İsa Əzimbəyov (?-?) — Azərbaycan arxeoloqu və epiqrafı, Azərbaycan Arxeologiya Komissiyasının üzvü, şair.
- 1920-ci illərdə Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyətində, o cümlədən də Azərbaycan Arxeoloji komitəsində işləməyə başlayıb. Arxeoloqlarla birlikdə bütün respublikanı gəzmiş, maddi mədəniyyət abidələrini tədqiq etmişdir. O, qədim şərq yazıları üzrə əvəzedilməz mütəxxəsis idi. O, sadəcə kufi xətti ilə olan yazıları (qədimi olduğu kimi yeni kufini də oxuya bilirdi), həm də divani, nəsx və digər xətləri oxuya bilirdi. İ.Əzimbəyov Şirvanşahlar sarayında, Şəki xanları sarayında, Qız Qalası ərazisində və digər yerlərdə arxeoloji qazıntı və restavrasiya işlərində iştirak edib. O, sadəcə epiqrafik yazıları oxumaqla kifayətlənmir onları tədqiq və tərcümə də edirdi. َ
- 1929-cu ildən Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsinin elmi işçisi işləmişdir. [1]
- 1920-ci illərdə Azərbaycanın ilk arxeoloq və epiqrafçılarından olan Nardaran ziyalısı İsa Əzimbəyov doğma kəndinin qədim abidələrinin tarixini tədqiq edərək "Azərbaycan Arxeologiya Komitəsinin xəbərləri" adlı jurnalda bu barədə məqalə dərc etdirmişdi.
- 1926-cı ildə Astara rayonu ərazisində epiqrafik abidələrin tədqiqinə təşəbbüs göstərilmişdir.[2]
- 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticələrinə İ.Əzimbəyovun yazdığı “Tiflis, İrəvan və Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsi işıq üzü görüb.
- İ.Əzimbəyov “Tiflis, İrəvan və Naxçıvanın müsəlman kitabələri” adlı məqaləsində yazırdı ki, İrəvan qalasının içərisində, Sərdar sarayının yaxınlığında yerləşən şah Abbasın adına inşa edilən məscid (yəni Sərdar məscidi - N.M.) yarıuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscidin böyük həyətinin olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır. İ.Əzimbəyov məsciddə ibadət edilmədiyini qeyd edir.[3] O, məscidin divarındakı kitabədə fars dilində yazılmış aşağıdakı iki misrasını oxuduğunu qeyd edir:
Zamane Şah Abbas cənnətməkan,
Əz u kəşt abad mülke-cahan.
İ.Əzimbəyov həmin məqaləsində daha sonra yazır ki, həmin vaxt Məşədi Cabbar adlı şəxs ona yaxınlıqda Şah Abbas məscidindən daha qədim bir məscidin olduğunu və onun şah Xudabəndə (1578-1587-ci illərdə Səfəvi hökmdarı) tərəfindən inşa edildiyini söyləmişdir. Müəllif evlərin arasında aşkar edilən həmin köhnə, bərbad vəziyyətdə olan məscidin divarlarının uzunluğunun 9 m, eninin 6 m olduğunu, alçaq mehrablı, qırmızı kərpicdən inşa edildiyini qeyd edir İ.Əzimbəyov çıxış qapısının üzərindəki kitabədə əbcəd hesabı ilə:
Sənge tarixe çu məqsud şod əz dur zəman,
Kordən xədid be tarixe qədim Əhməd xan
yazıldığını və onun 1098-ci il hicri tarixində – yəni miladi tarixi ilə 1685-ci ildə inşa edildiyinin göstərildiyini yazır.
P.Uvarova ilə İ.Əzimbəyovun təsvirlərindən aydın olur ki, söhbət eyni bir məsciddən – yəni Sərdar məscidindən və onun yaxınlığındakı kiçik məsciddən gedir.[3]
- İsa Əzimbəyov həm də şair idi. Məddah təxəllüsü ilə şeir yazırdı.
- «Селение Нардара и его древности»: доклад в комиссии искусств 22-x 1924, статья в 1-м вьш. «Известий Азербайджанского археологического комитета»; Баку 1925, стр. 39-49
- Nardaran əsar ətiqəsi//Azərbaycan Arxeoloji Komitəsinin xəbərləri, 1927, №3, s. 1-9 (ərəb əlifbası ilə).
- Şüvəlan əsar ətiqəsi //Azərbaycan Arxeoloji Komitəsinin xəbərləri, 1927, №4, s. 319-324 (latın əlifbası ilə).
- Мусульманские надписи Тифлиса, Эривани и Нахчыванской АССР//Изв. Азкомстариса, 1929, №4, с. 295-311.
- Евлах-Шуша//Изв. Азкомстариса, вып. 3, 1927 (в соавторстве с Дж. Александровичем, В.М.Сысоевым).[1]
- ↑ 1 2 Керимова Т.С. Из истории Национальной Академии Наук Азербайджана. Баку: Тахсил, 2005, с.280
- ↑ "Kamil Kamilov. Daşlardakı izlər tariximizin nişanələridir. // Mədəniyyət qəzeti, 2015, 7 yanvar, s. 11". 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-08.
- ↑ 1 2 Nazim Mustafa. İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri. Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.22-29