İslam Kərimov məqbərəsi — Özbəkistanın birinci prezidenti İslam Kərimovun dəfn yeri. Məqbərə Səmərqənddə Həzrəti Xıdır məscidinin içərisində yerləşir.
İslam Kərimov məqbərəsi | |
---|---|
39°39′48″ şm. e. 66°58′59″ ş. u. | |
Ölkə | |
Yerləşir | Səmərqənd |
Material | mərmər, Oniks |
Vikianbarda əlaqəli mediafayllar |
İslam Kərimovun 2 sentyabr 2016-cı ildə vəfat etdiyi rəsmən açıqlanmışdır. O, beyində geri dönməz dəyişikliklərə və çoxlu orqan çatışmazlığına səbəb olan kəskin serebrovaskulyar qəza (insult) nəticəsində vəfat etmişdir. Daşkənd hava limanına mindən çox insan vidalaşmaq üçün toplaşmışdı. 3 sentyabrda İslam Kərimov Həzrəti Xıdır məscidinin ərazisində dəfn edilmişdi.[1] İslam Kərimov 1989-cu ildə Özbəkistan Kommunist Partiyasının birinci katibi təyin edilmiş və 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkənin prezidenti seçilmişdir. Rəsmi məlumata görə, prezidentin ölümü 2 sentyabr 2016-cı ildə, yerli vaxtla saat 20:55-də qeydə alınmışdır.[2]
İslam Kərimovu son səfərində iştirak etmək üçün Səmərqəndə 17 ölkədən nümayəndə heyəti gəlmişdi.[1]
Məqbərənin tikintisində Hindistandan gələn sənətkarlar da daxil olmaqla 2,000-ə yaxın insan iştirak etmişdi. İşlərin 2017-ci ilin sentyabrınadək başa çatdırılması nəzərdə tutulmuşdu, lakin son anda məqbərənin İslam Kərimovun anadan olmasının 80 illiyi üçün istifadəyə verilməsi qərara alınıb. 30 yanvar 2018-ci ildə məqbərənin təntənəli açılışı baş tutmuş, onun ilk ziyarətçisi Özbəkistanın ondan sonrakı prezidenti Şavkat Mirziyayev olmuşdu.[3]
Məqbərənin girişində mərmər lövhə quraşdırılmış, onun üzərində özbək və ingilis dillərində "Bu ziyarətgah Özbəkistan Respublikasının Birinci Prezidenti, böyük dövlət və siyasət xadimi, özbək xalqının əziz və sevimli oğlu İslam Abduqyaneviç Kərimovun əbədi xatirəsidir" yazıları həkk olunmuşdur.[4]