İsgəndər bəy Məlikov — XIX əsrin II yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan azərbaycanlı neft sahibkarı, xeyriyyəçi.[1] Türkoloq alim[2] İren Məlikovanın atası.
İsgəndər bəy Məlikov | |
---|---|
Doğum tarixi | XIX əsr |
Vəfat tarixi | XX əsr |
Vəfat yeri | Fransa |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | xeyriyyəçi, dramaturq |
1896-cı ildə Əbdülxalıq Axundov və Sultan Məcid Qənizadə ilə birgə Bakıda ilk kütləvi kitabxana açıb (17 mart 1899-cu ildə qapanıb).[3]
Cenevrə Universitetini bitirib (1920-ci ilədək).[4] "Nəşri-maarif" (1906) və "Nicat" cəmiyyətlərinin, Bakı Tacirləri Birliyi İdarə Heyətinin və Bakı Şəhər Dumasının (1914) üzvü (qlasnı) olub. Dumanın fəal üzvlərindən olub. 1914-cü ildəki 41 iclasdan 33-ündə iştirak edib.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |