İranda azərbaycanlıların etiraz aksiyaları (2015)


İranda azərbaycanlıların etiraz aksiyaları (2015)
Yer İran İran
Tarix 9-11 noyabr 2015-ci il
Səbəb KİV-də azərbaycanlıların təhqir edilməsi.
Əsas məqsəd Etnik dəyərlərin qorunması.
Nəticə
  • İRİB rəhbəri Məhəmməd Sərəfraz üzr ictimaiyyət qarşısında məsələ ilə bağlı üzr istəyib.
  • Kanalın verilişlərə cavabdeh əməkdaşı qovulub.
  • "Fitilehha" verilişinin fəaliyyəti dayandırılıb.
Təşkilatçılar İran azərbaycanlıları
Həlak olanlar 4 mülki şəxs
Yaralananlar 100-dən çox mülki şəxs
Həbs olunanlar 47 nəfər

İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları.

2010-cu ildə İran Mədəniyyət Nazirliyinin həyata keçirdiyi ölkə miqyaslı sorğuya əsasən ana dilində danışanların əsasında İran azərbaycanlılarının (Türklərin) məskunlaşdıqları ostanlar və həmin ostanlarda onların əhali içində nisbətləri.

İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb[1]. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur[2]. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir[3]. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur[4]. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır. Bundan başqa Tehran şəhərində ikinci ən çox danışılan dil Azərbaycan türkcəsidir. Tehran ətrafı Kərəc şəhərinin də əksəriyyəti azərbaycanlılardan ibarətdir.

İran İslam Respublikası Xəbər Agentliyinə aid olan İran qəzetinin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlandı.[5] Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura belə davam edir:[6]

" İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı tərcih edərlər.Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız ?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur. "

Amnesty International təşkilatının bildirdiyinə görə isə minlərlə yox, yüzlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla Azərbaycan türkü isə öldürülmüşdür.[7] Rəsmi hakimiyyət isə etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.[8]

Hekayədə açıq-aşkar formada sərgilənən Türklük əleyhinə münasibət İranda 10 milyonlarla yerli Azərbaycan türklərinin qəzəbinə səbəb oldu. Türklərin yaşadığı çox şəhər, qəsəbə və kəndlərdə günlərlə davam edən və geniş kütlələrin iştirak etdiyi etiraz mitinqləri təşkil edildi. Tehran, Zəncan, Təbriz, Urmiya, Ərdəbil, Əhər, Həmədan, Kəleybər, Muğan, Miyanə, Marağa, Xoy, Salmas, Xiyav, Qoşaçay, SulduzMərənd şəhərlərində təşkil edilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində çox sayda ölən və yaralananlar oldu.[9][10][11]

Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək, işğəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır.[12] Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır.[12] Buna görə də hökumət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.[12]

2014-cü ildə ABŞ hökumətinin insan haqqları ilə bağlı yayımlanan hesabatında İranda yaşayan azərbaycanlılar hökuməti diskriminasiyada, ana dilinin məktəblərdə istifadəsinə qadağa qoymaqda, azərbaycanlı aktivistlərin təqiblərində və azərbaycan coğrafi adlarının dəyişdirilməsində günahlandırırlar[13].

İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində uşaqlar üçün nəzərdə tutulmuş komediya proqramında bəhs olunan hekayədə azərbaycanlı uşaq tualet fırçası ilə diş fırçasın səhv salır və dişlərini tualet fırçasıyla təmizləyir. Bundan sonra uşağın atası otel sahibindən üzr istəyir və oteldən gələn pis qoxuya uşağın səbəb olduğunu bildirir. Cümə günü yayımlanmış verilişdə uşaq və atasının dialoqu azərbaycan dilində gedir[14]. Veriliş zamanı həmçinin "azərbaycanlı uşaqlardan çox pis iy gəlir, onların azğından həmişə iy gəlir, çünki onlar diş fırçasını tualet fırçası ilə səhv salırlar".[15]

Etiraz aksiyaları

[redaktə | mənbəni redaktə et]

İlk olaraq, nümayişlər Qərbi Azərbaycan əyalətinin mərkəzində, Urmiyə Universitetinin yüzlərlə tələbəsi tərəfindən keçirilib. Tələbələr Urmiya universitetinin binasının qarşısında toplaşıblar. Onlar "Azərbaycan milləti çəkəmməz bu zilləti", "Türk dilində mədrəsə" və "Haray haray, mən türkəm!" şüarlarını səsləndirib. Daha sonra etirazların Təbriz, Xoy, Marağa, ZəncanTehran şəhərlərinə də yayılıblar. Etirazçılar Tehranda Topxana meydanında, Təbrizdə Osdandari və Rasta küçələrində, Urmiyada Sərdaran, Əyalət, Xəyyam küçələrində Zəncanda isə İnqilab meydanında yürüş keçirmişdilər.[16]

Polis və təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və suvuran maşınlardan istifadə edib. Çoxlu sayda yaralı var. Bir neçəsi ictimai fəal olmaqla onlarla aksiya iştirakçısı saxlanılıb. Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində polis və təhlükəsizlik qüvvələrinin etirazçılara hücumu zamanı aksiyada iştirak edən Əli Əkbər Murtaza oğlu yaranan qarşıdurma zamanı aldığı zərbədən həyatını itirib.[17]

Ərdəbildə baş tutan etiraz aksiyası polis tərəfindən vəhşicəsinə dağıdılıb. Eləcə də 10 noyabr tarixində Təbriz universitetinin tələbələri etiraz aksiyası keçiriblər.[18]

Şahidlərin sözlərinə görə Təbrizdə polis göz yaşardıcı qazdan istifadə edərək kütləni dağıtmağa çalışırdı, Sirahi-Əmin qovşağında mülki geyimli şəxslər qadınlara hücum edərək onları döydükdən sonra havaya güllə atmağa başlayıblar. Urmiyada isə şəhərin əsas prospekti və bazar bağlanmışdı, nəticədə insanlar bazardan çıxa bilmirdilər. Eyni zamanda toqquşmalar Meşkin şəhərində də baş vermişdi, insanlar burada "Haray haray mən türkəm", rasizmə ölüm" və başqa şüarlar səsləndirmişdilər.[16]

11 noyabr tarixində 47 nəfər həbs edilmiş, onlardan 14-ü Urmiya şəhərində tutulmuşdular.[16]

Digər ölkələrdə etirazlar

[redaktə | mənbəni redaktə et]
Xarici video
Milliyyətçi Gənclər Təşkilatının İran səfirliyi önündə keçirdikləri etiraz aksiyası

Müxtəlif ölkələrdə yerləşən İran səfirliklərinin qarşısında orada yaşayan azərbaycanlılar tərəfindən etiraz aksiyaları keçirilib.[15]

Noyabrın 10-da Milliyyətçi Gənclər Təşkilatı tərəfindən Bakıdakı İran səfirliyinin qarşısında etiraz aksiyası keçirilmişdir. Aksiyaçılar səfirliyə qətnamə təqdim edərək yalnız polis müdaxiləsindən sonra etirazı sonlandırıblar[19].

Noyabrın 14-də bir qrup aktivist İranın İstanbuldakı baş konsulluğunun qarşısında İran dövlət televiziyasında azərbaycanlıların milli hisslərinin təhqir olunmasına görə etiraz aksiyası keçirdilər[20].

Noyabrın 15-də Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan azərbaycanlılar irqçilik və ayrı-seçkiliyə qarşı şüarlar yazılmış plakatlarla Vankuver şəhər mərkəzində piket keçiriblər.[21] Piketə Azərbaycan türkləri ilə yanaşı, Türkiyə türkləri və uyğurlar da qoşulublar. İştirakçılar Cənubi Azərbaycanda baş verən etirazlara dəstək olduqlarını bildiriblər. Üzərində “İranda türklərə qarşı irqçiliyə son qoyun”, “Biz türkcənin İranda rəsmi dil olmasını tələb edirik”, “İran məktəblərində türk dili üzərindəki yasağı qaldırın”, “İranda türk fəalların təqibinə son qoyun” yazılmış plakatları qaldıran iştirakçılar həm də piketin keçirildiyi ərazidə olan şəhər əhalisinə mitinq bəyanatı yazılmış vərəqələr paylayıblar.[21]





Noyabrın 17-də isə Türkiyənin QarsƏrdahan şəhərlərində ultrasağçı "İdealistlər" təşkilatı etiraz aksiyaları keçirib[22].

Xarici video
IRIB rəhbəri Məhəmməd Səfərazın üzr istəməsi ilə bağlı İran telekanalında efirə gedən reportaj

9 noyabr tarixində IRIB rəhbəri Məhəmməd Sərəfraz özünün də bildirdiyi kimi azərbaycanlıları təhqir edən epizoda görə görə üzr istəyib. Səfəraz söz verib ki verilişin prodüserləri çox sərt şəkildə cəzalandırılacaqlar. Eyni zamanda IRIB kanalının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davud Neməti-Anarki də verilişə görə üzr istəyib[23].

Nəticə olaraq 12 ildir yayımlanan "Fitilehha" verilişinin yayımı dayandırılıb.[24] Və bütün çəkiliş heyəti cəzalandırılıb.

  1. Azerbaijani Arxivləşdirilib 2020-05-27 at the Wayback Machine // Encyclopaedia Britannica
  2. Avraham Sela. The Continuum Political Encyclopedia of the Middle East. Bloomsbury Academic. 2002. səh. 197. ISBN 0-8264-1413-3.
  3. Minahan, James (2002). Encyclopedia of the Stateless Nations: S-Z. Greenwood Publishing Group. p. 1765. ISBN 978-0-313-32384-3 "Approximately (2002e) 18,500,000 Southern Azeris in Iran, concentrated in the northwestern provinces of East and West Azerbaijan. It is difficult to determine the exact number of Southern Azeris in Iran, as official statistics are not published detailing Iran's ethnic structure. Estimates of the Southern Azeri population range from as low as 12 million up to 40% of the population of Iran – that is, nearly 27 million..."
  4. Southern Azerbaijan Arxivləşdirilib 2016-11-29 at the Wayback Machine // UNPO
  5. "Iranian Azerbaijan and the Cartoon Cockroach Controversy". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  6. "İran'da Türklerin 'Edalet Teleb' May 2006 Üsyanları". 2018-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  7. Amnesty International. Iran, Annual Report, 2007 Arxivləşdirilib 2007-07-13 at the Wayback Machine
  8. "Iran Says 330 Arrested Over Recent Cartoon Unrest". RadioFreeEurope/RadioLiberty. June 22, 2006. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2017.
  9. Wood, Graeme. "Iran: A Minority Report". The Atlantic (ingilis). 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  10. Ali M. Koknar. "Iranian Azeris: A Giant Minority". www.washingtoninstitute.org (ingilis). June 6, 2006. 2012-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-10.
  11. "İran ile Azeriler arasında karikatür krizi". 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-05.
  12. 1 2 3 "Güney Azərbaycanda baş vermiş "May Qiyamı"ndan 12 il ötü". 2019-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  13. "Iran's Azeris protest over offensive TV show" (ingilis) (9). BBC. 2015. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  14. "İran azərbaycanlıları nəyə etiraz edir?". 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  15. 1 2 "Что вызвало бурю протестов иранских азербайджанцев". Sputnik. 11. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  16. 1 2 3 "İranda etirazlar qızışır - Polis azərbaycanlı qadınları döydü" (az.) (11). 7news.az. 2015.[ölü keçid]
  17. "В Иране продолжаются протесты: Убит азербайджанец" (10). baku.ws. 2015-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-13.
  18. "В Иране проходят массовые протесты азербайджанцев" (10). politeka.net. 2015.[ölü keçid]
  19. "Акция протеста перед Посольством Ирана в Баку". haqqin.az. 10. 2015-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  20. "В Стамбуле прошла акция против оскорбления азербайджанских тюрков в Иране". aa.com.tr. 14. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  21. 1 2 Quluncu, Əlirza. "Vankuverdə aksiya: "İran türklərinin yanındayıq" [Fotoqalereya]". Amerikanın Səsi (az.). 2015-11-16. 2022-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  22. "В Турции прошли акции протеста против оскорбления южных азербайджанцев". vesti.az. 17. 2015-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-12.
  23. Frud Bezhan. "Azeris Hold Protests In Iran Over Racial Slur" (ingilis) (9). Радио «Свобода». 2015. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-04.
  24. Frud Bezhan. Azeris Hold Protests In Iran Over Racial Slur Arxivləşdirilib 2016-01-31 at the Wayback Machine // Radio Free Europe. — 2015. — 9 November.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]