Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İsmayıl Həniyyə[15][16] və ya Həniyə (ərəb. إسماعيل هنية; 29 yanvar 1962[1], 1962[2], 29 yanvar 1963[3], 8 may 1963[4] və ya 1963[5], Əl-Şati[d], Qəzzə – 31 iyul 2024[6][7], Tehran[10]) — Fələstinin Həmas təşkilatının siyasi bürosunun 2017-ci ildən bəri rəhbəri. O, bu vəzifədə 1996-cı ildən təşkilata sədrlik edən İsmayıl Məşəli əvəz edib.
İsmayıl Həniyyə | |
---|---|
ərəb. إسماعيل عبد السلام أحمد هنية | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1962[1], 1962[2], 29 yanvar 1963[3], 8 may 1963[4] və ya 1963[5] |
Doğum yeri | |
Vəfat tarixi | 31 iyul 2024[6][7] |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi[11], bombalı hücum[d][12][13] |
Dəfn yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 13[9] |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
İsmayıl Həniyyə 1962-ci ildə Qəzzə zolağında, Şati qaçqın düşərgəsində anadan olub. 1987-ci ilə Qəzzə İslam Universitetinin ərəb dili ədəbiyyatı fakültəsini bitirib. O, 2006–2016-cı illərdə Qəzzadakı hökumətə başçılıq edib.[17]
2024-cü ildə İranda keçirilən prezident seçkilərində qələbə çalmış Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün ölkəyə səfər etdiyi vaxt Tehranda qaldığı iqamətgahda sui-qəsd nəticəsində öldürülmüşdür.[18][19]