Hinduquş dağları

Hinduquş dağları[1] (puşt. هندوکش, urdu ہندوکش - fars mənbələrində Hindistan dağları olaraq keçərlidir. Orta Asiyada yerləşən dağ sistemi. Bəzən «hindliləri öldürən»[2] adlandırırlar. Ərazisinin böyük hissəsi ƏfqanıstanPakistan ərazisində yerləşir. Hinduquş dağları əsasən qayalı dağlardır. Onlar vulkan məşhəlli deyildir. Onların yaranmasına səbəb Hindistan tavasının Mərkəzi asiyaya təzyiqi sayəsində meydana gəlmişdir. Geoloji baxımdan dağlar cavandır və hələ də qalxmaqda davam edir. Qərbdən şərqə Hinduquş dağları 1200 km, şimaldan cənuba isə 240 km məsafədə uzanır. Hinduquş dağları ərazisinin böyük qismi Əfqanıstan ərazisində yerləşir. Şərq hissəsi daha hündür olub uzu şiş piklərlə örtülüdür. Bu hissə Pakistan ərazisində yerləşir. Hinduquş dağları şimal-şərqdən Amudərya çayı, və Pənc ilə əhatələnir. Buradan Pamir başlalır. Hinduquşun şərq sərhədini Çitral çayı təşkil edir. Hinduquşun daxilində bir necə silsilə vardır. Onlardan Baba silsiləsi. Paqman silsiləsi və Hinduquşun özü. Orrfoqrafik baxımından onlar Hinduquşu Qərbi, Şərqi və Mərkəzi Hinduquşa bölürlər. Bu silsilələrin sərhəddi isə VaxşKokça çaylarıdır. Qərbi Hindukuş elədə hündür deyildir. Burada hündürlük 3500-4000 metr arasında dəyişir. Mərkəzi Hindukuş Kabuldan şərq və şimal-şərqdə yerləşir. Onun hündürlüyü isə 6059 metrə çatır. Onun cənubunda yerləşən Hindurac qarışıq bir dağ vilayəti olan Nuristanı əmələ gətirir. Qərbi Hindukuşun şərq hissəsində hündürlük 6000 metri keçir. Burada buzlaqlar geniş sahəni əhatə edir. Şərq hissəsində yüksək dağ səhraları yerləşir. Bu baxımdan Şərqi Pamiri xatırladır. Şərqi Hinduquşun şərq hissəsində hündürlük 4000 metr hündürlüyə malikdir. Ən aşağıda yerləşən Baroqil aşırımıdır (3777 m). Şərqi Hinduquşda qar xətti 5 000 metrdən başlayır.

Hinduquş
Ümumi məlumatlar
Mütləq hündürlüyü 7708 m
Uzunluğu 1200 km
Eni 240 km
Hündür nöqtəsi Tiricmir
Süxurları Çöküntü, ofiaolitlər
Yerləşməsi
35° şm. e. 71° ş. u.HGYO
Ölkələr
Hinduquş xəritədə
Hinduquş
Hinduquş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağlıq Bədəxşan, Pənc çayından şimalda Hindukuş sanki bir hündür çoxqatlı divar rolunu oynayır. Hindukuş çay istiqamətindən demək olar ki, keçilməzdır. Burada hündürlük birdən-birə 5000 metrə qədər qalxır.

Hinduquşun Əfqanıstan hissəsində yerləşən ərazisi 4000 - 5000 metr hündürlüyə malikdir və bura çılpaq dağlardan ibarətdir. Hindukuşun ən dündür hissəsi Əfqanıstan və Pakistan arasında yerləşir. Bu ərazini hətta Himalay dağları ilə müqayisə edilir. Burada dağ buzlağının uzunluğu 20 kilometrə çatır. Hazırda Hindukuşun cənub-şərq hissəsi Taliblərin əsas məskənləri rolunu oynayır. Onlar burada cəmləşmişdir. Onlar buradan ƏfqanıstanNATO qüvvələrinə hücumlar təşkil edirlər.

Hal-hazırda belə Hinduquşun yüksək dağlıq rayonlarında az saylı xalqlar yaşayır. Onlar asilimiyasiya olunmaqdan və ya məhv edilməkdən çəkilərək özlərini qorumaq məqsədi ilə bu addımı atırlar. Burada Nuristanlılar, Dardlar və Pamir xalqları yaşayır. Çirtal çayı vadisində dard dili yayılmışdır. Onlar indidə islamdan öncəki politizm inancına aiddirlər.

Hinduquşun zirvələri

[redaktə | mənbəni redaktə et]

Hinduquşun ən hündür zirvələri 7000 metri keçir. Bunlara misal kimi Tiriçmir (7699 m), Noşak (7492 m), İstor-o-Nal (7403 m), I Saraqrar (7338 m)

  1. "Peakbagger.com". 2017-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-21.
  2. Вавилов Н. И. Пять континентов. — М.: Мысль, 1987 — С.38