İranda karikatura qalmaqalı

Cənubi Azərbaycanda 2006-cı il etirazları, Xordad hadisələri və ya Milli Qiyam Günüİran hökumətinin hakimiyyəti altında yaşayan Azərbaycan türklərinin İran hökumətinin rəsmi mətbuat orqanında təhqir olunmalarına qarşı etirazları nəzərdə tutulur.[1][2][3][4][5]

1 Xordad hadisələri, Milli Oyanış Günü və ya Milli Qiyam günü
Hekayənin başlandığı birinci karikatura. Oğlan həşərat dilində soruşur soosoo soosking sisko sooski sooskung ? Həşərat isə Azərbaycan türkcəsində nə anlamına gələn nəmənə deyə cavab verir.
Hekayənin başlandığı birinci karikatura. Oğlan həşərat dilində soruşur soosoo soosking sisko sooski sooskung ? Həşərat isə Azərbaycan türkcəsində nə anlamına gələn nəmənə deyə cavab verir.
Yer İran İran
Tarix 22 may 2006-dən etibarən
Səbəb İranda yaşayan azərbaycanlıların təhqir edilməsi
Əsas məqsəd Azərbaycanlılara qarşı aparılan ayrı-seçkiliyə son qoyulması
Təşkilatçılar Rəsmi hakimiyyət nümayəndələri üzr istədi
Hərəkətverici qüvvələr Azərbaycanlılar
Həlak olanlar Rəsmi: 4
Amnesty Internationala görə: 10-larla
İştirakçıların bildirdiyinə görə: 150-dən çox
Digər mənbələrə görə: 30
Yaralananlar Bilinmir
Həbs olunanlar Rəsmi: 330
Amnesty Internationala görə: 100-lərlə
İştirakçıların bildirdiyinə görə: 5 mindən çox

İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı.[6] Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir:[7]

" İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı tərcih edərlər.Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız ?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur. "
Hekayədə adı keçən dördüncü üsul.

Bu məzmuna görə "həşəratlarla sözlü müzakirə", yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə "zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur" hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır:[7]

" İkinci üsul: Həşəratların əsas bəslənmə qaynağı insan nəcisləri olduğuna görə, onlar kanalizasiyalarda yaşayır və insan nəcisi ilə bəslənirlər. Bir müddətllik təbii ehtiyaclarınızı tualetlərdə deyil, bağxalarda ya da ağarcların altında təmin edin. Beləliklə, həm bağçalarınızdakı ağac və çiçəkləriniz daha yaxşı yetişər, həm də həşəratların bəslənmə qaynaqları kəsilər və aclıqdan “ölərək soyları tükənər”.

Üçüncü üsul: Həşəratlar bizim məhsulumuzu (nəcisimizi) yeyirlər.Bəzi heyvanlar da, misal üçün toyuq, qarğa, qurbaöa və kərtənkələlər də həşəratları yeyirlər. Həşəratların soyunu qurutmaq üçün bu heyvanlardan hər hansısa birini yaşadığı tualetlərinizdə saxlaya bilərsiniz. İki ay sonra bu həşəratların soyu tükənmiş olacaqdır.

Dördüncü üsul: Həşəratların qorxulu yuxularına girən şeylərdən biri ayaqaltı başmağıdır. Milyonlarca il öncəsində “ibtidai insanlar” həşəratlardan qurtulmaq üçün bu silahı işlətmişdirlər. Həşəratlar ayaqaltı başmağının zərbəsini aldıqdan sonra kürəkləri üstünə yıxılar və qalxmağa çalışarlar. Bu vəziyyətdə bir toyuq tükü ilə onları qıdıqlayınız. Onlar qıdıqlanmağı sevər və gülməkdən keçinərlər. Elə o anda suları çıxacaq qədər başlarına bərk bir zərbə endirin.

Beşinci üsul: Həşəratlardan qurtulmaq üçün həşərat dərmanları da işlədilə bilər. Bu dərmanlar qaz və maye formasında olmaqla iki növdədirlər. Maye olanlarını tualet yoluna axıda bilərsiniz. Qaz formasında olanları isə tualetinizə püskürdün. Xəmir formasında olanları isə yeyə biləcəkləri formada işlədin.

Altıncı üsul:Ayaqaltı başmağı ya da həşərat öldürücü dərmanlardan faydalanacaq vəziyyətdə deyilsəniz, yaxa-paça olub onlarla güləşməkdən başqa çarə yoxdur. Güləşmə texnikalarından istifadə edərək onları yıxıb işlərinə son verə bilərsiniz. Bu üsuldan gözlənilən nəticəni ala bilmədikdə təəccüb etməyin, çünki son illərdə güləşimiz geriləmiş və həşəratlar bu sahədə üstünlük qazanmışdırlar.

Yeddinci üsul:Həşəratların ən güclüsünü (ən hörmətlisini) tapıb hər kəsin önündə rüsvay edib, alçaldın. Misal üçün su ilə dolu bir aftafa verin əlinə və 4 ayağını da - təbii dörd ayaq, çünki onlar 4 ayaqdırlar (4 ayaqlı fars dilində məcaz olaraq heyvan anlamında işlənilir) - qaldırmasını emr edin. Sonra ibrət olsun deyə o biri həşəratları onu izləmək üçün çağırın. Kimilərinə görə bu üsul həşəratın kompleksə qapılmasına və daha da azğınlamasına yol aça biləcəyi üçün gözlənilməz nəticələr verə bilər. Ən yaxşısı, işi uzatmadan və hər kəsin rahatlaması üçün, elə işin əvvəlindəykən ayaqaltı başmağını başına endirib, işinə son verin.

Səkkizinci üsul: Həşəratlar bığ yerləri tərləməyə başlayan kimi evlənib, bir sürü uşaq doğuzdurarlar. Bu səbəblə də sayıları sürətlə artır. Həşəratlarla mübarizə etmənin yollarından biri də evlənmə şərtlərini onlar üçün çətinləşdirməkdir. Tualetlərdə otura bilmələri üçün depozit və kirayə tutarını normalın 5 qatına qatlarsanız, bu üstü-başı yırtıq yeniyetmə həşəratlara kimsə qızını verməz. Ordu da yardım edib bunları sərbazlığa (əsgərliyə) alsa əla olar, çünki əsgərlik müddətini (İranda 2 il) bitirənə qədər ölərlər.

Doqquzuncu üsul: Bütün bu üsulları sınadıqdan sonra yox etmə cəhdləriniz yenə uğursuz qaldısa, sülhsevər formada bir yerdə yaşamaqdan başqa çarəniz qalmamışdır. Ama üzlərini görməyə dayana bilməyə bilərsiniz. Bu halda onları plastik cərraha aparıb bülbül və sərçə kimi görünmələrini təmin edə bilərsiniz.

"
Təbriz şəhərində etirazlardan bir görüntü.

Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, SulduzMərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.[8][9][10][11]

Bu karikaturanın yayımlanmasından 5 gün sonra Azərbaycan türkü olan tələbələr Tehran Universitetində hadisəy' etiraz etmək məqsədilə nümayiş təşkil etdilər. ISNA xəbər agentliyinin verdiyi məlumata görə, öz dillərinə edilən təhqiri pankartlar və şüarlarla protest edən azərbaycanlı tələbələr, ədalət anlayışını hər fürsətdə dilə gətirən hökuməti qınamışlardır. Şüarlar arasında "Haray Haray Mən Türkəm", "Türkün dili ölməz, fars dilinə dönməz", "Azərbaycan əyilməz, Türkün beli bükülməz", "Ya azadlıq, ya ölüm", "Rədd olsun fars faşizmi" şüarları olmuşdur.[7]

Bir həftə boyunca Azərbaycan türklərinin yaşadığı şəhər və qəsəbələrdə davam edən etiraz mitinqləri İslami Şura Məclisində də əks-səda tapdı. Türk kökənli millətvəkillərindən Əkbər Aləmi, Rza Rəhmani, Kərim Şafei, Eşrat Şayeğ və s. İslami Şura Məclisində nitq söyləyərək qəzetin adı keçən yaımını sərt şəkildə qınadılar. Mövzu ilə bağlı Prezidentin, Mədəniyyət və İslami İrşad nazirliyinin məsuliyyət daşıdığını bildirdilər.[7]

İran qəzetinin karikaturasına etiraz mitinqlərində polisin xalqa atəş açması nəticəsində ən az 30 etirazçı öldürüldü, yüzlərcəsi isə yaralandı. Polisin açdığı atəş nətəcəsində ölənlərin arasında 16 və 15 yaşlarında iki gənc də var idi. Sulduz şəhərindəki etirazlarda öldürülənlər:

  • Yəhya Novruz
  • Tövhid Azəriyun
  • Əsgər Şikar
  • Əli Rza Qolpur
  • Hemmat Əslzadə
  • Əsgər Rəsmi
  • Həbib Razev
  • Həmzə Niyaz
  • Məhəmməd Cənnətniya (65 yaşında)
  • Hüseyn Fəthipur (16 yaşında)

Sulduz şəhərindəki etirazlarda öldürülənlərin bir qisminin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Digər şəhərlərdə öldürülənlərin bəzilərinin adları:

  • Məcid Muəzzən
  • Fərzad Əsədpur
  • Eyvaz Səyyahi
  • Cəlil Abidi

Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla Azərbaycan türkü isə öldürülmüşdür.[12] Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.[13]

Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır.[14] Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır.[14] Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.[14]

İlk əvvəllər adı çəkilən qəzetin rəsmiləri və karikaturaçı Azərbaycan türklərinə qarşı edilən bu alçaldıcı hadisəni səhv başa düşülmə kimi şərh etdilər, lakin artan təzyiqlər nəticəsində, hekayənin yayımlandığı tarixdən 9 gün sonra — 21 may 2006-cı ildə qəzet rəsmiləri üzr istədi və karikaturanı çəkən şəxs olan Mana Neyestaninin işdən qovulduğunu bildirdilər. O və baş redaktor Mehrdad Qasımfar həbs edildilər.[15]

Etiraz nümayişlərinin artdığı günlərdə Mətbuat İzləmə Komissiyası hüquqi imkanlarından istifadə edərək qəzetin nəşrini müvəqqəti olaraq dayandırır və sənədləri məhkəməyə göndərir. Eyni zamanda dövrün Təbriz prokuroru Yusif Firuzi qəzetin bu yayımına görə məhkəməyə müraciət edir. 6 il sonra Tehranın 76 nömrəli məhkəməsi səs çoxluğu ilə qəzetin Cümə xüsusi redaktorlarını ölkədəki etnik azlıqları alçaltma, ictimaiyyəti narahat edici və reallığa zidd yayım etməkdə günahkar bildi.[16]

  1. "İran'da karikatür krizi". 2015-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  2. GAMAC-ın 2006-cı il May hadisələri ilə bağlı Ankarada keçirdiyi konfransdan geniş məlumat [ölü keçid]
  3. Iran newspaper cockroach cartoon controversy[ölü keçid]
  4. "Iran Azeris protest over cartoon". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  5. Qulamhüseyn Məmmədov. "Xordad hadisələri və ya Milli Qiyam günü nəyə görə olmuşdu?". Milliyyət Araşdırmalar Mərkəzi. 15 iyul 2019 tarixində arxivləşdirilib.
  6. "Iranian Azerbaijan and the Cartoon Cockroach Controversy". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  7. 1 2 3 4 "İran'da Türklerin 'Edalet Teleb' May 2006 Üsyanları". 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  8. Wood, Graeme. "Iran: A Minority Report". The Atlantic (ingilis). 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  9. Ali M. Koknar. "Iranian Azeris: A Giant Minority". www.washingtoninstitute.org (ingilis). June 6, 2006. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  10. "İran ile Azeriler arasında karikatür krizi". 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  11. Ramin Cabbarlı. "İranda etnik etirazların dinamikası". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-12-20 tarixində arxivləşdirilib.
  12. Amnesty International. Iran, Annual Report, 2007 Arxiv surəti 13 iyul 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
  13. "Iran Says 330 Arrested Over Recent Cartoon Unrest". RadioFreeEurope/RadioLiberty. June 22, 2006. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2017.
  14. 1 2 3 "Güney Azərbaycanda baş vermiş "May Qiyamı"ndan 12 il ötü". 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  15. "Iran Azeris protest over cartoon" (ingilis). 2006-05-28. 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-19.
  16. Daria Vaisman. "The other cartoon protests: Large demonstrations broke out across Iran in may 2006 to protest a cartoon insulting to Azeris", The Christian Science Monitor, 22 may 2007.