İsmayıl Dadaşov (23 mart 1957, Bakı – 22 oktyabr 2020, Bakı) — Azərbaycan şairi, musiqi redaktoru.
İsmayıl Dadaşov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 mart 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (63 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, şair |
1957-ci ildə Bakıda müəllim ailəsində doğulub. Hələ məktəb illərində ədəbiyyata, teatr və kino sənətinə həvəs göstərib. ilk qələm təcrübələri ilə diqqəti cəlb edib.
İsmayıl Dadaşov həm də bacarıqlı musiqi redaktorudur. Azərbaycan televiziyası və radiosu, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, "Space" Teleradio Şirkəti tərəfindən yaradılmış bir çox verilişlərin və filmlərin uğur qazanmasında rol oynamışdır.[1]
Əhməd Orucoğlunun "Pul dəlisi", "Qonşular", "Qaynana əməliyyatı", Marat Haqverdiyevin "Qısqanc ürəklər" və s. tamaşalar üçün söz yazan şair, həm də bir çox bədii filmlər üçün sözlər yazıb.
İllərdən bəri Əlibaba Məmmədov, Oqtay Rəcəbov, Rauf Hacıyev, Emin Sabitoğlu, Mobil Babayev, Tofiq Babayev, Eldar Mansurov, Vaqif Gərayzadə, Vüqar Camalzadə, Cəmil Əmirov, Faiq Sücəddinov, Cavanşir Quliyev, Hüseyn Abdullayev, Elçin İmanov, Nailə Mirməmmədli və b. bəstəkarlarla birlikdə ərsəyə yüzlərcə gözəl mahnılar çıxarıb və həmin mahnılar ən məşhur müğənnilər tərəfindən ifa olunub.[2]
İsmayıl Dadaşov 22 oktyabr 2020-ci ildə vəfat etmişdir.[3]