İranda tələbələrin etiraz aksiyaları (2018)

İranda tələbələrin etiraz aksiyaları2018-ci ilin dekabr ayının əvvəllərində o zamankı İranda müəllim və digər sahələrdə çalışan şəxslərin davam edən tətillərini dəstəkləmək üçün başladılmış tələbə etiraz aksiyaları.[3][4]

İranda tələbələrin etiraz aksiyaları (2018)
Yer İran İran
Tarix 4-31 noyabr 2018-ci il
Səbəb İrandakı siyasi və dini idarəetmə sistemindən narazılıq
İranda iqtisadi vəziyyətin çətinləşməsi
Müəllim və işçilərin tətil etməsi
Universitet rəhbərliyinin səhlənkarlığı nəticəsində avtobus qəzasında 10 tələbənin ölümü
Əsas məqsəd Həbs edilənlərin azad edilməsi
Maaşların qaldırılması
Günahkar məmurların istefaya göndərilməsi
Nəticə Aksiyalar dağıdılıb
Təşkilatçılar Tələbələr
Hərəkətverici qüvvələr Tələbələr
İştirakçı sayı Yüzlərlə
Əleyhdarları İran İran
İran İslam Respublikası Daxili Qoşunları
Bəsic
Yaralananlar 2 nəfər[1]
Həbs olunanlar 1 nəfər[2]

2018-ci ilin 4 dekabrında Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələri toplanaraq tətil edən işçiləri və müəllimləri dəstəklədiklərini bildirdilər. Aksiyanı dağıtmağa çalışanlara qarşı isə bəstə oturdular. Səsləndirdikləri əsas şüarlar isə bunlar idi: "Toplar, tanklar və silahlar artıq təsirsizdir", "İşçilər və tələbələr birləşir", "Həbs edilmiş müəllimlər, işçilər və tələbələr azad edilməlidir", "Yalançı hakimiyyətə ölüm".[3][5][6][7] Eyni vatda Tehranda yerləşən başqa bir universitet olan Əllamə Təbatəbai Universitetinin tələbələri universitet şəhərçiyində İran xüsusi xidmət orqanları işçilərinin olmasına görə etiraz aksiyasına başladılar.

Eyni gündə Babol Nuşirvani Texnologiya Universitetinin tələbələri də etiraz aksiyalarına başladılar. Onların əsas şüarları bunlar idi: "Universitet diridir", "Universitet tələbələrinə qarşı təzyiqlərə son", "Tələbələr öləcək, lakin zülmə boyun əyməyəcək".[8]

Səhənd Texnologiya Universiteti və Kirmanşah Razi Universiteti tələbələri də eyni gündə etiraz aksiyalarına başladılar. Səhənd Texnologiya Universiteti tələbələrinin bir qismi aclıq aksiyası başlatdı. Kirmanşah Razi Universiteti tələbələri isə Xuzistandakı işçilərlə həmrəylik göstərmək üçün əsas şüar olaraq "Çörək, azadlıq, işçi şurası" şüarini seçmişdilər.

25 dekabrda universitet avtobusunun qəzaya uğramasından sonra 10 tələbə vəfat etmiş, 25-i isə yaralanmışdı. Araşdırmalardan sonra məlum olmuşdu ki, avtobus 6 il idi ki, artıq istifadə üçün yararsız idi.[9] Bu hadisə tələbələr tərəfindən böyuük hiddətlə qarşılanmışdı.

29 dekabrda İslami Azad Universitetinin Tehrandakı Elm və Araşdırma filialının tələbələri 25 dekabrda şəhərcik daxilindəki avtobus qəzasında vəfat etmiş 10 tələbəni yad etmək üçün şəhərcik meydanına toplandı.[10][11]

Mərasim sonradan etiraz aksiyasına çevrildi. Tələbələr hadisənin günahkarı olaraq universitet rəhbərliyini görərək, rektor Əli Əkbər Vilayətinin istefasını tələb etməyə başladılar.[12][13]

İslami Azad Universitetinin Tehrandakı Elm və Araşdırma filialının tələbələri 30 dekabrda da etiraz aksiyasını davam etdirdilər. Tələbələr "Vilayəti ölümlərə görə məsuliyyət daşıyır " və "Yarıtmaz məmurlar qovulmalıdır " kimi şüarlar səsləndirirdilər.[14]

Etiraz aksiyasından yayılmış videoda görünürdü ki, etirazçı kütləyə qarşı maşın sürülmüş və nəticədə iki tələbə yaralanmışdı.[15]

31 dekabr 2018-ci ildə Tehran Universitetinin və İslami Azad Universitetinin Tehrandakı Elm və Araşdırma filialının tələbələri vətəndaşlarla birləşərək etiraz aksiyalarına başladılar.[16] Etirazçılarla polis qüvvələri arasında şidətli toqquşmalar yaşandı. Etirazçılar məsuliyyətsiz və yarıtmaz məmurların istefalarını tələb edirdilər.[17][18][19]

  1. "حادثه دانشگاه آزاد؛ درخواست دانشجویان برای پاسخگویی مسئولان خاطی". 30 December 2018. 1 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2019 – www.bbc.com vasitəsilə.
  2. "تجمع حمایت از کارگران در چند دانشگاه، حمله نیروهای بسیج دانشجویی به تجمع امیرکبیر". radiofarda.com. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  3. 1 2 "اعتراضات سراسری دانشجویان ایران و بازداشت یک دانشجو در آستانه ۱۶ آذر". ir.voanews.com. 2018-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  4. Ramin Cabbarlı. "İranda etnik etirazların dinamikası". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-12-20 tarixində arxivləşdirilib.
  5. "#اعتراضات: بسیجیان تجمع دانشجویان امیرکبیر در همبستگی با معلمان و کارگران را به تشنج کشاندند | رادیو زمانه". radiozamaneh.com. 2018-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  6. "تجمع‌های اعتراضی دانشجویان در چند دانشگاه ایران". radiofarda.com. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  7. "پیوند شعارهای دانشجویی و کارگری در آستانه روز دانشجو - BBC News فارسی". bbc.com. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  8. "خبرگزاری هرانا | دانشگاه زنده است؛ تجمع دانشجویان دانشگاه نوشیروانی بابل به مناسبت روز دانشجو/ تصاویر - خبرگزاری هرانا". hra-news.org. 2018-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  9. "University Bus Accident Controversy Heats Up". RFE/RL. 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  10. "دانشجویان علوم و تحقیقات در اعتراض به‌ «بی‌لیاقتی مسئولان» تجمع کردند". رادیو فردا. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  11. "تجمع اعتراضی دانشجویان علوم و تحقیقات تهران به ضعف مدیریت و نبود ایمنی". fa.euronews.com. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  12. "دانشجویان علوم و تحقیقات خواستار استعفای رؤسای دانشگاه آزاد شدند". صدای آمریکا. 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  13. "گروهی از دانشجویان دانشگاه آزاد با تعطیلی کلاس‌ها، دست به تجمع اعتراضی زدند". 29 December 2018. 1 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2019 – www.bbc.com vasitəsilə.
  14. "دومین روز تجمع دانشجویان علوم و تحقیقات: دانشجو می میرد، ذلت نمی پذیرد". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28 – ir.voanews.com vasitəsilə.
  15. "«ولایتی، ولایتی؛ مسئول این جنایتی»: شعار دانشجویان معترض علوم و تحقیقات". 2018-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28 – ir.voanews.com vasitəsilə.
  16. "تجمع اعتراضی مردم و دانشجویان در اطراف دانشگاه تهران". 31 December 2018. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2019 – www.bbc.com vasitəsilə.
  17. "تجمعات اعتراضی دانشجویان به دانشگاه تهران رسید؛ نترسید، نترسید، ما همه با هم هستیم". صدای آمریکا. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  18. "تجمع اعتراضی و جو امنیتی در خیابان انقلاب تهران". رادیو فردا. 2018-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.
  19. "تجمع اعتراضی مردم و دانشجویان دانشگاه تهران در حمایت از دانشجویان علوم". fa.euronews.com. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28.