Qazax xanlığı — 1465–1847-ci illər iqtidarda olmuş türk-qazax dövləti.
Xanlıq | |
Qazax xanlığı | |
---|---|
«Alaş» | |
|
|
|
|
Paytaxt | Türkistan |
Dilləri | Qazax dili, Türki dili |
Rəsmi dilləri | Qazax türkcəsi |
Dövlət dini | Sünni İslam |
Ərazisi | 3,200 000 |
Əhalisi |
|
İdarəetmə forması | Seçkili Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Əmir Teymurun ağıllı siyasətiylə aralarında oturaq və köçəri mədəniyyəti fərqliliyinin olmasına baxmayaraq, eyni soydan olan xalqlar bir yerdə saxlanıla bilərkən, daha sonralar Sırdəryanın şimal və cənubunun yolları ayrılır. Canıbek və Kerey sultanlar, Sırdəryanın şimalına keçərək, buradakı Qazaxları təşkilatlandırmaya başlayır. Bu yol ayrılığı daha sonrakı illərdə Qazax xanlığının yaranmasına səbəb olur.
Türkistan şəhəri və bölgəsi bu qopmanın keçid hissəsindədir. Şəhərin 30 kilometr şimalındakı Qaradağlar ilə 35 kilometr cənubunda yerləşən Sırdərya arasında qalan bölgə yəni, Qazaxlara görə "Sır boyu", bu oturaq və köçəri mədəniyyətinin birlikdə yaşandığı ərazidir. Kerey və Canıbek xanlarının özlərinə paytaxt olaraq seçdikləri Sığınak şəhəri də bu keçid mədəniyyətinin yaşandığı Sır boyu ilə şimaldakı səhralarda köçəri halda yaşayan qazaxlar arasında düz keçid nöqtəsindədir. Sığınak şəhərinin bugünkü yeri Qızıl Orda vilayətinin, Jangakorqan Quberniyası, Tömənarık kəndinə 20 km məsafədə yerləşir. Daha sonra cənubda hökmranlıq edəcək Şeybanilərin ilk xanı, bu Sığınak şəhərinin hücumu zamanı vəfat edir.
Türk tarixi üçün mühüm bildiyimiz bir hadisəni də burada söyləməyin faydası vardır. XIV əsrdə Sığınak şəhərinə gedən səyyah İbn Ruzbehan, "Sığınak xalqı arasında türklər, qazaxlar və qaraqalpaqlar yaşayır" deyə məlumat verir. İbn Ruzbahanın bəhs etdiyi Sığınaqda yaşayan xalqlardan qaraqalpaqlar Şeybanilərlə birlikdə hərəkət edərək Sibirdən cənuba enən qruplardan biri olmaqla bərabər, daha sonra Şeybanilərlə birlikdə hərəkət etmək əvəzinə, Qazaxlarla bərabər olmağa üstünlük vermişlər. Bu ittifaq Qazax xanı Teuke xan dönəmində "Altı Alaştan birisi" sayılacaq qədər yaxınlaşmışdır. Bu gün də Qazax xalqının özünə ən yaxın hiss etdiyi Türk xalqları arasında ilk yerləri Qaraqalpaqlar və Qırğızlar tuturlar. Sığınaqda Türk olaraq adlandırılanlar isə müxtəlif Türk xalqlarından oturaq həyata erkən keçən xalqın ortaq adıdır.
Qazax kimliyinin meydana çıxışı da Özbəklərdən fərqli deyildir. "Qazax" sözünün əsas anlamı "nüfuz tanımayan və öz başına buyruq" deməkdir. Sırdəryanın şimalındakı Canıbek və Kerey Sultanlarla başlayan hərəkatların və bu hərəkata qatılanların ilk adı "Özbək Qazaxları" olmuşdur. Uzun illərin əmələ gətirdiyi oturaq və köçərilik mədəniyyət fərqliliyinə də yerləşən bu hərəkat daha sonra öz dövlətini və kimliyini yaratmışdır.
Türkistan şəhəri XVII əsrdən başlayaraq Ulu Türkistanda yeni və mühüm dəyişikliklərin mərkəzi olacaqdır. Türkistan bu tarixdən etibarən Qazax Xanlarının paytaxtı olur ki, bu hadisə Türkistanın Əhməd Yesəvi və Şeybanilərdən sonra Türk tarixinə atdığı üçüncü böyük imza olacaqdır. Türkistandakı Qazax xanlarının ilki Esim xandır (1598–1628). O, göstərdiyi xidmətlərlə tanındı. Xalq arasında söylənən "Esim salqan (etdiyi) qədim yol" sözü onun xidmətlərinin yayılmasına işarədir. Esim xandan sonra sırayla oğlu Cahangir (Jihanger), Batır Xan taxta çıxdılar. Bunlardan sonra 1680-ci ildə taxta çıxan Teuke xan Qazaxlar arasında ilk dəfə qurduğu şura ilə dövlət həyatında yeni bir mərhələni başlatdı. Bu gün daxil xalq arasında yayılan "Altı Alaş" fikri bu mərhələdə formalaşdı. Altı Alaşın içinə:
Bu qrupların hamısı Teuke xana tabeydilər və bu dönəmdə Ulu Cüzü təmsil edən Töle Bi (bey), Orta Cüzü təmsil edən Kazıbek Bi, Kiçik Cüzü təmsil edən Ayteke Bi, Qırğızlardan Goqırım Bi, Qaraqalpaqlardan Sasık Bi, Türkistan şəhərindəki şurada Xanın yanında idilər. Bu dönəm Qazax Xanlığının ən parlaq illəri oldu.
Kayıp xan Bolat xanlarla davam edən Qazaxların bu birlik dövrü Monqol qrupu cunqarlarla 1723-cü ildə məğlubiyyətləriylə sona çatdı. Şərqi Türkistan və Ulu Cüz cunqarların əlində qaldı. Bundan sonra Orta və Kiçik Cüzlər ayrı-ayrı xan müəyyənləşdirdilər. Teukenin nəvəsi Sameke xan 1726-cı ildə Orta Cüzün Xan oldu və xanlığın mərkəzi yenə Türkistan şəhəriydi.
Kiçik Cüzün xanı isə Ebul Hayır oldu. Kiçik Cüz Rusiyaya qonşu olaraq yaşayırdı. Odur ki, Qazaxların bu zəif vaxtında Kiçik Cüzün Xanı Ebul Hayır 1731-ci ildə ruslarla müqavilə imzalayaraq onlara tabeliyini bildirdi. Bu tarixdən sonra Türkistan şəhəri müstəqil, tək Qazax xanlığının mərkəzi olmaqla yanaşı, bütün Qazaxların Rusiyaya qarşı apardıqları istiqlal mübarizəsinin də mərkəzinə çevrilir. Sameke Xandan sonra taxta Abdulməmməd xan çıxır. Abdulməmməd Xan öz razılığıyla Xanlığı 1739-cu ildə Abılay xana təhvil verir. Abılay Xanın ruslara və monqollara qarşı qazandığı zəfərlər xalq arasındakı etibarını kifayət qədər artırır. Abılay Xan bu mübarizəsində yalnız Qazaxların deyil, rusların əlinə keçən digər Türk xalqlarının da müstəqilliyini düşünə biləcək qədər geniş ağıllı, milli şüuru sağlam, böyük bir xan idi. Tarixçi professor Mehmet Saray Osmanlı Arxivində apardığı tədqiqatlar zamanı Abılay Xanın Osmanlı padşahına yazdığı məktuba rast gəlir. Məktubda Abılay Xan "Bizim şimalımızda Başqurd isimli, əhli sünnətdən bir xalq yaşayır. Bunlar ruslara əsir düşüblər. Qazax Xanlığının və Osmanlı İmperatorluğunun güclərini birləşdirərək Başqırdları rus əsarətindən xilas edək" deyir. Bu sənəd Abılay Xanın təkbaşına nə qədər böyük bir siyasi məqsədi olduğunun yetərli isbatıdır. Bu səbəbdən də, bu gün Qazaxlar arasında Abılay adı milli birliyin, istiqlal və hürriyyətin bayrağını hər zaman ucada tutmağın bir simvoludur.
1771-ci ildə bütün Qazaxların boylarından gələn bəylər, xanlar, qəhrəmanlar qısası, Qazax xalqının qabaqcıl adamları Türkistan şəhərində toplaşırlar və Yesəvi Türbəsinin Böyük Aksaray salonunda toplantı keçirirlər. Bu toplantıda təmsilçilər həmfikir olaraq apardığı böyük mübarizə və bunun sayəsində artan etibarilə Abılayı bütün Qazaxların xanı elan edib "Ağ otağa" oturdurlar. Abılay Xan 1781-ci ildə vəfat etdikdən sonra taxta Vəli xan çıxır və onun dövrü uzun sürmür və Türkistan yeni macəralara sürüklənir.
Türkistan 1785-ci ildə Buxara xanı Mir Şahmuradın əlinə keçir. Şahmurad Türkistanı əlində çox saxlaya bilmir. Daşkənddə hökmranlıq edən Yusif Xoca 1799-cu ildə Türkistana daxil olur. Yusif Xocanın vəfatından sonra Türkistan təkrar Buxaraya tabe olur. 1819-cu ilin yayında Türkistan Xokant xanı Ömərin əlinə keçir və 12 iyul 1864-cü ilə qədər Xokantın tabeliyində qalır. Ömər xanın Türkistanı aldıqdan sonrakı hərəkətləri, o dövrdəki dövlətlərin Türkistan şəhərinə niyə bu qədər maraq göstərdiklərinin də açıqlamasıdır.
Ömər xan "Xoca Əhməd Yesəvini ziyarət edəcəyəm" deyərək Türkistana qabaqcıl əsgərlər göndərir. O dönəmdə Türkistanın başında Buxara Xanlığının təyin etdiyi Qazax Törəsi Tokay Törə dayanırdı. Ömər Xanın əsgərləri səhərə yaxın yatan növbətçiləri əsir alıb şəhərin qapısını açır və xalq yuxuda ikən Türkistanı döyüşsüz ələ keçirir. Tokay Törə uşaqlarıyla birlikdə fürsət tapıb Buxaraya qaçır. Bundan sonra Ömər Xan ordusuyla Türkistana gəlib ətrafdakı Qazaxları da özünə tabe etdirir. Ömər Xan Türkistanda Yesəvi Türbəsində bir müddət qalır və 70 qoyun qurban kəsir. Ömər xan ziyarətindən sonra Şihalbtalı Türkistanı idarə etmək üçün məsul edib Xokanta qayıdır. Ömər xan Xokanta daxil olan zaman böyük şənlik edilir. Xan xalqa gümüş axçalar paylayır və şəhərin qabaqcıl adamlarını bir yerə yığaraq özünü "Əmirül-Müslimin" elan etdirir. Tac qoyur və yeni tituluyla möhür düzəltdirir. O, artıq özünü Çingiz xan və Teymurilərlə bərabər tutur.
Qeyd etmək lazımdır ki, Türkistan şəhərinin hakimiyyətini almaqla özünə Əmirül-Müslimin titulu verməyə haqq görə bilən Ömər Xanın bu davranışı, bu şəhərin nə dərəcə mühüm olduğunun da gözəl izahıdır. Buxara xanlığı da Türkistanın əlindən getməsini asan qəbul edə bilmir və Tokay Törə Buxaradan qoşun götürüb təkrar Türkistana gəlsə də, müvəffəqiyyət qazana bilmir. Bu uğursuzluqların əvəzini Buxarada canıyla ödəyir.
1821-ci ildə Tentek Törə isimli Qazax Törəsi Xokantdan ayrılmaq istəyir. Buna görə Ömər xan Əbülqasimın başçılığı ilə ordu göndərir. Tentek Törə 12 min adam toplayaraq Sayramda Əbülqasimı qarşılayır, ancaq məğlub olar. Türkistan 1864-cü ili təkrar Xokantdan ayrılmaq istəsə də, yenə müvəffəqiyyət qazana bilmir. Şəhər eyni il, 12 iyun 1864-cü ildə rusların əlinə keçir. Bu arada Abılay xanın nəvələrindən və Kensarı xanın oğlu Sadık törə də Türkistanın rusların əlinə keçməməsi üçün adam toplayıb döyüşə qoşulur.