTV Video Music Awards", bir "People's Choice Awards", dörd "Teen Choice Awards" və dörd "Qremmi" mükafatına namizədlik daxildir. Rəsmi YouTube kanalı 3,4 milyard baxış toplayıb, 15 musiqi videosu Vevo-da 100 milyondan çox izlənilib.
Ametist Ameliya Kelli Sidneydə anadan olub, Yeni Cənubi Uelsin Mullumbimbi şəhərində böyüyüb. Atası Brendan Kelli İralndiya-Avstraliya rəssamı və komiks artisti,[18] anası Tanya[19] isə xidmətçi olub.[20] Azaliya atasının özü tikdiyi, 5 hektar (12 akr) həyəti olan evdə yaşayırdı.[20][21][22] Matias və Emerald adlı iki bacısı var.[mənbə göstərin]Azaliyaya görə onun nəsili bir qədər aborigendir (yerli avstraliyalı): "Ulu babalarım Avstraliyaya Birinci flot ilə gəlmişdi. Nəslimiz 100 ildən artıqdır ki, bu ölkədədir.[Q 1] Əgər sizin ailəniz Avstraliyada uzun müddət yaşayıbsa, demək sizdə "aborigen qanı" axır. Mən əminəm ki, mənim ailəm də belədir." Azaliya həmçinin atasının "incəsnətlə yeniyetmə yaşlarında maraqlanmasını təmin etdiyini" və bunun həyatı və karyerasına mühüm əhəmiyyət kəsb etdiyi demişdir.[20] O, 14 yaşında rep oxumağa başladı.[22] Solo karyerasına başlamazdan əvvəl məhəlləsindən olan digər iki qızla birlikdə qrup yaratdı: "Bəlkə də, TLC kimi qrup ola bilərdik. Amma mən Left Eye (Liza Lopes) olacam."[23] Azaliya nəhayət qrupu dağıtmaq qərarına gəldi, çünki digər qızlar bunu ciddi qəbul etmirdilər. O hətta demişdi: "Mən etdiyim hər şeyi ciddi qəbul edirəm. Mən çox rəqabətciləm."[23]
Azaliya Amerikaya köçmək arzusunun ardınca getmək üçün orta məktəbi tərk etdi. Anası ilə birlikdə işləyərək otel otaqlarını, istirahət kateclərini təmizləyib qazandığı pulu yığdı. O, məktəbə nifrət etdiyi, rəssamlıq dərsindən başqa digərlərinin ona fayda vermədiyini demişdir. Həmçinin heç bir dostu olmadığını və evdə düzəlmiş geyimlərinə lağ edildiyi söyləyib.[24] Azaliya 2006-cı ildə 16 yaşının tamam olmağına az qalmış ABŞ-yə səyahət etdi. Valideynlərinə dostu ilə "tətilə" getdiyini dedi, amma sonda burada qalmaq qərarına gəldi və qısa müddət sonra evə qayıtmayacağını söylədi:[25]
"Amerika məni cəlb etdi, çünki öz ölkəmdə özümü kənar bir insan kimi hiss edirdim, hip hopa aşiqəm və Amerika bunun vətənidir, ona görə də düşündüm ki, musiqiyə nə qədər yaxın olsam, bir o qədər xoşbəxt olaram. Haqlı idim." |
O xatırlayırdı, "Anam ağlayırdı, "sadəcə özünü qoru" deyirdi. "Tək başına gedirəm. Mən dəliyəm!" deyə düşünürdüm."[26] Azaliya ABŞ-yə gəldikdən sonra Ümumi Təhsil İnkişafı (GED) diplomunu aldı və altı il müddətində vizasız ölkədə yaşamaq hüququ qazandı, hər üç aydan bir yeniləmək üçün Avstraliyaya qayıdırdı. Azaliya ona beş illik O vizası verilənə — 2013-cü ilin fevral ayına qədər ABŞ-də qeyri-qanuni işlədi.[27] Sonradan İqqi ləqəbini seçdi.[28] Nəhayət 2018-ci ildə ABŞ-nin daimi vətəndaşı kimi təsdiqləndi.[29]
Azaliya 2006-cı ildə ABŞ-yə ilk dəfə gələndə Florida ştatının Mayami şəhərində qaldı və daha sonra qısa müddət Texas ştatının Hyuston şəhərində yaşadı. Ardınca Corciya ştatının Atlanta şəhərinə köçərək orada bir neçə il qaldı və bu müddətdə Dungeon Family adlı rep qrupunun Backbone adlı üzvü ilə birgə çalışdı. Həımçinin gələcək əməkdaşları FKi və Natali Sims ilə də tanış oldu.[30][31] İnsanların ona güləcəklərini çünki, "replərinin bərbad olduğunu düşündüklərini" dedi, amma yetişkin olduğu üçün bu tənqidlərə gülərək keçməyi bacardı.[32] Azaliya həm də 2010-cu ilin yayında onu Los-Ancelesə köçməyə təşviq edən Interscope Records şirkətindən biri ilə tanış olmuşdu. Beləcə Interscope onu qısa müddət ərzində menecment olacaqdı.[32][33] Məhz bu müddət ərzində uşaqlıq iti İqqinin adını səhnə ləqəbi və ailəsinin indiyə qədər yaşadığı və özünün də orada böyüdüyü Azaleya küçəsini ad olaraq qəbul etdi.[34] Həmçinin "fri-stil" rep və "stop motion" animasiya videoları da yaratmağa başladı.[35]
Azaliya 27 sentyabr 2011-ci ildə özünün ilk tammetrajlı layihəsi "Ignorant Art" adlı miksteypini buraxdı və bunu "insanları köhnə idealları yenidən nəzərdən keçirtməyə və müəyyənləşdirməyə təşviq etmək məqsədi ilə" hazırladığını dedi.[36] 2011-ci ilin noyabr ayında "My World" adlı mahnısı üçün Alex/2tone-nin rejissorluğu ilə klip çəkildi. Həmin videoda keçmiş güləşçi Tommi Listerin "cameo" görüntüsü olması videonun populyarlığını artırdı.[37]
İl | Mükafat | İş | Kateqoriya | Nəticə | İst. |
---|---|---|---|---|---|
2013 | MTV Video Music Awards | "Work" | Ən yaxşı iş | Namizəd | |
MTV Europe Music Awards | İqqi Azaliya | Ən yaxşı sənətçi | Namizəd | ||
Ən yaxşı Avstraliya sənətçisi | Namizəd | ||||
MOBO Awards | Ən yaxşı beynəlxalq sənətçi | Namizəd | |||
2014 | American Music Awards | İlin sənətçisi | Namizəd | ||
Ən yaxşı yeni sənətçi | Namizəd | ||||
Ən yaxşı pop/rok qadın sənətçisi | Namizəd | ||||
Ən yaxşı rep/hip hop sənətçisi | Qazandı | ||||
"Fancy" | İlin işi | Namizəd | |||
The New Classic | Ən yaxşı rep/hip hop albomu | Qazandı | |||
ARIA Music Awards | İqqi Azaliya | Ən yaxşı qadın sənətçi | Namizəd | ||
"Fancy" | İlin mahnısı | Namizəd | |||
The New Classic | Yeni sənətçinin ən yaxşı işi | Qazandı | |||
Ən yaxşı urban albom | Namizəd | ||||
BET Awards | Iggy Azalea | Ən yaxşı qadın hip hop sənətçisi | Namizəd | ||
BET Hip Hop Awards | Ən yaxşı sənətçi | Qazandı | |||
"Fancy" | Ən yaxşı hip hop videosu | Namizəd | |||
Xalqın seçimi mükafatı | Namizəd | ||||
Billboard Women in Music Awards | İqqi Azaliya | Siyahı birincisi | Qazandı | ||
MTV Europe Music Awards | Ən yaxşı hip hop sənətçisi | Namizəd | |||
Ən yaxşı sənətçi | Namizəd | ||||
"Black Widow" | Ən yaxşı video | Namizəd | |||
MTV Video Music Awards | "Fancy" | İlin videosu | Namizəd | ||
Ən yaxşı qadın videosu | Namizəd | ||||
Ən yaxşı pop videosu | Namizəd | ||||
Ən yaxşı incəsənət idarəsi | Namizəd | ||||
MOBO Awards | İqqi Azaliya | Ən yaxşı beynəlxalq sənətçi | Namizəd | ||
NewNowNext Awards | Ən yaxşı qadın sənətçi | Namizəd | |||
Teen Choice Awards | Ən yaxşı R&B/hip hop sənətçisi | Qazandı | |||
Dəb simvolu | Namizəd | ||||
Yayın ən yaxşı qadın sənətçisi | Namizəd | ||||
"Fancy" | Yay mahnısı | Namizəd | |||
Ən yaxşı R&B/hip hop mahnısı | Qazandı | ||||
Ən yaxşı qadın sənətçinin ən yaxşı sinqlı | Namizəd | ||||
VEVO Certified | 100 milyon izlənmə | Qazandı | |||
"Work" | Qazandı | ||||
"Black Widow" | Qazandı | ||||
2015 | Premios Grammy | "Fancy" | İlin rekordu | Namizəd | |
Ən yaxşı pop duet/qrup işi | Namizəd | ||||
The New Classic | Ən yaxşı rep albomu | Namizəd | |||
İqqi Azaliya | Ən yaxşı yeni sənətçi | Namizəd | |||
BET Awards | Ən yaxşı hip hop qadın sənətçisi | Namizəd | |||
Billboard Music Awards | Ən yaxşı yeni sənətçi | Namizəd | |||
Ən yaxşı qadın sənətçi | Namizəd | ||||
Ən yaxşı Hot 100 sənətçisi | Namizəd | ||||
Ən yaxşı rəqəmsal mahnı sənətçisi | Namizəd | ||||
Ən yaxşı internet sənətçisi | Qazandı | ||||
Top artista rap | Qazandı | ||||
Ən yaxşı rep sənətçisi | Namizəd | ||||
The New Classic | Ən yaxşı rep albomu | Namizəd | |||
"Fancy" | Ən yaxşı Hot 100 mahnısı | Namizəd | |||
Ən çox izlənilən mahnı (səs) | Namizəd | ||||
Ən yaxşı rep mahnısı | Qazandı | ||||
"Black Widow" | Namizəd | ||||
iHeartRadio Music Awards | İqqi Azaliya | İlin sənətçisi | Namizəd | ||
Ən yaxşı yeni sənətçi | Namizəd | ||||
Ən yaxşı sənətçi | Namizəd | ||||
"Fancy" | Ən yaxşı əməkdaşlıq | Namizəd | |||
Kids Choice Awards | Ən bəyənilən mahnı | Namizəd | |||
People's Choice Awards | İqqi Azaliya | Bəyənilən qadın sənətçi | Namizəd | ||
Ən bəyənilən hip hop sənəyçisi | Qazandı | ||||
Teen Choice Awards | Ən yaxşı qadın sənətçi | Namizəd | |||
Ən yaxşı R&B/hip hop sənətçisi | Namizəd | ||||
"Pretty Girls" | Qadın sənətçinin ən yaxşı mahnısı | Namizəd | |||
Ən yaxşı əməkdaşlıq | Namizəd |
Ləğv edilmiş turlar
<ref>
teqi; wcs2
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; wowmagazine2
adlı istinad üçün mətn göstərilməyibSələfləri Hozier |
"Canlı şənbə gecəsi" şousunun musiqiçi qonağı 25 oktyabr 2014 |
Xələfləri Prins |
Musiqi portalı Avstraliya portalı |