Bakı Şəhər Dumasına seçkilər (1917)

Bakı Şəhər Dumasına seçkilər29 oktyabr (11 noyabr) 1917-ci il tarixində Bakı Şəhər Dumasına keçirilən seçkilər.[1] Bakı Rusiyada 1917-ci ildə yerli duma seçkiləri keçirilən sonuncu böyük şəhər olub.[2] Səsvermə Oktyabr inqilabı başlayandan sonra keçirilib.[3]

← 1914  Rusiya
Bakı Şəhər Dumasına seçkilər (1917)
29 oktyabr (11 noyabr) 1917
Rəhbər Viktor Çernin
Yuli Martov
kommunal Vladimir Lenin
Partiya Sosialist Bloku Daşnaksutyun Bolşeviklər
Tutulan yerlər 251716
Səslər 17 519
(24.10%)
12 331
(16.97)
11 195
(15.40%)
Rəhbər Əlimərdan bəy Topçubaşov
Məhəmməd Əmin Rəsulzadə
Pavel Milyukov
Partiya Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] Rusiyada Müsəlmanlıq Konstitusiyalı Demokratiya Partiyası
Tutulan yerlər 14115 və ya 6
Səslər 10 234
(14.08%)
8 015
(11.03%)
4 172
(5.72%)
Rəhbər Georgi Plexanov Mixail Papacanov
Partiya Yedinstvo Erməni Xalqçı Partiyası Birləşmiş Yəhudi Seçki Komitəsi
Tutulan yerlər 333
Səslər 2 581
(3.55%)
2 357
(3.24%)
2 208
(3.04%)

1915-ci il aprelin 28-də Bakı Şəhər Duması yeni dumaya seçkiləri müharibənin sonuna qədər təxirə salmaq qərarına gəldi. Qərar 16 yanvar 1916-cı ildə təsdiq edildi. Lakin 1917-ci il Fevral inqilabı zamanı çar hakimiyyətinin devrilməsi ilə yerli seçkilər məsələsi yenidən gündəmə gəldi. Müvəqqəti hökumət ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə şəhər dumalarına seçkilərin keçirilməsi üçün qərar qəbul etdi.[1]

Lakin Bakıda şəhər dumasına seçkilərin keçirilməsi uzun müddət ləngidi. 1917-ci ilin sentyabrında Xüsusi Zaqafqaziya Komitəsi (OZAKOM) şəhər dumasına təcili seçkilərin keçirilməsi tələblərini qəbul etdi. Ancaq şəhərin sərhədləri dəyişmədi və sənaye məhəllələri şəhərdən kənarda qaldı.[1] Bakı neft mədənlərinin şəhərin tərkibinə birləşdirilməsi məsələsi seçkiqabağı əsas məsələlərdən biri idi. Hazırkı şəhər hökuməti, müsəlman partiyaları və Kadetlər birləşməyə qarşı çıxdılar. Müsəlman partiyaları neft yataqlarının ətraf kəndlərlə daha sıx əlaqədə olduğunu iddia edirdilər. Bakı Soveti birləşməyə çağırış edirdi, bolşeviklər isə neft yataqlarının birləşdirilməsi üçün fəal kampaniya aparırdı.[3]

Xalq Azadlığı Partiyasının seçki propoqandası
Xalq Azadlığı Partiyasının 1-ci siyahısının Kaspi qəzetindəki elanı

Eserlərmenşeviklər 1917-ci ilin iyulundan sonra "inqilabi müdafiəçilik" prinsipi ətrafında güclü ittifaq yaratdılar və şəhər dumasına seçkilər üçün birgə siyahı yaratdılar.[3] Erməni İnqilabi Federasiyası ("Daşnaklar") isə ittifaqdan çıxarıldı.[3]

Birləşmiş Yəhudi Seçki Komitəsinin 7-ci siyahısının Kaspi qəzetindəki elanı

Birləşmiş Yəhudi Seçki Komitəsinin siyahısıdır.

  1. Miron Yakovleviç Şor
  2. Vençion Volf Vladimirov Sauloviç Veynşal
  3. İzrail Mark Mixayloviç Abezquz
  4. P. İ. Faynşteyn
  5. İ. E. İzraev
  6. R. İ. Kaçobaşvili
  7. M. Ş. Qalyun
  8. İ. M. Fiş
  9. Ş. M. Epşteyn
  10. S. L. İçkoviç
Yedinstvo təşkilatının 10-cu siyahısının Kaspi qəzetindəki elanı

Yedinstvo təşkilatının siyahısıdır.

  1. Vasili İliç Frolov
  2. İosif Fedoroviç Blinov
  3. Ç. X. X.
  4. Venedikt Arsenyeviç Bodaev
  5. Stepan Vasilyeviç Mamonov
  6. Mixail M. Davıdov
  7. Abram Benyaminoviç Lipşiç
  8. Qaqik Baqratoviç Piçinyan
  9. Vladimir Vasilyeviç Smirnov
  10. Mixail Xosrovoviç Məlik-Şahnazarov
  11. İ. ?. Vudanov
  12. V. P. Stupvşin
  13. Luka Lavrentyeviç Bıç
  14. Konstantin Aleksandroviç Alaverdov
  15. Aleksey Alekseyeviç Boqdanov
  16. İosif Samoyloviç Veller
  17. Mixail Davudoviç Manuçaryan
  18. Mixail Fedoroviç Dubyanski
  19. Pyotr Fedoroviç Puqaçev
  20. Nikolay Georgiyeviç Boqatırev
  21. Boras Mıxayloviç Bılyavskiy
  22. Konstantin V. Avalyani
  23. Vasiliy Feodoroviç Trofimov
  24. Aleksey Aleksandroviç Sokolov
Bakı Müsəlman İctimai Təşkilatlar Komitəsinin (Müsavat Partiyası ilə ortaq) 12-ci siyahısının Kaspi qəzetindəki elanı

Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi İcraiyyə Komitəsi 1917-ci il avqustun 29-da Kornilov əksinqilabi qiyamını qətiyyətlə pisləyərək, Müvəqqəti hökuməti tam müdafiə etdiyini bildirdi. Müsavat Partiyasının 1917-ci ilin oktyabrında keçirilən birinci qurultayı Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə oldu. Müsəlman Milli Komitəsinin sədri Əlimərdan bəy Topçubaşov qurultaydakı çıxışında bəyan etdi ki, Milli Komitənin arzu və məqsədləri Müsavatın arzu və məqsədləri ilə tamamilə uyğun gəlir.

Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi ilə Müsavat Partiyasının proqramları üst-üstə düşdüyündən onlar 1917-ci ilin oktyabrında Bakı Şəhər Dumasına seçkilərə vahid siyahı ilə gedirdilər.

Seçki nəticələri

[redaktə | mənbəni redaktə et]

1 noyabr 1917-ci il tarixdə Kaspi qəzetində dərc olunmuş nəticələr:[4]

Siyahı Səslərin sayı % Mandat
Siyahı 4 — Sosialist bloku (Eserlər, Menşeviklər) 17,519 24.10% 25
Siyahı 2 — Daşnaksütyun 12,331 16.97% 17
Siyahı 5 — Bolşeviklər 11,195 15.40% 16
Siyahı 12 — Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] 10,234 14.08% 14
Siyahı 9 — "Rusiyada Müsəlmanlıq" 8,015 11.03% 11
Siyahı 1 — Xalq Azadlığı Partiyası (Kadetlər) 4,172 5.74% 5 və 6
Siyahı 10 — Yedinstvo 2,581 3.55% 3
Siyahı 11 — Erməni Milli Demokratları 2,357 3.24% 3
Siyahı 7 — Birləşmiş Yəhudi Seçki Komitəsi 2,208 3.04% 3
Siyahı 8 — Qafqaz Rus Demokratik Cəmiyyəti 1,647 2.27% 2
Siyahı 3 — Dövlət işçiləri 237 0.33% 0
Siyahı 6 — Yəhudi sosialistləri 185 0.25% 0
Ümumi 72,681

Vilyam Rozenberq tərəfindən təqdim olunan bir qədər fərqli nəticələr:

Siyahı Bakı Xalq Səsverməsi Qarnizon səsverməsi Mandat
Səslər Səslərin faizi Səslər Səslərin faizi
Sosialist bloku (Eserlər, Menşeviklər) 17,523 24.06% 277 8.96% 25
Daşnaksütyun 12,332 16.93% 72 2.33% 18
Bolşeviklər 11,202 15.38% 2,675 86.49% 16
Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi [a] 10,285 14.12% 3 0.10% 15
Müsəlman ruhaniləri (Rusiyada müsəlmanlıq) 8,063 11.07% 0 0% 12
Kadetlər 4,173 5.73% 25 0.81% 6
Trudoviklər və Yedinstvo 2,581 3.54% 6 0.19% 4
Erməni demokratlar 2,358 3.24% 2 0.06% 4
Yəhudi partiyaları 2,419 3.32% 26 0.84% 3
Muhafizəkar ruslar 1,647 1.16% 2 0.06% 2
Dövlət işçiləri 245 0.34% 5 0.16% 0
Ümumi 72,828 3,093 105

Rozenberq (1969) Bakı Şəhər Dumasına seçkilərin nəticəsi üçün iki mənbədən istifadə edir: "Baku" qəzeti (1 noyabr 1917-ci il) və "Revolyutsiya 1917 goda v Azerbaydzhane: khronika sobytiy" (Bakı, 1927). O, iki mənbənin təqdim etdiyi nəticələr arasında kiçik uyğunsuzluqları qeyd edir.[2] "Kaspi" qəzetinin 1 dekabr 1917-ci il tarixli sayında seçkinin nəticələrinin Rozenberqinkinə oxşar hesabatı təqdim olunmuşdu.[3]

Seçilənlərin etnik mənsubiyyəti

[redaktə | mənbəni redaktə et]
Ermənilər 38
Müsəlmanlar 31
Ruslar 19
Yəhudilər 12
Polyaklar 3
Gürcülər 2
Mənbə:[3]

Dumada koalisiyanın təşkili

[redaktə | mənbəni redaktə et]

Seçkidən sonra müxtəlif siyasi partiyalar şəhər hökumətini formalaşdırmaq barədə fikir ayrılığına düşdülər. Menşeviklər bütün inqilabi və demokratik qüvvələrin daxil olduğu bir hökumət yaratmağa çağırırdılar. Eserlər Bakı Şəhər Duması ilə Bakı Soveti arasında koalisiya yaradılmasının tərəfdarı idilər. Erməni İnqilabi Federasiyası, Müsavat və İttihad Bakı Şəhər Dumasının, Bakı Sovetinin, milli şuraların və digər demokratik təşkilatların koalisiyasını nəzərdə tuturdular. Kadetlər, Yedinstvo və mövcud Bakı Şəhər İdarəsi şəhər dumasının müstəsna səlahiyyətdə olmasını dəstəkləyirdilər. 1917-ci il dekabrın 15-də yığıncaq keçirildi və ilk bölünmüş səsvermədən və bir sıra danışıqlardan sonra menşeviklər şəhər dumasının, Bakı Sovetinin, Kəndlilər İttifaqının, milli şuraların və başqalarının koalisiyasının yaradılması haqqında qətnaməni dəstəkləməyə başladılar. Böyük koalisiya təklifi 47 səs, duma-sovet koalisiyası təklifi isə 24 səs topladı. Koalisiya hökuməti bolşeviklərdən başqa bütün partiyaların dəstəyi ilə quruldu. Koalisiya hökumətinin 9 üzvü var idi. Onlardan 3-ü sovetlərdən (fəhlə, kəndli, əsgər), 3-ü milli təşkilatlardan (müsəlman, erməni, rus) və 3-ü şəhər duması və onun idarə heyətindən ibarət idi.[3]

  1. 1 2 3 Müsavat Partiyası ilə vahid siyahı
  2. İsa bəy oğlu
  1. 1 2 3 Кямаля Оджагова. Городское самоуправление Баку в конце ХІХ--начале ХХ вв (PDF). Нурлан. 2003. 29, 55. OCLC 58789818. 2024-05-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-01.
  2. 1 2 Rosenberg, William G. "The Russian municipal duma elections of 1917: A preliminary computation of returns". Soviet Studies. 21 (2). 1969: 131–163. doi:10.1080/09668136908410699. JSTOR 149186.
  3. 1 2 3 4 5 6 7 Ronald Qriqor Süni. The Baku Commune, 1917-1918: Class and Nationality in the Russian Revolution. Princeton University Press. 12 March 2019. 82, 108–110, 160, 189–190. ISBN 978-0-691-65703-5. OCLC 1089478740.
  4. Kaspi qəzetinin 1 noyabr 1917-ci il tarixli nüsxəsi [ölü keçid]. s. 3–4