İsatay Taymanovun üsyanı

İsatay Taymanovun üsyanıİsatay Taymanovun başçılıq etdiyi Kiçik juz qazaxların üsyanı.

İsatay Taymanovun üsyanı
Qazax üsyanları
Tarix 1836-1838
Yeri müasir Qazaxıstan ərazisi
Səbəbi Torpaq davası
Nəticəsi Çar qoşunlarının qələbəsi
Münaqişə tərəfləri

 Rusiya İmperiyası
Bökey Ordası

Bökey Ordasının qazaxları

Komandan(lar)

I Nikolay
Jangir-Kerey xan

İsatay Taymanov dagger
Məhəmbət Ütəmisov

Bökey Ordasında İsatay Taymanov və Məhəmbət Ütəmisovun rəhbərlik etdiyi üsyanın əsas səbəbi kifayət qədər otlaq sahəsinin olmaması nəticəsində yaranan torpaq sıxlığı idi. Yararlı torpaqların sayı durmadan azalmaqda idi. BöyükKiçik Üzen boyunca və Qamış-Samara göllərinin ətrafında yerləşən torpaqlar müntəzəm olaraq kazak təsərrüfatları üçün əhalinin əlindən alınırdı. Qalan torpaqlar qeyri-bərabər şəkildə bölüşdürülürdü, əsas otlaqlar Cangir xan və onun yaxın adamlarına qalırdı. Ural çayını keçmək və onun çaylağı boyunca otlamağın qadağan olunması vəziyyəti daha da çətinləşdirdi. Ailələrini doyurmaq istəyən və torpaqların daha ədalətli paylanmasına ümid etməyən əhali sultan və xanların mal-qarasını soymağa başladı.

1836-cı ilin fevral ayından qarşısıalınmaz çıxışlar başçı Taymanov və ona qoşulan akın Mahambet tərəfindən dəstəkləndi. Onlar xanlar və Ural Kazak Ordusunun torpaqlarını işğal etmək, Ural çayı tərəfə köçmək və mal-qaranı geri almağa çağırırdılar. Daha sonra, üsyana bir neçə soy nümayəndələri qoşuldular. Məsələn, Əlimulı qəbiləsinin Nəzər soyundan olan Jusip Kulanulı üsyançılara himayə və mümkün olan hər cür köməyi təmin etmişdir, hətta 500-ə yaxın əsgər göndərmişdir.[1]

A. O. Orlovski. "Kazakların qırğızlarla döyüşü" (çar Rusiyasında qazaxlar qırğız adlanırdı)

Əvvəlcə Rusiya hakimiyyətinin köməyi ilə torpaq probleminin həllinə ümid var idi. İsatay Taymanov kömək üçün general-qubernator V. A. Perovskiyə müraciət etmişdir. Lakin sonda bir neçə yüz Ural və Həştərxan kazakları və Cangir xana sadiq dəstələrdən ibarət cəzalandırıcı ekspedisiyasının təşkili qərara alındı. 1837-ci ilin noyabr ayında Tas-Tübe yaxınlığında üsyançılar üzərində qələbə qazanıldı.[2] Pərən-pərən salınmış üsyançılar qismən yenidən Uralın sol sahilinə keçib qrupalaşdılar.

Yaz fəslində Perovski Peterburqa yazırdı ki, Taymanovun qoşunu artıq sərhəd xəttinə çox yaxınlaşıb.[3] Mütəmadi qoşunların tərkibindəki Ural və Orenburq kazakları Uralın cənub hissəsinə göndərildi və 12 iyul 1838-ci ildə üsyançılar məğlub edildi, İsatay Taymanov isə qətlə yetirildi. Məhəmbət Ütəmisov sağ qalan üsyançılarla birlikdə cənuba qaçdı, ancaq 1846-cı il oktyabrın 20-də indiki Atırau vilayətinin ərazisində muzdlu qatillər tərəfindən öldürüldü.

  1. Жусип Куланулы Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine // Казахстан. Национальная энциклопедия. — Алматы: Қазақ энциклопедиясы, 2005. — Т. II. — ISBN 9965-9746-3-2
  2. "1837 г. ноября 17. — Рапорт подп. Геке оренбургскому военному губернатору о действиях карательных отрядов против Исатая Тайманова". 2007-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.
  3. "1838 г. июня 26. — Письмо оренбургского военного губернатора В. Перовского управляющему МИД графу К. Нессельроде о руководителе восстания в Букеевском ханстве И. Тайманове". 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-10.