İsfəndiyar xan

İsfəndiyar xan (?-1643)—Şeybanilər sülaləsindən 14-cü özbək xanı.

İsfəndiyar xan
özb. Isfandiyar I
1623 – 1642
SonrakıƏbülqazi Bahadır xan
Şəxsi məlumatlar
Doğum yeri Ürgənc, Xivə
Vəfat tarixi
Vəfat yeri Xivə
Milliyyəti türk
Atası Ərəb Məhəmməd xan
Ailəsi Şeybani xanlığı
Dini Sünni İslam

I Şah Səfi hakimiyyətə keçdikdən az sonra 1629-cu ildə Urgənc hakimi İsfəndiyar xan (1623-1642) Mərvə hücum edir. Məhəmməd Məsum onun Mərvə hücumuna I Şah Abbasın ona etmiş olduğu yaxşılıqlara cavab olaraq naşükürlüyə yol verməsi kimi baxır. O, yazır ki, Urgənc hakimi İsfəndiyar xan və onun yaxınlarına Səfəvi sarayında nəvaziş göstərilmiş, dəfələrlə müzəffər Səfəvi ordusunun köməyi ilə ölümcül döyüşlərdə xilas edilmişdi [1]. Məhəmməd Məsumun bu məlumatını "Zeyl-i tarix-i alamara-ye Abbasi" də təsdiq edir. Mənbədə göstərilir ki, Xarəzm hakimi Ərəb Məhəmməd xanın (1602-1623) övladları arasında hakimiyyət üstündə müharibədə məğlub olmuş böyük oğlu İsfəndiyar I Şah Abbasa pənah gətirmiş və uzun müddət onun himayəsində yaşamışdır [2].

Məhəmməd Məsuma görə Mərv hakimi Aşur xanın başçılığı altında qala mühafizəçiləri çox ciddi səy göstərib qalanı canfəşanlıqla qoruyaraq bu qorxulu düşməni dəf etməyə tam hazır olduqlarını nümayiş etdirdilər. O, öz hərbi dəstəsinin sayının az olmasına baxmayaraq qorxmadan qaladan çıxıb düşmənin çoxsaylı ordusu ilə döyüşə başlayır. İlk toqquşmadan sonra İsfən-diyar xan geri çəkilməyə məcbur olub öz ölkəsinə qayıdır [3]. Məhəmməd Məsuma görə Aşur xan özünün hərbi dəstəsi ilə İsfəndiyar xanı məğlub etmişdi. Doğrudur, ilk döyüşdə Mərv ordusu qələbəyə nail olmuşdu. Ancaq "Zeyl-i tarix-i alamara-ye Abbasi"də göstərilir ki, Rəhmanqulu Qara-daşın başçılığı altında 6-7 min nəfərdən ibarət türkmənin Qaradaş, Cəlayir, Salur ellərində səfərbər edilmiş ordu da İsfəndiyar xanla birləşmişdi. Belə olan halda Aşur xanın ilk qələbədən sonra döyüşü davam etdirməsi o qədər də asan deyildi. İsfəndiyar xan İsfahandan göndərilən ordu yaxınlaşdıqda Mərv ətrafını tərk etməyə məcbur olmuşdu [4].

A.N.Kononov yazır ki, "Xorasan qiyamı" nəticəsində İsfəndiyar xanın Səfəvi dövləti ilə münasibətləri pisləşdikdə xan qiyamın günahını qardaşı Əbülqazi xanın boynuna yıxıb onu girov kimi Səfəvi şahına göndərdi [5].

  • Гулямов Я. Г., История орошения Хорезма с древнейших времен до наших дней. Ташкент. 1957
  • Жуковский С. В. Сношения России с Бухарой и Хивой за последнее трехсотлетие. Петроград, 1915
  • История Узбекистана. Т.3. Т.,1993.
  • История Узбекистана в источниках. Составитель Б. В. Лунин. Ташкент, 1990
  • История Хорезма. Под редакцией И. М. Муминова. Ташкент, 1976
  1. Məhəmməd Məsum ibn Xacəgi İsfahani. Xülasət üs-siyər. Münxen Dövlət kitabxnası; Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm). v. 21 a
  2. İsgəndər bəy Türkman Münşi və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: 1317, 320 s. səh.19
  3. Məhəmməd Məsum ibn Xacəgi İsfahani. Xülasət üs-siyər. Münxen Dövlət kitabxnası; Saltıkov-Şedrin adına PDUK, Dornun kataloqu, 303 (mikrofilm). v. 21 a-b.
  4. İsgəndər bəy Türkman Münşi və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: 1317, 320 s. səh.21
  5. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı: 2002, 146 s, səh.18

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]