İsmayıl Cavanşir oğlu Qəribli (10 yanvar 1984, Axaməd, İliç rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri (2015-2020-ci illərdə), “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinin sədri (2020-2023-cü illərdə), Naxçıvan Dövlət Universitetinin Hüquq bölməsinin müdiri,Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI çağırış deputatı [1].
İsmayıl Qəribli | |
---|---|
Vəzifədədir | |
22 fevral 2020-ci ildən | |
Seçki dairəsi | 2020 — 4 saylı Yengicə |
Əvvəlki | Əmir Babayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
İsmayıl Qəribli 10 yanvar 1984-cü ildə Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur.
2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin Magistratura fakültəsini Dövlət hüququ ixtisaslaşması üzrə bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsini Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.
2005–2006-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2007-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində sədrin köməkçisi vəzifəsində işləmişdir. 2007–2009-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş şöbəsində məsləhətçi, 2009–2015-ci illərdə Ali Məclis Aparatının Qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi və böyük məsləhətçi vəzifələrində işləmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 oktyabr 2015-ci il tarixli 325–04/S nömrəli sərəncamı ilə İsmayıl Cavanşir oğlu Qəribli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsinə təyin edilmişdir.[2]
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 dekabr 2020-ci il tarixli 49-VI FR nömrəli fərmanı ilə İsmayıl Qəribli Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsinə təyin edilmişdir.[3]
2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin "Hüquq fənləri" kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir.[4]
İsmayıl Qəribli Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin VI çağırış üzvüdür. O, 2020-ci ildə 4 saylı Yengicə seçki dairəsi üzrə seçicilərin 3274-nün və ya 67,2 faiz səsini toplayaraq deputat seçilmişdir.[5]
Hazırda Naxçıvan Ali Məclisinin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.[6] 1 avqust 2023-cü il tarixdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri seçilib[7]
Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 22 iyun tarixli 1284 nömrəli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[8]