İsa qalası (port. Forte Jesus de Mombaça) — Keniyadakı Mombasa adasında yerləşən qala. İtalyan Covanni Battista Kayrati[1] tərəfindən dizayn edilmiş, Portuqaliya kralı II Filipin əmri ilə Mombasanın Köhnə Limanını qorumaq üçün 1593–1596-cı illərdə inşa edilmişdir. İsa qalası portuqaliyalıların Suahili Sahilində saxladığı yeganə qala və Qərb hakimiyyətinin Hind Okeanı ticarəti üzərində təsir qurma cəhdinin bir vəsiyyəti idi.[2]
İsa qalası | |
Fort Jesus, Mombasa [* 1] | |
Ölkə | Keniya |
---|---|
Tip | Mədəni |
Kriteriya | ii, v |
Keçid | 1295 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 2011 (35-ci sessiya) |
|
|
Qalanın dizayneri Kairato, usta inşaatçı isə Qespar Rodriqes idi. Qala Kairatonun sonuncu xarici işi idi. İsa qalasının dizaynının İntibah memarlığının bir nümunəsi olmasına baxmayaraq, hörgü üsulları, tikinti materialları və əməyin yerli suahili xalqı tərəfindən təmin olunduğuna inanılır. Qala bir adam şəklində qurulmuşdur (havadan baxıldıqda). Təxmini forması kvadratdır və künclərində dörd dayaq var. Qala keçmiş İntibah hərbi istehkamlarının şah əsəri hesab olunur.
İsa qalası 1631-ci ildə Portuqaliyalılar qalanı Mombasalı Sultan Yusuf ibn əl-Həsənə uduzduğu və 1895-ci ildə Britaniya hakimiyyəti altına düşdüyü və həbsxanaya çevrildiyi zamanlar arasında ən azı doqquz dəfə tutulmuş və geri alınmışdır. Portuqaliyalılar 1632-ci ildə, qalanı Sultandan geri aldıqdan sonra onu yenidən düzəltdilər və daha çox istehkam qurdular. Bu da qalanın sonradan yıxılmasını çətinləşdirdi.
Qala Saif ibn-Sultanın rəhbərliyi ilə Oman Ərəbləri tərəfindən 1696–1998-ci illərdə iki illik bir mühasirəyə məruz qaldı. Qalanın ələ keçirilməsi Portuqaliyanın sahildəki mövcudluğunun sonunu qeyd etdi. Lakin, potuqaliyalar qısa müddətdə suveren şəhər-dövlətlərin köməyi ilə qalanı geri aldılar.
İsa qalası 1958-ci ildə milli park elan edilmiş və 2011-ci ildə "16-cı əsr Portuqaliya hərbi istehkamlarının ən görkəmli və yaxşı qorunan nümunələrindən biri" olaraq UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.[2] Qala Mombasanın ən çox ziyarət edilən turistik yeridir.
Qala 1958-ci ildə tarixi bir abidə elan edilmişdir. Bu gün ərazidə muzey fəaliyyət göstərir.
Qala Şərqdəki Portuqaliya əmlakları üçün baş memar olan Milanlı Covanni Battista Kairati tərəfindən dizayn edilmişdir. Bu, Avropadan kənarda top atəşinə qarşı hazırlanan ilk Avropa tipli qala idi.[3] Qala bu gün həm Oman ərəbləri, həm də İngilislər tərəfindən təsirlənən və dəyişdirilən 16-cı əsr Portuqaliya hərbi memarlığının ən gözəl nümunələrindən biridir.[4] Qala tez bir zamanda Mombasa adası və ya ticarət ərazilərinə nəzarət etmək niyyəti olan hər kəs üçün vacib bir mülkiyyətə çevrildi. İngilislər Keniyanı müstəmləkə etdikdə, onu tarixi bir abidə halına gətirən 1958-ci ilə qədər həbsxana kimi istifadə etdilər. Bundan sonra Ceyms Kirkman abidədə aparılan qazıntı işləri üçün üçün təyin edildi.[4]
Qalanın memarlığı başı dənizə tərəf olmaqla kürəyi üstə uzanmış bir insanın kobud konturunu əks etdirir. Divarların hündürlüyü 18 metrdir. Orijinal Portuqaliya qalasının hündürlüyü 15 metr idi, lakin Oman ərəbləri qalanı ələ keçirdikdən sonra 3 metr əlavə etmişlər.
Qala Portuqal, Ərəb və İngilis elementlərini birləşdirir (bunlar tarixin müxtəlif dövrlərində onu tutan əsas qüvvələrdir). Portuqaliya və İngilislərin iştirakı müvafiq toplarla bəlli olur. Belə ki, Portuqaliya toplarının məsafəsi 200 metrdir və 300 metr aralığında olan Britaniya toplarından daha uzundur. Oman ərəbləri məskunlaşdıqlarını taxta qapı dirəklərində və tavan şüalarında Qurandan çox sayda yazı ilə qeyd etmişlər. İslamın beş ənənəsiu qala boyunca təsvir edilmişdir və köhnə iclas zalı tavana beş daş sütunla dəstəklənir.
Qalanın hələ də qlan bəzi tarixi tikililərinə Şərqi Afrika sahillərini idarə edən Sultanın evi olan Oman Evi də daxildir. Digərləri, Portuqaliyalılar tərəfindən yağış suyu yığmaq üçün açıq bir su anbarı və ərəblər tərəfindən 76 metr dərinlikdəki bir quyudur (quyunun suyu yuyunmaqdan başqa heç bir şey üçün istifadə edilə bilməzdi).
İsa qalası indi xarici və yerli turistlər üçün məşhur bir məkandır. Qala turistik bir ərazi olmaqla birlikdə çox sayda tədqiqat proqramı, Mühafizə Laboratoriyası, Təhsil Şöbəsi və Köhnə Şəhər Mühafizə İdarəsi üçün də vacib bir yerdir.