İsmail Semyonov (Jırçı İsmail; 3 mart 1891, Uçkulan[d], Karaçayevski rayonu – 1 avqust 1981, Qaraçay-Çerkesiya) — Qafqazda çox məşhur olan "Elbrus", "Aktamak" adlı xalq mahnılarının müəllifi.
İsmail Semyonov | |
---|---|
Jırçı İsmail | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı |
Onun anası Julduzxan folklor söyləyicisi olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası Unux dövrünün savadlı adamlarından, klassik ədəbiyyatın və ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziya-rət zamanı vəfat etmişdir. Jırçı İsmailin ilk müəllimləri vali-deynləri, ilham mənbəyi isə ətəyində yaşadığı Elbrus dağı, doğma təbiəti gözəllikləri olmuşdur. Digər tərəfdən, ona bu istedad nəsilliklə ötürülmüşdür. İsmail Semyonovun babası xalq jırçısı Kaltur Semyonov olmuşdur.[1]