İsgəndər Xankişiyev

İsgəndər Xankişiyev (6 yanvar 1968, Novruzlu, Ağdam rayonu — 16 iyun 1992, Ağdərə rayonu) — Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda canından keçmiş qəhrəman, Birinci Qarabağ müharibəsi iştirakçısı, Şuşa və Ağdərə döyüşü iştirakçısı, şəhid.

İsgəndər Xankişiyev
Xankişiyev İsgəndər Ramazan oğlu
İsgəndər döyüşlərin birində
İsgəndər döyüşlərin birində
Doğum tarixi
Doğum yeri Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Ağdərə rayonu
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı Azərbaycan SSR
Atası Ramazan Xankişiyev
Anası Bənövşə Xankişiyeva
Milliyyəti azərbaycanlı
İxtisası Dənizçi
Təhsili Zuqulba Dənizçilik Məktəbi
Fəaliyyəti Xəzər Dəniz Neft Donanması

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

İsgəndər Xankişiyev 1968-ci il yanvarın 6-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. İlk orta təhsilini Novruzlu kənd orta məktəbində almış, 1985-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1986–1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. Daha sonra Xəzər Dəniz Neft Donanması idarəsinin dənizçilik məktəbini bitirmiş və peşəsi üzrə işə başlamışdır. İşlədiyi müddətdə iş yoldaşlarının və kapitanının dərin hörmətini qazanmışdır.

Birinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

SSRİ-nin parçalandığı ərəfələrdə Ermənistanla sərhəddə şiddətli atışmalar gedirdi. Bu atışmalar 1991-ci ildən başlamışdı və İsgəndərin doğulub boya başa çatdığı torpaq olan Ağdamda təhlükə altında idi. Vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu işindən ayrılıb könüllü surətdə ordu sıralarına yazılmağa vadar etmişdir. Ağdama ailəsinin yanına gələn İsgəndər 1992-ci il Xocalı soyqırımı-nın xəbərini alıb Erməni vəhşiliyinə tab gətirməyərək Xocalıya getmiş və bir neçə ailənin Xocalıdan Ağdama gətirilməsində və eləcədə yaralıların Ağdam şəhər xəstəxanasına daşınmasına yardım etmişdir. Bir müddət sonra Şuşaya üz tutmuşdur. Şuşa döyüşündə iştirak etmiş 60-a yaxın dinc sakinin mühasirədən çıxmasına yardım etmişdir. Daha sonra Yevlax özünümüdafiə batalyonun tərkibində vuruşmuş bir neçə kəndlərin alınmasında iştirak etmişdir.

Ölümü[redaktə | mənbəni redaktə et]

1992-ci il iyun ayında Ağdərə və Tərtər istiqamətində kəskin döyüşlər gedirdi. Batalyon iki hissəyə ayrılmışdı. Hücum planında İsgəndərində olduğu qrup öndən gedib Erməni qüvvələrini mühasirəyə almalı, ikinci qrup isə sonra gələrək əsas zərbəni endirməli idi. Çaylı kəndi istiqamətində yola düşən İsgəndər öndərliyində olan hərbçilər düşmən müdafiə xəttini yararaq irəliləyib Çaylı kəndinə çatmağı bacardı. Ancaq əsas qüvvəni gözləmədən birbaşa döyüşə girən İsgəndər və yoldaşları kəndi işğalçılardan təmizləməyə nail oldu. Döyüşün sonlarında düşmənin snayper gülləsinə tuş gələn İsgəndər döyüş yoldaşlarının dediyinə görə, son anında belə "Əsla geri çəkilməyin! Düşmənə aman verməyin!" deyərək həyata gözlərini yumdu. 17 — iyunda əsas qrupla birlikdə Gəncə batalyonu da Çaylı kəndinə gələn zaman kənd artıq ermənilərdən təmizlənmişdi.[1][2]

İyunun 18-də döyüş yoldaşları tərəfindən Şəhidlər Xiyabanında dəfn edilməsi istənilsə də, atasının təkidi ilə Novruzlu kənd qəbiristanlığında dəfn edilmişdir.

İrsi[redaktə | mənbəni redaktə et]

İşlədiyi "Atlet-22" gəmisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 220 qərarı ilə İsgəndər Xankişiyevin adı verilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "17- iyun 1992 Gəncə batalyonunun Çaylı kəndinə gəlməsinin videosu". 2015-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
  2. 17 — iyun 1992 Gəncə batalyonunun Çaylı kəndinə gəlməsinin videosu-2.
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 220 qərarı [ölü keçid]