Fingə

FingəAzərbaycan Respublikasının Laçın rayonu Qozlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Təzəkənd kənd Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Fingə
39°45′40″ şm. e. 46°32′35″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Fingə xəritədə
Fingə
Fingə

XIX əsrdə Fingə dağ və qışlaq adları kimi qeydə alınmışdır. Kənd eyniadlı dağın ətəyində olduğu üçün belə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir.

2006-cı ilin statistikasına görə kəndin əhali sayı 570 nəfər olmuşdur.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

  1. "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  2. Fingə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.