İslam Quliyev

İslam Quliyev — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

İslam Quliyev
İslam İdris oğlu Quliyev
İslam Quliyev
İslam Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fingə, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (35 yaşında)
Vəfat yeri Ağdərə, Azərbaycan
Vəfat səbəbi Şəhid
Dəfn yeri Bakı şəhəri, Şəhidlər xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Təltifləri "İgidliyə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Quliyev İslam İdris oğlu 1957-ci il iyulun 1-də Laçın rayonunun Fingə kəndində anadan olmuşdur[1]. Laçında doğulsa da, İslam uşaq yaşlarından Kərkicahanda yaşamış, orta məktəbi orada bitirmişdir.

Erməni təcavüzünün ilk vaxtlarında Kərkicahanda özünümüdafiə dəstəsinin yaradıcılarından biri olmuş, ona rəhbərlik etmişdir. Müdafiə Nazirliyi nəzdində yaradılmış partizan dəstəsinin komandiri olmuşdur. Kərkicahan, Kosalar, Şuşa, Ağdərə döyüşlərində özü və rotası həmişə seçilibdir. Onun rəhbərlik etdiyi Kərkicahan rotası Şuşanın işğalı zamanı axıra qədər döyüşüb və oranı axırıncı tərk edənlərdən olublar.

1992-ci il avqust ayının 25-dən sonra eşidir ki, Şuşa batalyonu Ağdərə istiqamətində döyüşə gedib. O, Kərkicahan döyüşçülərini də götürüb Ağdərə rayonuna gəlirlər. Avqustun 31-də Mehmanə kəndi istiqamətində irəliləyib yollardan minaları təmizləyərək kəndi alırlar. 1992-ci il sentyabrın 1-də faciəvi şəkildə həlak olur. Evli idi, iki övladı var.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı ilə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.

Laçın rayon Fingə kənd orta məktəbi şəhid İslam Quliyevin adını daşıyır.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Laçın yurdu" jurnalı, №2(9), Bakı, "Bəxtiyar-4" nəşriyyatı 2013, ("Şəhidlərimiz, and yerimiz" adlı xüsusi buraxılış))