İren Adler

İren Adler (ing. Irene Adler) — Artur Konan Doylun “Bohemiyada qalmaqal” hekayəsinin personajı.

İren Adler “Şəxsiyyətin müəyyən edilməsi”, “Mavi korbunkul”, “Beş portağal tumu” və “Onun vida işi” hekayələrində də xatırlansa da, bu xatırlamalar “Bohemiyada qalmaqal” hekayəsindəki şantaj işi ilə bağlıdır.

Lilli Lenqtri, İren Adlerin mümkün prototipi

“Bohemiyada qalmaqal” hekayəsinə görə, İren Adler 1858-ci illərdə Nyu-Cersidə anadan olmuşdur. O məşhur opera müğənnisi (kontralto) kimi əvvəlcə MilandakıLa Skala” teatrında, sonralar isə primadonna kimi Varşava İmperiya teatrında çıxış etmişdi. Məhz Varşavada o gələcək Bohemiya kralı Cassel-Felstein hersoqu şahzadə Vilhelm Gottsreich Sigizmund fon Ormsteinlə tanış olaraq onun məşuqəsinə çevrilir. Daha sonra Adler Londona köçür və əlində olan məktublar və şəkillərlə kralı şantaj etməyə başlayır.

20 mart 1888-ci ildə kral gizlicə Londona gəlir və Şerlok Holmsa görüşdə bildirir ki, o evlənməyə hazırlaşır, lakin Adlerdə olan məktublar və şəkillər üzə çıxsa, nikah baş tutmaya bilər. Kral onları oğurlamaq üçün bir neçə dəfə cəhd göstərsə də, heç nə alınmamışdı.

Holmsla görüşdə kral İren Adleri belə təsvir edir: “Onun sərt xarakteri var. Bəli, bəli, o çöx cəlbedici xanım sifətinə malik olsa, qəlbən o qəddar kişidir”[1].

Holms şəkilləri oğurlamaq üçün yaralı ruhani görkəmində onun evinə daxil olanda İren onun niyyətini başa düşüb qaça bilmişdi. Holms şantajın qarşısını ala bilsə də, bu işi uduzulmuş sayırdı. Bohemiya kralı Holmsa mükafat təklif etsə də, Holms ancaq İrenin fotoqrafiyasını götürmüşdü.

“Bohemiyada qalmaqal” hekayəsində doktor Vatsonun Holmsun Adlerə münasibəti barədə yazır ki, Holms həmişə Adleri fərqləndirir və onu “Bu qadın” (the Woman) adlandırırdı.

“Demək olmaz ki, o İren Adlerə qarşı məhəbbətə yaxın hansısa hisslər keçirirdi. Bütün hisslər, xüsusilə də məhəbbət onun soyuq, dəqiq və qəribə tarazlığa malik olan ağlına zidd idi...Ancaq buna baxmayaraq, onun üçün ancaq bir qadın mövcud idi və bu qadın şübhəli reputasiyaya malik olan mərhum İren Adler idi” (“Bohemiyada qalmaqal”)[1].

İren Adlerin prototipləri

[redaktə | mənbəni redaktə et]

Teatrda müğənni kimi oxuyaraq hər hansı varlı şəxsin məşuqəsinə çevrilmən əsas götürsək, İren Adlerin prototipi kimi Lola Montesi əsas götürə bilərik. Bavariyalı I Lüdviqin məşuqəsi olan bu xanım kralın həyata keçirdiyi siyasətə də təsir edə bilirdi. Bəzi müəlliflər Montesi Adlerin prototipi hesab edirlər[2].

Uels şahzadəsi Eduardın məşuqəsi olmuş Lilli Lenqtri coğrafi baxımdan prototipliyə ən yaxın namizəddir[3]. Culian Volf qeyd edir ki, Lenqtrinin Cersidə anadan olması yaxşı məlum idi[4]. İren Adler isə, bildiyimiz kimi, Nyu-Cersidə doğulmuşdu. O başqa zadəganlarla da münasibətlərdə olmuşdu və hekayənin dərcinə yaxın illərdə qəzetlər bu barədə tez-tez yazırdılar.

İren Adler kinoda

[redaktə | mənbəni redaktə et]
  • “Şerlok Holms və doktor Vatsonun macəraları: Aqra xəzinələri” (SSRİ, 1983) bədii filmində İren Adler rolunu Larisa Solovyeva ifa etmişdi
  • “Şerlok Holms” (2009) və “Şerlok Holms: kölgələrin oyunu” (2011) bədii filmlərində İren Adler rolunu Reyçel Makadams ifa etmişdi[5].
  • “Elementary” (2012-) serialında İren Adler rolunu aktrisa Natali Dormer ifa edir[6].
  • “Şerlok” (BBC, 2010-) serialında İren Adler rolunu aktrisa Lara Pülveк ifa edir[7].
  1. 1 2 Arxivlənmiş surət, 2022-09-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-25.
  2. Christopher Redmond, Sherlock Holmes Handbook, Dundurn Press Ltd., 30 Oct 2009, p. 51; The new annotated Sherlock Holmes: The adventures of Sherlock Holmes ; The memoirs of Sherlock Holmes, W.W. Norton, 2005, p.17.
  3. Christopher Redmond, In Bed with Sherlock Holmes: Sexual Elements in Arthur Conan Doyle's Stories, Dundurn Press, 2002, pp.51".
  4. Christopher Redmond, In Bed with Sherlock Holmes: Sexual Elements in Arthur Conan Doyle's Stories, Dundurn Press, 2002, pp.57-66".
  5. Arxivlənmiş surət, 2020-11-01 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-25.
  6. Arxivlənmiş surət, 2017-01-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-25.
  7. Arxivlənmiş surət, 2017-09-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2014-04-25.