İrəc

Şahnamənin bir səhifəsində İrəcin qardaşları tərəfindən qətlini göstərən təsvir

İrəc (fars. ایرج‎, Avesta: āiriyā) — Firdovsinın Şahnaməsinin epik personajlarından biridir. İran mifologiyasında Firidunun ən kiçik oğludur. Atası Firidun səltənətini övladları arasında bölüşdürdükdə İranı İrəcə verdi. Qardaşları Səlm və Tur İrəci qısqanclıqlarına görə öldürürlər. Firidun dəstəyi ilə[1] İrəcin oğlu Mənuçö əmilərini öldürür və atasının qisasını alır.

  1. "Characters of Ferdowsi's Shahnameh". heritageinstitute.com. 13 iyun 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2014.