Suahili

Suahili, kisuahili (suah. Kiswahili) — Suahili xalqının danışdığı dil. Danışanların sayına görə ən böyük bantu dillərindən (150 milyon insan) və Afrika qitəsinin ən əhəmiyyətli danışıq dillərindən biri. Millətlərarası ünsiyyət dili olan suahili Şərqi və Mərkəzi Afrikanın geniş ərazilərində, şərqdə Hind okeanı sahillərindən qərbdə Konqo Demokratik Respublikasının mərkəzi vilayətlərinə, şimalda Somalidən cənubda Mozambikə qədər yayılmışdır.

Suahili
Orijinal adı kiswahili
Ölkələr Tanzaniya, Keniya, Uqanda, Konqo Demokratik Respublikası, Ruanda, Burundi, Somali, Zambiya, Malavi, Mozambik, Komor adaları, Madaqaskar
Rəsmi status Uqanda, Keniya, Tanzaniya, Komor adaları (komor dili)
Tənzimləyən təşkilat Suahili Tədqiqat İnstitutu
Danışanların ümumi sayı 5 milyon — birinci dil
70 milyon — ikinci dil
Təsnifatı
Kateqoriya Afrika dilləri
Niger-Konqo dilləri[vd]
Atlantik-Konqo dilləri[vd]
Volta–Congo[vd]
Benue–Congo[vd]
Bantoid[vd]
Southern Bantoid[vd]
Bantu dilləri
East Bantu[vd]
Northeast Bantu[vd]
Northeast Coast Bantu[vd]
Sabaki[vd]
Suahili
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 суа 631
ISO 639-1 sw
ISO 639-2 swa
ISO 639-3 swa, swc, swh
Dilin strukturlarının dünya atlası swa
Ethnologue swa
Linguasphere 99-AUS-m
ABS ASCL 9211
IETF sw
Glottolog swah1254
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suahili Tanzaniyanın, Keniyanın və Uqandanın dövlət dilidir.

Suahili Afrika Brliyinin işçi dili statusunu almış yeganə dildir (2004-cü ildən). O, həm də Şərqi Afrika Birliyinin rəsmi dilidir.

Müasir suahili yazı üçün latın əlifbasından istifadə edir.

Adlandırılması

[redaktə | mənbəni redaktə et]

Kiswahili sözü ərəb dilindəki sāhil ساحل: sawāhil سواحل (sahil) sözünün cəm halıdır. wa- önşəkilçisi ilə birlikdə işləndiyində söz "sahil sakinləri"ni, ki- önşəkilçisi ilə birlikdə işləndikdə isə (Kiswahili — "sahil sakinlərinin dili") onların dilini bildirir.

Suahili bantu dillərindən biridir. Cozef Qrinberqin genetik təsnifatına görə bantu dilləri nigero-konqolez dil ailəsinin benue-konqolez qrupuna daxildirlər.

M. Qasrinin daxili təsnifatına görə, suahili dili G42 qrupuna Bantoid/Cənubi/Dar bantu/Mərkəzi/G — daxildir.

Linqvocoğrafiya

[redaktə | mənbəni redaktə et]

Sosiolinqvistik vəziyyət

[redaktə | mənbəni redaktə et]
Suahilinin yayılma xəritəsi

Müxətlif məlumatlara görə suahili 2,5–5 milyon insanın ana dilidir. Bundan başqa 50–70 milyon insan ondan ikinci və ya üçüncü danışıq dili kimi istifadə edir.

Suahili Tanzaniyada (1967-ci ildə) və Keniyada (1974-cü ildə) rəsmi dil elan olunub. Uqanda hökuməti 1992-ci ildə bu dilin ibtidai məktəblərdə məcburi tədrisinə başlamış, 2005-ci ildə isə onu rəsmi diil elan etmişdir.

Suahili dilində Tanzaniya əhalisinin təxminən 90 % danışır (təxminən 39 milyon insan). Təhsilli keniyalıların da çoxu bu dildə sərbəst danışır, çünki o, Keniyada məktəbin birinci sinfindən məcburi tədris olunur. Konqo Demokratik Respublikasının 5 əyalətinin əhalisi də suahili dilində danışır. Bu dildən Burundinin, Ruandanın, Mozambikin, Somalinin, Malavinin və Zambiyanın şimal bölgələrinin əhalisinin müəyyən hissəsi də istifadə edir[1].

Mayotta da daxil olmaqla Komor adalarında və komor diasporu arasında da şikomor dilinin dialektləri geniş yayılmışdır ki, onlar da bir qayda olaraq suahilinin dialektləri hesab edilir[2].

Müasir standart suahili Zənzibar dialektinə əsaslanır. Suahilinin bir tərəfdən dialektlərini dialektlərindən, digər tərəfdən isə dialektlərini başqa dillərdən ayırmaq çox çətindir və onların siyahısına dair fikir ayrılıqları mövcuddur:

Müasir suahili latın qrafikası ilə yazılır. Bu əlifba Avropalı missionerlər tərəfindən XIX əsrin ortalarından bölgəyə gətirilmişdir. X əsrdən XIX əsrin ortalarına qədər isə suahili ərəb əlifbası ilə (köhnə suahili yazısı) yazılmışdır. Bu əlifba ilə suahili dilində yazılmış ən məşhur əsər XVIII əsrə aid olan "İrakli haqqında kitab" eposudur. İlk əsərin ilk əlyazısının tarixi 1728-ci ilə təsadüf edir.

Müasir əlifbada 24 hərf var, QX hərfləri istifadə olunmur, C hərfi isə sadəcə ch hərf birləşməsində istifadə olunur.

  1. Zambia. Languages Arxivləşdirilib 2017-10-17 at the Wayback Machine // Ethnologue. Languages of the World
  2. A History of Comorian Linguistics / Almee Johansen // The Linguistic Typology and Representation of African Languages Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine; ed. John Mugane — Africa World Pres, Inc., 2003. — Trends in African Linguistics 5. — P. 299–310. — ISBN 1-59221-154-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]