İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı.
İsatay Taymanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kiçik Jüz, Qazax xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Bukey ordası |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | hərbi qulluqçu |
XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır.[1]
1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır.[2]
Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır. Abılay xanın yerinə keçən oğlu Vəli xan xalqı ilə çevrəsindəkilərdən xoşnudsuzluq görmüşdür. Orta alaüzün qazaxları 1815-ci ildə II Yekaterinaya məktub yazaraq, Vəli xanın taxtdan endirilməsini istəmişdilər.[3] Rus hökuməti buna görə Vəli xanın mövqeyini zəiflətmək məqsədiylə Bukey xanı taxta əyləşdirmişdi. Bukey xan dörd illik iqtidarından sonra 1818-ci ildə, Vəli xan isə 1819-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra Qazax taxtına Qubaydulla xanın əyləşməsi lazım gəlirdi, ancaq yeni xan Orta Jüzün torpaqlarında, yeni qalaların qurulmasında ruslara qarşı çıxdığı üçün Sibirə sürgünə göndərilmişdir.
Qubaydulla xandan sonra Orta Jüzün taxtına onun xanımı Ayqaım əyləşmişdir ancaq onun iqtidarı da çox qısa sürmüşdür. 1819-cu ildə Orta Jüzün verdiyi əmrə görə xan seçilməsi yasaqlanmışdır.[4]
1822-ci ildə Rus hökuməti 319 maddədən ibarət Sibir qırğızlarının statusunu təbliğ etmişdir. Bu təbliğə görə Orta Jüzdə xan və sultanlar tərəfindən işlənilən idari səlahiyyətlər ləğv edilmişdir. Belecə Orta Jüzdə idari nizam, qədimdən bəri davam edən tayfa əsasına dayalı olmaqdan çıxmıs, hakimiyyətin başına, Rus polkovniki rütbəsi verilən bir hakim sultan (Ağa sultan) təyın edilmişdir.
Təbiətiylə bu təyin edilən sultan, hər şeydən əvvəl rusların direktivi ilə hərəkət edəcəkdi. Beləcə, Kiçik Jüzdən sonra, Orta Jüzdə də Rus idarəsi qurulmuşdur. Bütün bu qərarlar və dəyişiklər xalqın rizası olmadan gerçekləşirdi.
Xalqın xoşuna gəlməyən bu idarə şəklinə qarsı çox keçmədən şikayətlər və etirazlar getməyə baslamışdır.[5]
Rusların Kiçik Jüz və Orta Jüz torpaqları üzərindəki isğal hərəkətini yayğınlaşdırmaları 1822–1824-cü il dönəminə təsadüf edir. Ancaq yayğınlaşan bu isğalı təqibən Qazax xalqı üzərindəki müstəbid Rus hakimiyyətinə qarsı qazaxlar bu dəfə də Kiçik Jüzün Bərs tayfası bəyi İsatay Taymanov başçılığında yəni bir üsyan başlatmışdır. Bu yeni üsyan isə 1838-ci ilin ortalarına qədər təsirli bir səkildə davam etmişdir. Hətta 15 noyabr 1837-ci ildə aparılan bir vuruşma nəticəsində Rus orduları İsatay Taymanov başçılığındakı Qazax birlikləri tərəfindən ağır bir məğlubiyyətə uğradılmışdır. Ancaq 1838-ci ildəki ağır bir vuruşma nəticəsində İsatay Taymanovun şəhid düşməsi üzərinə bu şanlı dirəniş nəticəsiz qalmışdır.[6]