Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İsa bəy Əbdülsalam bəy oğlu Hacınski (d. 1860 — ö. 1919) — məmur, xeyriyyəçi, Bakıda avtomobili olan ilk şəxs.
İsa bəy Hacınski | |
---|---|
Doğum tarixi | 1861 |
Doğum yeri | |
Vəfat tarixi | yanvar 1919 |
Vəfat yeri | |
Fəaliyyəti | iş adamı |
Vikianbarda əlaqəli mediafayllar |
İ. Hacınski 1860-cı ildə Bakıda anadan olub. O, Bakının digər tanınmış milyonçulardan fərqli olaraq adlı-sanlı zadəgan nəslinin nümayəndəsi olub. Ona atasından miras olaraq bir neçə mülk və böyük torpaq sahələri qalır. Məhz bu sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cü ildə şəxsi neft kompaniyasını yaradır. Artıq bir neçə ildən sonra Hacinskiyə məxsus quyulardan çıxan neftin ümumi həcmi yarım milyon puda çatır. 1910-cu ilin rəsmi rəqəmlərinə görə, onun Balaxanıda fəaliyyət göstərən müəssisəsində sutka ərzində işləyən iki neft quyusu var idi ki, onlar da öz növbəsində 145 at gücündə olan 6 qazanxana ilə təchiz olunmuşdur. Bu quyularda yüksək ixtisaslı fəhlələr işləyirdi, onlara verilən əmək haqqı isə Nobelin, Rotşildin, Montaşovun işçilərinin aldığı puldan qat-qat çox idi. Yuxarıda qeyd etdiyimiz kimi İsabəy Hacinski neftxuda idi və onun Bibiheybətdə zəngin neft mədənləri var idi. Xəzər dənizindəki Çələkən yarımadası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. İsa bəyin həmçinin, Qara şəhərdə kerosin zavodu var idi. Zəngin Hacinskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı, məsələn, A. Cavad küçəsi, 12, Bül-Bül prospekti, 63, Füzuli küçəsi, 39 ünvanında və s. Bunlardan ən əzəmətlisi "Hacinskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır.
İsa bəy Hacınskiy uzun illər ərzində "Neft sənayesi və ticarət" cəmiyyətinin sədri olub, şəhər dumasının deputatı və Bakı Şəhər rəisi yanında neft işləri üzrə şirkətin üzvü olub.
Bakı bulvarının salınmasında İsa bəy Hacinski çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara alır. Yeri gəlmişkən qeyd edim ki, ilk bulvarımız indiki Kukla teatrının binasından Azneftin binasına qədər olan sahəni əhatə edirmiş. Neftçilər prospekti, 103 ünvanında yərləşən binanı (İsa bəyin kontorası bu binanın birinci mərtəbəsində yerləşirmiş- G. X.) tikdirmək üçün o, memarı İtaliyadan dəvət edir. Bina 1914-cü ildə tikilib, burada bir sıra üslublara rast gəlmək olur, qotik, barokko, modern ve s. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. Təəssüf ki, 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri atılan düşmən qumbaralarından parça-parça olub. Hətda İsabəy Hacinski bina tam hazır olduqdan sonra memara vəd etdiyi məbləğdən artıq pul verir, çünki bina onun çox xoşuna gəlir, memarın işindən razı qalır. Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bu pullara bir imarət ucaldır. İsa bəy Hacinski 4 uşaq atası olub. O, özü ev təhsili almasına baxmayaraq, yazılanlara görə çox savadlı bir insan olub. Bir neçə xarici dil (ərəb, fars, ingilis, fransız və alman- G. X.) dillərini bilirdi. Övladlarına da yaxşı təhsil verirdi. Uzun müddət Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub. O, gimnaziyanın hesabına hər il 800 rubl əvəzinə, 1000 rubl vəsait köçürərdi. Bir sözlə, təhsil sahəsində çoxlu xeyriyyəçi işlər görmüşdür. Gimnaziyanın azərbaycanlı məzunlarından 25 nəfəri İsa bəyin şəxsi hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilmişdir. Qeyd etmək lazımdır ki, Hacinskilərin ilk yaşadıqları ev (indiki Füzuli, 39 ünvanında yerləşən bina- G. X.) bu məktəbə yaxın yerdə yerləşirdi. İsa bəy Hacinski məktəbin bütün xərcini öz üzərinə götürmüdü, hətta şagirdlərin yay fəslində dincəlməsi üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb orada gözəl bir mülk də tikdirmişdi… Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil alırdılar. Gimnaziyada hümanitar elmlərə – tarix, latın, yunan və fransız dilləri dərslərinə xüsusi fikir verilərdi. Buranı qurtaran tələbələr universitetlərə daxil olmağa hazırlaşardılar. Hal-hazırda bu binada Bakının 4 saylı şəhər xəstəxanası yerləşir. İsa bəy Hacinski 1918-ci il mart qırğınlarından sonra çox sarsılıbmış, evinə və biznesinə deyən zərər onun ölümünü tezləşdirir və 1919-cu ilin yanvar ayında o, vəfat edir.
İsa bəy Xeyrənnisə xanım Məhəmməd bəy qızı Xanlarova ilə ailə qurmuşdu. Sadıq bəy, Əhməd bəy, Əli bəy adlı oğlanları, Zibeydə xanım adlı qızı vardı.
Bolşevik hökuməti Azərbaycanı işğal etdikdən sonra oğlanları Sadiq, Əhməd və Əli bəy Fransaya qaçırlar, qızı Zibeydə ilə həyat yoldaşı Xeyransa xanım isə heç yerə getməyib Bakıda qalırlar və sonralar buna çox peşman olurlar. Təmtəraqlı imarətlərindən 24 saat ərzində qovulan qadınlar Mərdəkandakı bağ evlərində də rahat yaşaya bilmirlər. Bir həftədən sonra həmin evdən də qovulan ana-balaya qohumlarından heç kəs yardım etmək istəmir. Yalnız Xeyransa xanımın yaxın qohumlarından biri onları küçədə qalmaqdan xilas edir və 1 otaqlı mənzildə milyonçu Hacinskinin qızına və həyat yoldaşına sığınacaq verir.
Oğlu Sadıq bəy İsa bəy oğlu Hacınski 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1913-cü ildə Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdu.[1] Sonra Qazan universitetinə dəyişilmişdi. 1916-cı ildə Qazan universitetinin hüquq fakültəsini bitirmişdi. Hüquqşünas işləmişdi. 1919-cu ildə Fransaya mühacirət etmişdi. O, 1940-cı ildə Parisdə vəfat etmişdir.
Oğlu Əhməd bəy Hacınski 1917-ci il Bakı Şəhər Dumasına seçkilərdə Bakı Müsəlman İctimai Təşkilatları Şurasının 12 saylı siyahısında olmuş, lakin deputat seçilə bilməmişdir. Buna baxmayaraq, o, 1918-ci ildə Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü seçilmişdir. Əhməd bəy "Kommunist" qəzetinin əməkdaşı olmuşdur. Əhməd bəy İsa bəy oğlu 1897-ci ildə Qubada anadan olmuşdur. ADU-da oxumuşdur, "Gizli Müsavatın" rəhbərlərindən biri idi. 29 aprel 1920-ci il tarixində Müsavat Partiyasının fövqəladə konqresi keçirildi. Yeni yaradılan Müsavat MK-nin üzvlərindən biri Əhməd bəy Hacınski olmuşdu. 1923-cü ildə Dadaş Həsənov ilə birlikdə Müsavat MK-ya tabe olan hərbi təşkilatın yaradıcılarından və idarəçilərindən biri idi. Həmin il birinci gizli təşkilatın darmadağın edilməsi ilə ikinci gizli təşkilatın yaradılması işi Əhməd bəy Hacınski və Dadaş Həsənova tapşırılmışdı. Əhməd bəy Hacınski İkinci gizli Müsavat MK-nin katibi olmuşdur. 1926-cı il mart ayının 11-də Müsavatın gizli təşkilatının üzvü kimi həbs edilərək sürgün edilmiş, 27 iyul 1937-də yenidən tutularaq güllələnmişdir.