| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İsmayıl Əhmədzadə (tam adı: İsmayıl Əhməd oğlu Əhmədzadə; d.16 avqust 1949, Neftçala r., Aşağı Qaraimanlı k. − ö. 18 yanvar 2011, Bakı) — Azərbaycanın dilçi alimi, filologiya elmləri namizədi, dosent.
İsmayıl Əhmədzadə 1949-cu il avqustun 16-da Azərbaycan Respublikası Neftçala rayonunun Aşağı Qaraimanlı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1966-cı ildə həmin rayonun Qədimkənd kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1971-ci ildə BDU-nun filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Adlı təqaüdlə oxumuşdur. 1974-1975-ci illərdə hərbi xidmətdə olmuşdur. Təyinatla Neftçala rayonuna göndərilmiş, 1981-ci ilə qədər həmin rayonun Aşağı Xıllı qəsəbə, Aşağı Qaraimanlı kənd səkkizillik və Qədimkənd kənd orta məktəblərində müəllim, tərbiyə işləri üzrə direktor müavini kimi çalışmışdır. 1981-ci ildə BDU-nun (ovaxtkı ADU-nun) filologiya fakültəsinin ixtisaslaşdırılmış Müdafiə Şurasında «Azərbaycan dilində feli bağlamanın zərflə əlaqəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1981-ci ilin iyun ayında müsabiqə yolu ilə BDU-nun Azərbaycan dilçiliyi kafedrasına müəllim seçilmişdir. Azərbaycan müəllimlərinin 6-cı qurultayının nümayəndəsi olmuşdur. Rayon dil-ədəbiyyat müəllimləri bölməsinin sədri olmuşdur. 12 may 1989-cu ildən Azərbaycan dilçiliyi kafedrasının dosentidir. 2011-ci il 18 yanvar tarixində Bakıda vəfat etmişdir. [1]
Ailəlidir, 2 övladı var.
- 1971-ci ildən Neftçala rayonunun Xıllı qəsəbə səkkizillik məktəbində (iki il), Aşağı Qaraimanlı kənd səkkizillik məktəbində (1975-1977), Qədimkənd kənd orta məktəbində (1978-1981) dil-ədəbiyyat müəlllimi, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı işləmişdir.
- 1981-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasında işləyir: müəllim (1 sentyabr 1981-ci ildən), baş müəllim (12 oktyabr 1984-cü ildən), dosent (12 may 1989-cu ildən).
- Filologiya fakültəsində «Müasir Azərbaycan dili» fənnindən mühazirə və təcrübi məşğələlər, ixtisas kursu və seminarlar aparır.
- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyatı üzrə elmi-metodik seminarın rəhbəri, həm də bu fənlər üzrə ekspert şurasının sədri olmuşdur. Filologiya fakültəsi Ümumi Şurasının üzvü olmuşdur.
- 75 elmi və elmi-metodik məqalənin müəllifidir. 10 elmi-metodik kitabçanın müəllifi və ya həmmüəllifidir.
- Azərbaycan dilçiliyində ilk dəfə feli bağlama əsasında yaranmış zərflər (1976), dilin morfosintaktik yarusu (1987), sözün valentliyi (1990), mürəkkəbləşmiş cümlələr (2008) haqqında məlumat vermiş, bu məsələlərin tədqiqi ilə məşğul olmuşdur. [1]
- Müasir Azərbaycan dili (morfologiya və sintaksis), Azərbaycan dilinin tarixi, Azərbaycan dilinin tədrisi, test metodikası.
- Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
- 1990-cı ildə Türkiyənin Kayseri şəhərində keçirilən Birinci millətlərarası Azərbaycan konqresində «Nominallaşma və onun təzahürləri» mövzusunda məruzə ilə çıxış etmişdir.
- 1981-ci ildə «Azərbaycan dilində feli bağlamanın zərflə əlaqəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
- Filologiya elmləri namizədi, dosentdir.
- 2003, Azərbaycan dili və ədəbiyyat, «Abituriyent» (xüsusi buraxılış), 2003, № 2, səh.31-36
- 2003, Azərbaycan dili və ədəbiyyatdan tövsiyələr. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.5-58
- 2003, «Leksika» bölməsini necə öyrənməli. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.65-72 (şərikli)
- 2003, «Köməkçi nitq hissələri» bölməsinə dair bəzi tövsiyələr. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.79-84 (şərikli)
- 2003, İlyas Əfəndiyevin «Xurşidbanu Natəvan» pyesi. Ekspert şərhləri. Azərbaycan dili və ədəbiyyat. «Abituriyent» jurnalına əlavə. B., səh.103-111 (şərikli).
- 2003, İşə nabələd olanda (məqaləyə cavab). «Ədalət» qəzeti, 26.08. (şərikli)
- 2004, Müasir Azərbaycan dili. Sintaksis. Bakalavr hazırlığı üçün «Müasir Azərbaycan dili» fənnindən proqram. «Bakı Universiteti», B., (şərikli)
- 2004, «Azərbaycan dili» dərsliklərindəki bəzi ziddiyyətli məqamlar haqqında. Tədqiqlər-4. AMEA-nın Nəsimi adına Dilçilik. İnstitutunun nəşri. B., səh.306-314 (şərikli)
- 2004, Dil və cinslərin qarşılıqlı münasibətləri (linqvistik, fəlsəfi, dini, tibbi-psixoloji yanaşma). Müasir sosial-siyasi dəyişikliklər kontekstində gender təhsilinin inkişafı (elmi-praktik konfransın materialları). 27 mart 2004-cü il. Qərb Universitetinin nəşri. B., səh.58-66 (şərikli)
- 2006, İşarə əvəzliklərinin sintaktik vəzifələri. Prof. T.İ.Hacıyevin 70 illiyinə həsr olunmuş elmi konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, B., (şərikli )
- 2007, «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalına müsahibə: Azərbaycan dilindən qəbul proqramı. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» curnalı, B., № 1
- 2007, Tərkib və tərkibdaxili qruplar. Language and Literature. Язык и литература. Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 5 (59), B., səh. 41-43
- 2008, Tərkiblər mürəkkəbləşmiş cümlənin komponenti kimi. Azərbaycan filologiyasının aktual problemləri. X kitab. H.Ə.Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə respublika elmi-nəzəri konfransının materialları. «Bakı Universiteti» nəşr, səh.19-21
- 2008, Mir Cəlalın hekayə dilində tabeli mürəkkəb cümlələr. («Günün hekayələri» silsiləsi). Yazıçı və zaman. Mir Cəlalın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları. «Bakı Universiteti» nəşr. səh.270-273 [1]
- 1993, Orta ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün türk (Azərbaycan) dili proqramı. Müəlliflərdən biri və elmi redaktor. «Öyrətmən» nəşriyyatı, B.
- 1993, Orta məktəb şagirdləri və abituriyentlər üçün türk (Azərbaycan) dilindən testlər. «Öyrətmən» nəşriyyatı, B.
- 1997, Ana dili və ədəbiyyatdan testlər. 1100 sual. «Kür» nəşr., B.
- 2000, Azərbaycan dilindən testlər. «Kür» nəşr., B.
- 2008, Azərbaycan dilindən test tapşırıqları. V-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri. B., (7 kitab – əsas müəllif)
- 2008, Ədəbiyyatdan test tapşırıqları. X-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri (2 kitab-əsas müəllif) B.
- 2008, Ədəbiyyat nəzəriyyəsindən test tapşırıqları. X-XI siniflər. «Abituriyent» jurnalının xüsusi buraxılışı. V nəşri. B.
- «Qabaqcıl maarif xadimi» döş nişanına (1977), BDU rektorunun təşəkkürlərinə layiq görülmüşdür.
- ↑ 1 2 3 Kafedranın dosenti[ölü keçid]