Bu məqalənin Vikikitaba köçürülməsinin lazım olduğu düşünülür. Əgər məqaləni redaktə edərək enesiklopediya məqaləsi halına gətirə bilirsinizsə və ya məqaləni Vikikitaba köçürürsünüzsə, işinizi yekunlaşdırdıqdan sonra {{Vikikitaba köçür}} şablonunu silməyi unutmayın.
Qarayev İsmayıl Abuzər oğlu (5 dekabr 1927 , Tap Qaraqoyunlu , Goranboy rayonu – 9 oktyabr 1989 , Tap Qaraqoyunlu , Qasım İsmayılov rayonu ) — Azərbaycan yazıçısı, nasir, şair, publisist, SSRİ Yazıçılar İttifaqının üzvü (1973), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1991).
İsmayıl Qarayev 1927-ci il dekabr ayının 5-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Tap Qaraqoyunlu natamam orta məktəbində təhsilini başa vurduqdan sonra (1941) həmin kənddəki "Meydanalı" kolxozunda kolxozçu işləmişdir (1941–1946). Gəncə Tibb Texnikumunu (1949), ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir. Samux rayonu Alpout kənd feldşer məntəqəsində feldşer və müdir (1949–1951), Qasım İsmayılov (indiki Goranboy) rayon SES-də qrup müdiri (1951–1952) və epidemioloq köməkçisi (1952–1954), Yevlax rayon Malbinəsi kənd feldşer məntəqəsində müdir, Səmədabad kəndində, "28 aprel" sovxozunda, Yevlax şəhər xəstəxanasının poliklinikasında feldşer (1954–1957), Xəzər Səhiyyə Şöbəsində və Zığ xəstəxanasında feldşer (1957–1958), Xəzər Hövzə SES-də gəmi feldşeri (1958–1965), Goranboy rayon Qaşaltı Qaraqoyunlu səkkizillik məktəbində müəllim, "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi (1966), "Gənclik" nəşriyyatında redaktor, böyük redaktor bə baş redaktor (1967–1974) işləmişdir.
Bədii yaradıcılığa XX əsrin 50-ci illərindən başlamışdır. Dövri mətbuatda hekayə, oçerk, povest və romanları çap edilmişdir. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində uzun müddət ədəbi verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. Əsərləri efirdə səsləndirilmişdir.
"Gənclik" nəşriyyatında işlədiyi vaxt nəşriyyatda nəşr olunan bir çox əsərlərin (xüsusilə, Süleyman Rəhimovun , Əli Vəliyevin , Cəmil Əlibəyovun , Ələviyyə Babayevanın , Qılman İsmayılovun, Əlibala Hacızadənin və bir sıra digər yazıçıları əsərlərinin) redaktə olunmasında, işıq üzü görməsində xüsusi xidmətləri olmuşdur. Həmin dövrdə redaktoru olduğu kitabların ikinci müəllifi adlandırılan İ. Qarayev nəşriyyatda çalışdığı müddətdə Süleyman Rəhimov və Əli Vəliyevin zəmanəti ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir (28.02.1973). Ümumittifaq tənqid və ədəbiyyatşünaslıq şurasının üzvü seçilmiş (1976), Ədəbiyyat fondunun üzvü olmuşdur (12.09.1973).
İlk kitabı – "O və mənim anam" 1964-cü ildə "Azərnəşr"də çapdan çıxmışdır. V. B. Şklovskinin "Səyyah Marko Polo" (1972) əsərini tərcümə etmişdir.
Qələmini təkcə nəsr sahəsində deyil, həm də nəzm sahəsində sınamış, bir neçə mənzum dastan, poema və çoxlu sayda şeirlər yazmış və bəzilərini mətbuatda dərc etdirmişdir. Uzun müddət "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmiş, dövrün eybəcərliklərindən bəhs edən hekayələri bu jurnalda dərc olunmuşdur. Təkcə respublika mətbuatında deyil, həm də keçmiş SSRİ məkanında bir sıra ədəbi jurnal və qəzetlərdə əsərləri dərc olunmuş, oxucular tərəfindən rəğbətlə qarşılanmışdır. İttifaq miqyaslı bir sıra ədəbi jurnal və qəzetlərdən əsərlərini nəşr üçün onlara təqdim etməsi ilə bağlı onlarla məktublar göndərilmişdir.
Represiyaya məruz qalmışdır. Lakin həbsxana illəri ruhdan düşməyib bədii yaradıcılığını davam etdirmiş, neçə-neçə roman, povest, hekayələr yazmışdır. Azadlığa çıxandan sonra bir müddət Bakıda, sonra isə ömrünün sonuna qədər doğma kəndində yaşamışdır. Ölümündən sonra bəraət almışdır. Azərbaycan Yazıçılar Birliyinə üzvlüyə bərpa olunmuşdur (1991). "Azərbaycan" jurnalında "Bir kəndin uşaqları" adlı povesti, "Ulduz" jurnalında "Məni tanıdınmı" romanından parça, "Gənclik" jurnalında "Yetim Hüseyn" hekayəsi, "Azərbaycan gəncləri" qəzetində şeirləri, "Yazıçı" nəşriyyatında "Dağlar dağımdır mənim" romanı, "Kriminal" qəzetində və "Arzu" jurnalında "Sxodka" adlı povesti dərc edilmişdir. Haqqında Tofiq Mahmud "Ulduz hər zaman parıldamır" adlı məqalə yazmış, Azərbaycan Milli Televiziyası "Öz ömrünü yaşamayan adam" adlı veriliş hazırlamışdır. Yazıçının həyat və yaradıcılığından bəhs edən "Qələmə sarılmış ömür" bibliorqafik göstərici" kitabı (müəlliflər: Əmin Əfəndiyev, Zakirə Əliyeva) nəşr edilmişdir (2008). O, həm də tərcümələr etmişdir. Əsərləri rus və türk dillərinə tərcümə edilmişdir. Yazıçının saytı fəaliyyət göstərir (www.ismayilqarayev.tr.gg/).
Yazıçının arxivində 15-ə qədər roman, 40-ə qədər povest, 150-yə qədər hekayə, mənzum dastan, əfsanə, rəvayət, oçerk saxlanılır.
1996-cı ildən yazıçının adını daşıyan "İsmayıl" nəşriyyatı fəaliyyət göstərir.
1989-cu il oktyabrın 11-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində vəfat etmiş, orada da dəfn olunmuşdur.
O və mənim anam. Bakı: Azərnəşr, 1964, 191 səh.
Aydınlıq. Bakı: Gənclik: 1968, 164 səh.
Tərtərin mahnıları. Bakı: Gənclik, 1969, 51 səh.
Dəniz və dənizçi zarafatları. Bakı: Gənclik, 1970, 224 səh.
Ömür (roman). Bakı: Gənclik, 1971, 224 səh.
Əməyin bəhrəsi. Bakı: Azərnəşr, 1972, 31 səh.
Gecə keçir. Bakı: Gənclik, 1973, 191 səh.
Dağlar dağımdır mənim. Bakı: Yazıçı, 1994, 244 səh.
Sxodka (mikroroman). Bakı: Qapp-Poliqraf, 136 səh.
Сходка (микророман). Баку: Гапп-Полиграф, 2000, 152 стр.
Yalandır (mikroroman). Bakı: Çinar-Çap, 2002, 40 səh.
Küçələr kəsişir, yollar kəsişir (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh.
İnsan var hələ (mikroroman). Bakı: Çinar-Çap, 2002, 44 səh.
Qanlı məktub (mikroroman). Bakı: Çinar-Çap, 2002, 60 səh.
Bağışla, baba! (mikroroman). Bakı: Çinar-Çap, 2002, 96 səh.
Bir görüş, bir ayrılıq (mikroroman). Bakı: Çinar-Çap, 2002, 76 səh.
Şirzad kişi (mikroroman). Bakı: Çinar-Çap, 2002, 48 səh.
Dərə çəkir adamı (mikroroman). Bakı: Çinar-Çap, 2002, 88 səh.
Bu güllər ətirlimi? (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh.
Saralmış yarpaqlar. (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh.
Söyüdlər quruyur (mikroroman). Bakı: Çinar-Çap, 2003, 60 səh.
Bahar ötdü (mikroroman). Bakı: Çinar-Çap, 2003, 96 səh.
İntihar (mikroroman). Bakı: Çinar-Çap, 2003, 80 səh.
Məni tanıdınmı (I kitab. "Payız yarpaqları" silsiləsindən roman). Bakı: Çinar-Çap, 2003, 252 səh.
Ağ yuxu (roman). B., "Çinar-Çap", 2003, 136 səh., 1 000 nüsxə;
Ağ yuxu (roman). B., "Çinar-Çap", 2008, 132 səh., 1 000 nüsxə;
Adanın sirri (povest). B., "Çinar-Çap", 2008, 116 səh., 1 000 nüsxə;
Aman həsrət əlindən (roman). B., "Çinar-çap", 2008, 96 səh., 1 000 nüsxə;
Aşiqlər (povest). B., "Çinar-Çap", 2004, 132 səh., 1 000 nüsxə;
Atam (povest). B., "Çinar-Çap", 2008, 112 səh., 1 000 nüsxə;
Ata həsrəti (hekayələr). B., "Çinar-çap", 2006, 124 səh., 1 000 nüsxə;
Aydınlıq O və mənim anam (povestlər). B., "Azərnəşr", 1964, 191 səh., 20 000 nüsxə;
Aydınlıq O və mənim anam (povestlər). B., "Çinar-çap", 2004, 132 səh., 1 000 nüsxə;
Bağışla, baba! (mikroroman). B., "Çinar-Çap", 2002, 96 səh., 1 000 nüsxə;
Bağışla, baba! (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə;
Bahar ötdü (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə;
Bahar ötdü (mikroroman). B., "Çinar-Çap", 2008, 92 səh., 1 000 nüsxə;
Belə deyilmi (povest). B., "Çinar-Çap", 2004, 132 səh., 1 000 nüsxə;
Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2002, 76 səh., 1 000 nüsxə;
Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2003, 76 səh., 1 000 nüsxə;
Bir görüş, bir ayrılıq (mikroroman). B., "Çinar-Çap", 2007, 72 səh., 1 000 nüsxə;
Bir kəndin soraqları (roman). B., "Çinar-Çap", 2004, 248 səh., 1 000 nüsxə;
Bir kəndin uşaqları (povest). B., "Çinar-Çap", 2003, 84 səh., 1 000 nüsxə;
Budaqlar (roman). B., "Çinar-Çap", 2003, 288 səh., 1 000 nüsxə;
Budaqlar (roman). B., "Çinar-Çap", 2007, 284 səh., 1 000 nüsxə;
Bu güllər ətirlimi? (mikroroman). B., "Çinar-Çap", 2003, 60 səh., 1 000 nüsxə;
Çinar (hekayələr). B., "Çinar-çap", 2005, 116 səh., 1 000 nüsxə;
Dağlar dağımdır mənim (roman və povest). B., "Yazıçı", 1994, 248 səh. 3 000 nüsxə;
Dağlar dağımdır mənim (roman və povest). B., "Çinar-çap", 2003, 308 səh., 1 000 nüsxə;
Dağlar dağımdır mənim (roman və povest). B., "Çinar-çap", 2007, 304 səh., 1 000 nüsxə;
Dağlar qızına məktub (povestlər və ssenarilər). B., "Çinar-Çap", 2008, 104 səh., 1 000 nüsxə;
Damcılar (roman). B., "Çinar-Çap", 2004, 140 səh., 1 000 nüsxə;
Dəniz və dənizçi zarafatları (povestlər). B., "Gənclik", 1970, 224 səh., 15 000 nüsxə;
Dəniz və dənizçi zarafatları (povestlər). B., "Çinar-çap", 2004, 236 səh., 1 000 nüsxə;
Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2002, 88 səh., 1 000 nüsxə;
Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2003, 88 səh., 1 000 nüsxə;
Dərə çəkir adamı (mikroroman). B., "Çinar-Çap", 2007, 256 səh., 1 000 nüsxə;
Eşidirsənmi? (hekayələr). B., "Çinar-Çap", 2008, 128 səh., 1 000 nüsxə;
Əməyin bəhrəsi (sənədli oçerk). B., "Azərnəşr", 1972, 32 səh., 5 000 nüsxə;
Gecə keçir (roman). B., "Gənclik", 1973, 192 səh. 20 000 nüsxə;
Gecə keçir (roman). B., "Çinar-çap", 2005, 208 səh., 1 000 nüsxə;
Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2005, 172 səh., 1 000 nüsxə;
Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2007, 168 səh., 1 000 nüsxə;
Getmə, oğul (poema və mənzum dastan). B., "Çinar-Çap", 2005, 176 səh., 1 000 nüsxə;
Güzgülər (povest). B., "Çinar-Çap", 2003, 148 səh., 5 000 nüsxə;
Güzgülər (povest). B., "Çinar-Çap", 2004, 148 səh., 1 000 nüsxə;
Xəzər çalxalananda (oçerklər). B., "Çinar-çap", 2008, 64 səh., 1 000 nüsxə;
Insan var hələ (mikroroman). B., "Çinar-Çap", 2002, 44 səh., 1 000 nüsxə;
Insan var hələ (mikroroman). B., "Çinar-Çap", 2007, 40 səh., 1 000 nüsxə;
Intihar (mikroroman). B., "Çinar-Çap", 2003, 80 səh., 1 000 nüsxə;
Intihar (mikroroman). B., "Çinar-Çap", 2007, 76 səh., 1 000 nüsxə;
Itirilmiş tufan (povest). B., "Çinar-Çap", 2004, 86 səh., 1 000 nüsxə;
Kölgə (povest). B., "Çinar-Çap", 2006, 212 səh., 1 000 nüsxə;
Küçələr kəsişir, yollar kəsişir (mikroroman). B., "Çinar-Çap", 2002, 48 səh., 1 000 nüsxə;
Küçələr kəsişir, yollar kəsişir (mikroroman). B., "Çinar-Çap", 2007, 44 səh., 1 000 nüsxə;
Qanlı məktub (mikroroman). B., "Çinar-Çap", 2002, 60 səh., 1 000 nüsxə;
Qanlı məktub (mikroroman). B., "Çinar-Çap", 2007, 56 səh., 1 000 nüsxə;
Məni tanıdınmı (roman. "Payız yarpaqları" silsiləsindən). B., "Çinar-Çap", 2003, 260 səh., 5 000 nüsxə;
Məni tanıdınmı (roman. "Payız yarpaqları" silsiləsindən). B., "Çinar-Çap", 2007, 260 səh., 1 000 nüsxə;
Məni bağışlarsanmı? (pyeslər). B., "Çinar-Çap", 2008, 148 səh., 1 000 nüsxə;
O və mənim anam (povest və hekayələr). B., "Azərnəşr", 1964, 191 səh., 20 000 nüsxə;
O və mənim anam (povest və hekayələr). B., "Çinar-çap", 2004, 120 səh., 1 000 nüsxə;
Ömür (roman). B., "Gənclik", 1971, 224 səh. 20 000 nüsxə;
Ömür (roman). B., "Çinar-çap", 2005, 228 səh., 1 000 nüsxə;
Piyada (hekayələr). B., "Çinar-çap", 2005, 172 səh., 1 000 nüsxə;
Sabaha nə qalıb ki… (roman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə;
Sabaha nə qalıb ki… (roman). B., "Çinar-Çap", 2007, 284 səh., 1 000 nüsxə;
Saralmış yarpaqlar (mikroroman). B., "Çinar-Çap", 2003, 96 səh., 1 000 nüsxə;
Saralmış yarpaqlar (mikroroman). B., "Çinar-Çap", 2007, 92 səh., 1 000 nüsxə;
Səciyyə (pyeslər). B., "Çinar-çap", 2008, 180 səh., 1 000 nüsxə;
Səhər açılır (mikroroman). B., "Çinar-Çap", 2004, 128 səh., 1 000 nüsxə;
Sxodka (mikroroman). B., "Qapp-Poliqraf", 2000, 136 səh. 5 000 nüsxə;
Sxodka (mikroroman). B., "Qapp-Poliqraf", 2000, 120 səh. 5 000 nüsxə, (rus dilində);
Sxodka (mikroroman). B., "Çinar-Çap", 2002, 152 səh., 1 000 nüsxə;
Sxodka (mikroroman). B., "Çinar-Çap", 2003, 152 səh., 1 000 nüsxə;
Son dəfə (hekayələr). B., "Çinar-çap", 2006, 168 səh., 1 000 nüsxə;
Söyüdlər quruyur (mikroroman). B., "Çinar-Çap", 2003, 60 səh., 1 000 nüsxə;
Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2002, 48 səh., 1 000 nüsxə;
Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2003 48 səh., 1 000 nüsxə;
Şirzad kişi (mikroroman). B., "Çinar-Çap", 2007, 44 səh., 1 000 nüsxə;
Tanıdı (povest). B., "Çinar-Çap", 2008, 148 səh., 1 000 nüsxə;
Tez böyü, oğlum (hekayələr). B., "Çinar-Çap", 2005, 198 səh., 1 000 nüsxə;
Tərtərin mahnıları (sənədli povest). B., "Gənclik", 1969, 52 səh. 3 300 nüsxə;
Tülkü və canavar (kiçik yaşlı uşaqlar üçün. Azərbaycan xalq nağılı. Işləyəni I. Qarayev). B., "Gənclik", 1974, — səh.;
V. Şklovski. Marko Polo (Ismayıl Qarayevin redaktəsində). B., "Gənclik", 1973, 252 səh., 20 000 nüsxə;
V. Şklovski. Marko Polo (Ismayıl Qarayevin redaktəsində). B., "Çinar-çap", 2005, 190 səh., 500 nüsxə;
Yalan (mikroroman). B., "Çinar-Çap", 2002, 40 səh., 1 000 nüsxə;
Yalan (mikroroman). B., "Çinar-Çap", 2007, 36 səh., 1 000 nüsxə;
Yanlışlıq (hekayələr). B., "Çinar-çap", 2006, 168 səh., 1 000 nüsxə;
http://ek.anl.az/search/query?term_1=%C4%B0smay%C4%B1l+Qarayev&theme=e-kataloq ;
http://ek.anl.az/search/query?match_1=PHRASE&field_1=a&term_1=Qarayev,+%C4%B0smay%C4%B1l+Abuz%C9%99r+o%C4%9Flu.+&theme=e-kataloq
Ağ yuxu (roman). "Ədalət", 2003, 13, 14, 18, 19, 20, 21, 24, 25, 26 iyun. 1–11, 22–29 iyul, 5 avqust;
Bir kəndin uşaqları (povest). "Azərbaycan" jurnalı, 1990, N 10, s.82–126;
Gecə keçir (roman). "Azərbaycan" jurnalı, 1973, N 1, s.4–59; N 2, s.58–121;
Gecə keçir (romandan bir parça). "Bakı", 12.03.1973;
Məni tanıdınmı? (povest). "Ulduz", 1992, N 3–4, s.77–95;
Səhər açılır (mikroroman). "Azərbaycan pioneri", 1968, 17, 19, 24, 26 yanvar;
Sxodka (romandan bir parça). "Kriminal", 1997, 19–21 sentyabr, 4–12 oktyabr;
Sxodka (bir parça). "Arzu", 1998, N 2, s.3–19, N 3, s.50–67, s.75–79, N 4, s.12–25;
Sxodka. "Interpol", 9–15.05. 2002;
Sxodka (romandan parça). "Yazıçı", 2006, N 1, s.99–117;
Tərtərin mahnıları (sənədli povestdən bir parça). "Azərbaycan gəncləri", 1969, 3, 5, 8, 10 aprel.
Adanın sirri (hekayə). "Azərbaycan pioneri", 1969, 23, 30 aprel, 2, 7 may;
Ana (hekayə). "Azərbaycan qadını", 1970, N 9, s.16–17;
Ana xəyalı (hekayə). "Ədalət", 25.09.2003;
Anamın qatili. "Azərbaycan", 1963, N 6, s.56–76;
Arxa. "Kirpi", 1987, N 12;
Ata laylası (hekayə). "Bakı", 09.08.1975;
Ata məhəbbəti (hekayə). "Ədəbiyyat və incəsənət", 01.04.1972;
Ata məhəbbəti (hekayə). "Yaşıl yarpaqlar" (Azərbaycan yazıçılarının hekayələri). B., "Gənclik", 1974, s.173–180;
Bir gecə (hekayə). "Pioner", 1969, N 2, s.9–11;
Bir gecə (hekayə). "Azərbaycan", 1965, N 5, s.85–89;
Çayın son harayı (əfsanə). "Azərbaycan pioneri", 14.03.1973;
Dil yarası (əfsanə). "Bizim əsr", 24–30.01. 2004;
Divar (hekayə). "Ulduz", 2005, N 12, s.37–39;
Durna qatarı (əfsanə). "Azərbaycan pioneri", 12.05.1971;
Eşidirsənmi? (hekayə). "Azərbaycan gəncləri", 31.08.1974;
Əhməd və falçı (felyeton). "Azərbaycan gəncləri", 02.09.1966;
Fıştırıq (hekayə). "Ədalət", 03.12.2003;
Görəsən gələcəkmi? (hekayə). "Azərbaycan gəncləri", 18.05.1960;
Görəsən gələcəkmi? (hekayə). "Çiçəklər" (Azərbaycan yazıçılarının zəhməti tərənnüm edən şeir və hekayələri). B., "Gənclik", 1970, s.119–125;
Herkules (hekayə). 2003, 27, 29 avqust, 3 sentyabr;
Həkimin yuxusu (felyeton). "Azərbaycan gəncləri", 05.10.1966;
Insan da dünya kimidir (hekayə). "Azərbaycan gəncləri", 10.06.1975;
Kam dağı (əfsanə). "Pioner", 1974, N 1, s.7–9;
Kəklikotu (hekayə). "Pioner", 1969, N 7, s.3–5;
Kəklikotu (hekayə). Salam Azərbaycan! (Azərbaycan şair və nasirlərinin əsərləri). Tərtib edən. Ə. Salahzadə. B., "Gənclik", 1970, s.235–242;
Köçdü (hekayə). "Azərbaycan gəncləri", 01.08.1968;
Qara toyuğun sağlığına (hekayə). "Ədalət", 2003, 19 sentyabr, 15, 22, 23 oktyabr, 5, 7, 28 noyabr;
Qardaş (hekayə). "Ədəbiyyat və incəsənət", 26.08.1961;
Qonşularımız (hekayə). "Ədəbiyyat və incəsənət", 02.10.1971;
Qovağın gülüşü (əfsanə). "Pioner", 1972, N 3, s.18–19;
Meşədə (hekayə). "Ədalət", 18–19.09.2003;
Məhəbbət (hekayə). "Bizim analar" (şeir, oçerk və hekayələr toplusu). B., "Gənclik", 1971, s. 73–83;
Nəvəmə sözüm var (hekayə). "Ədəbiyyat və incəsənət", 20.01.1962;
Niyə güldü, niyə ağladı? (əfsanə) "Göyərçin", 1991, N 6, s.2–3;
O məni sevindirdi (hekayə). "Azərbaycan", 1960, N 8, s. 176–183;
Ömrün bir günü (hekayə). "Azərbaycan gəncləri", 06.11.1960;
Papaq (felyeton) "Kirpi", 1985, N 17, s.10;
Papaq (hekayə). "Ədalət", 08–09.10.2003;
Sınaq (hekayə). "Ədəbiyyat və incəsənət", 16.04.1960;
Siz kimə gülürsünüz?! (hekayə). "Ədəbiyyat və incəsənət", 16.07.1960;
Şübhə (novella). "Xəzər kommunisti", 05.03.1961;
Tanımaq istəmədi (hekayə). "Azərbaycan gəncləri", 17.07.1966;
Tez böyü, oğlum! (hekayə). "Azərbaycan gəncləri", 10.01.1974;
Tut ağacı (əfsanə). "Azərbaycan pioneri", 05.09.1972;
Üzü ağlıq (hekayə). "Göyərçin", 1986, N 2, s.12–13;
Yallı (hekayə). "Bizim əsr", 31.01.2004; 06.02.2004;
Yetim Hüseyn (hekayə). "Gənclik", 1991, N 2, s.32–34;
Yeznə gəlsin (hekayə). "Azərbaycan qadını", 1971, N 12, s.14–16;
Yeznə gəlsin (hekayə). Acı və şirin gülüşlər. Azərbaycan yazıçılarının satirik hekayələri. B., "Gənclik", 1974, s.359–370;
Bakı + 31 dərəcə (Şıx çimərliyi haqda qeydlər). "Azərbaycan gəncləri", 06.07.1966 (S. Əliyev və T. Şirinovla birlikdə);
Bakının axşamları (Şəhərin parkları haqqında). "Azərbaycan gəncləri", 13.07.1966 (S. Əliyevlə birlikdə);
Bir gecə ("Ruhulla Axundov" gəmisinin kapitanı Məzahir Axundov haqqında). "Bakı", 15.07.1965;
Bir ömrün mahnıları (Qasım Ismayılov rayonu K. Marks adına kolxozun traktorçusu M. Kərimov haqqında). "Azərbaycan gəncləri", 27.02.1971;
Bir vərəq ("Həzi Aslanov" gəmisinin kapitanı Abdulmanaf haqqında). "Ədəbiyyat və incəsənət", 30.07.1966;
Dalğıclar (Dalğıc Parxomenko haqqında). "Azərbaycan gəncləri", 27.01.1965;
Dənizçinin ömür kitabı ("Naxçıvan" gəmisinin mexaniki, Sosialist Əməyi Qəhrəmanı A. Eyvazov haqqında). "Bakı", 25.03.1971;
El ağsaqqallı (Jdanov rayonunda kolxoz sədri olmuş Ə. Kərimov haqqında). "Ədəbiyyat və incəsənət", 06.04.1968;
Günün tələbləri səviyyəsində (Azərbaycan Elmi Tədqiqat Neft Maşınqayırma Institutu haqqında). "Kommunist". 02.03.1977;
Hünər məktəbi ("Sənin dostun qəhrəmandır" seriyasından Güllü Mirzəyevaya həsr olunur). "Azərbaycan gəncləri", 25.09.1966;
Konstruktorun möhkəm sözü (Azərbaycan Elmi Tədqiqat Neft Maşınqayırma Institutunun konstruktoru R. Quliyev haqqında). "Bakı", 20.05.1975 (X. Quliyevlə birlikdə);
Öhdəçiliyimizin yerinə yetirəcəyik (Astraxanbazar rayonunun Əzizbəyov adına kolxozu haqqında). "Sovet kəndi", 18.09.1962 (M. Quliyev və I. Quliyevlə birlikdə);
Sən də ellərə de! (Ağdam rayonundakı Lenin adına kolxozun sədri Xuraman Abbasova haqqında). "Azərbaycan gəncləri", 06.02.1975;
Şam kəndi, Şərqiyyə bacım (Sosialist Əməyi Qəhrəmanı, sağıcı Şərqiyyə haqqında). "Azərbaycan gəncləri", 29.11.1969;
Həsrət (poema). "Gülüstan", 21.08.1999;
Həsrət (poema). "Danışır və göstərir Bakı", 17.02.1990;
Nə deyim? (Duyğular: şeirlər). "Azərbaycan gəncləri", 21.07.1990;
"Yer uçundu, qaya qopdu zirvədən…", "Baş olanlar başa vurmaz ayağı…". Şeirlər (əlyazma). "Səhifələr", 2004, N 8;
Песни реки (рассказ). Пер.: Н. Агасиев. "Qarayev Ismayıl. Eşidirsənmi (hekayələr)". B., "Çinar-Çap", 2008, s.120–126;
Личный план-объязательство Рагима Кулиева. (Еффект работы конструктора (проект АзИНМАШ-a) в течение года). "Bakı" 15.04.1975 (X. Quliyevlə birlikdə);
Управление качеством. За честь марки "Изготовлено в Азербайджане". "Бакинский рабочий", 09.01.1974.
Hasib Əl-Həyalı. Burada ayaqqabı silirlər (hekayə). Ədəbiyyat və incəsənət, 28.06.1968;
Batullin Robert. Fasil və Vasilə (oçerk). "Qarayev I. Xəzər çalxalananda". B., "Çinar-Çap", 2008, s.55–61;
Şklovski Viktor. Marko Polo (tarixi roman). Red. F. Haşımov, G. Həsənzadə. B., "Gənclik", 1973, 251 s., 500 nüsxə;
Şklovski Viktor. Marko Polo (tarixi roman). B., "Çinar-Çap", 2005, 190 s., 500 nüsxə;
Şklovski Viktor. Marko Polo (tarixi roman). Bir parça. "Səhifələr", 2004, N 16, 17;
Abbaszadə Hüseyn. Onu tanımadılar (povestlər). B., "Gənclik", 1967, 216 s.;
Ağabəyli Əli. Zəng (hekayələr). B., "Gənclik", 1967, 52 s.;
Axundzadə Dilbər. Müşfiqli günlərim. B., "Gənclik", 1968, 134 s.;
Aytmatov Çingiz. Əlvida, Gülsarı! (povest). Tərsümə edən. Ə. Əylisli. B., "Gənclik", 1969, 361 s.;
Ayvazyan S. Bizim günəşli dağlar. Son söz Nəbi Xəzrinindir. Tərsümə edən. T. Qarabağlı. B., "Gənclik", 1975, 135 s.;
Babayev Nurəddin. Qəhrəmanların izi ilə (oçerklər və sənədli povestlər). B., "Gənclik", 1968, 184 s.;
Babayev Nurəddin. Səni unutmuruq (sənədli povestlər). B., "Gənclik", 1970, 75 s.;
Babayeva Ələviyyə. Adamlar və talelər (roman). I c. B., "Gənclik", 1971, 187 s.;
Babayeva Ələviyyə. Adamlar və talelər (roman). II c. B., "Gənclik", 1973, 273 s.;
Bağır Cəfər. Bir ömür azdır (miniatürlər). B., "Gənclik", 1971, 102 s.;
Bağır Cəfər. Xəzan (miniatürlər və hekayələr). B., "Gənclik", 1968, 106 s.;
Bayramov Bayram. Fəhlə qardaş (roman). B., "Gənclik", 1975, 217 s.;
Bayramov Bayram. Povestlər. B., "Gənclik", 1967, 472 s.;
Bayramov Bayram. Üç gün, üç gecə (povestlər). B., "Gənclik", 1967, 472 s.;
Bayramov Bayram. Yasəmən (povestlər və hekayələr). B., "Gənclik", 1969, 298 s.;
Beş qitənin təbəssümü (satirik hekayələr). Toplayan və tərcümə edən. B. Gözəlov. B., "Gənclik", 1970, 99 s.;
Bərgüşad Cəlal. Bozatın belində (roman). B., "Gənclik", 1970, 408 s.;
Bərgüşad Cəlal. Dərilməmiş salxımlar (hekayələr). B., "Gənclik", 1973, 131 s.;
Cəfərzadə Əhməd. Oktyabr dili-dostluq dili. B., "Gənclik", 1972, 124 s.;
Dərgahov Faiq. Yay yağışı (povestlər). B., "Gənclik", 1972, 183 s.;
Əfəndiyev Ilyas. Söyüdlü arx (roman). B., "Gənclik", 1974, 362 s.;
Əfrayıl. Müəmmalı hekayələr. B., "Gənclik", 1969, 82 s.;
Əlibəyov Cəmil. Həyatın özü (roman). B., "Gənclik", 1975, 285 s.;
Əlibəyov Cəmil. Mənim analı dünyam (roman). B., "Gənclik", 1972, 247 s.;
Əlibəyov Cəmil. Özümü axtarıram (povest və hekayələr). B., "Gənclik", 1969, 250 s.;
Əliyev Vəli. Gecələrin pıçıltısı. B., "Gənclik", 1973, 73 s.;
Əsgərov Şəmistan. Ayna (povest). B., "Gənclik", 1975, 94 s.;
Əsgərov Şəmistan. Itmiş güllə (hekayələr). B., "Gənclik", 1970, 102 s.;
Əylisli Əkrəm. Kür qırağının meşələri (povest). B., "Gənclik", 1971, 204 s.;
Əylisli Əkrəm. Ürək yaman şeydir (hekayələr və kinopovest). B., "Gənclik", 1973, 153 s.;
Hacıyev Nahid. Bir ana tanıyırdım (miniatürlər və hekayələr). B., "Gənclik", 1972, 135 s.;
Hacıyev Nahid. Dağlar yuxuma girir (povestlər). B., "Gənclik", 1975, 192 s.;
Hacızadə Əlibala. Təyyarə kölgəsi (roman). B., "Gənclik", 1974, 287 s.;
Həbibzadə Şükür. Yumoristik hekayələr. B., "Gənclik", 1975, 93 s.;
Hümmətov Isa. Ehtiyat qapıçı (hekayələr). B., "Gənclik", 1968, 68 s.;
Hüseynov Çingiz. Novruzgülü (povest və səfər müşahidələri). B., "Gənclik", 1969, 189 s.;
Hüseynov Isa. Kollu Koxa (povest və hekayələr). B., "Gənclik", 1969, 162 s.;
Xəlilov Qulu. Atam və mən (povestlər və hekayələr). B., "Gənclik", 1975, 309 s.;
Xəlilov Qulu. Yaşamaq istəyirəm (sənədli povest). B., Azərnəşr, 1968, 254 s.;
Ismayılov Qılman. Unutmadıqlarım (hekayə və oçerklər). B., "Gənclik", 1968, 139 s.;
Ismayılov Rauf. Son məktub (pyeslər). B., "Gənclik", 1972, 171 s.;
Kərimzadə Fərman. Ömrümüz-günümüz (povest və hekayələr). B., "Gənclik", 1969, 95 s.;
Qamarra Pyer . Qızcığaz və göyərçin (uşaq nağılları). Toplayan və tərtib edən. Əziz Gözəlov. B., "Gənclik", 1967, 24 s.;
Qarayev Zaman. Xarqo (sənədli povest). B., "Gənclik", 1967, 110 s.;
Qasımov Əlfi. Oçerklər. B., "Gənclik", 1967, 194 s.;
Qasımzadə Qasım. Aşıq gördüyünü çağırar (məqalələr məcmuəsi). B., "Gənclik", 1969, 299 s.
Qəlblərdə yaşayan insan (Azərbaycan yazıçılarının Lenin haqqında əsərləri). B., "Gənclik", 1969, 104 s.;
Qocayev Musa. Mühüm tapşırıq (povest və hekayələr). B., "Gənclik", 1972, 174 s.;
Mehdiyev Qərib. Işıq (hekayə). B., "Gənclik", 1967, 38 s.;
Mehdiyev Qərib. Rast. B., "Gənclik", 1973, 80 s.;
Mehdiyev Qərib. Yaralı mərmər (hekayələr). B., "Gənclik", 1969, 72 s.;
Məlikzadə Isi. Özgə anası (povestlər). B., Gənclik 1969, 152 s.;
Məmmədov Altay. Gülab nəfəsi (povest və hekayələr). B., "Gənclik", 1970, 155 s.;
Məmmədov Cəlal. Gəlirəm, Sagül (hekayələr). B., "Gənclik", 1974, 216 s.;
Məmmədov Vəli. Nübar (hekayə). B., "Gənclik", 1970, 16 s.;
Musa Vaqif. Od yaxud gecə mahnısı (povestlər və hekayələr). B., "Gənclik", 1973, 163 s.;
Nemət. Seyf (hekayələr). B., "Gənclik", 1969, 52 s.;
Rəhimov Oqtay. Yollarda işıq (povest). B., "Gənclik", 1971, 85 s.;
Rəhimov Süleyman. Qafqaz qartalı (roman). l kitab. B., "Gənclik", 1971, 418 s.;
Rəhimov Süleyman. Qafqaz qartalı. ll kitab. B., "Gənclik", 1973, 322 s.;
Rəhimov Süleyman. Qafqaz qartalı. lll kitab. B., "Gənclik", 1973, 436 s.;
Rza Kərim. Xan və Kəran (talış əfsanəsi). B., "Gənclik", 1970, 71 s,;
Sadıqzadə Firuz. Tüfənglə ölçülən torpaq (povest və hekayələr). B., "Gənclik", 1967, 78 s.;
Səmədov Əli. Qarlı gündə (kiçik yaşlı məktəblilər üçün povest, hekayə və nağıllar). B., "Gənclik", 1973, 80 s.;
Süleymanov Arif. Durnalar qayıdacaqmı (hekayələr). B., "Gənclik", 1973, 57 s.;
Süleymanov Manaf. Zirvələrdə (roman). B., "Gənclik", 1973, 80 s.;
Süleymanov Nəriman. Qocalar və uşaqlar (povest). B., "Gənclik", 1968, 90 s.;
Süleymanov Nəriman. Yetər nənə (hekayələr). B., "Gənclik", 1971, 20 s.;
Süleymanov Zakir. Felyetonlar. B., "Gənclik", 1968, 48 s.;
Şamil Xurşud. Ağaclar kəsilmədi (povestlər və hekayələr). B., "Gənclik", 1975, 208 s.;
Şirinov Tofiq. Bərə (hekayələr). B., "Gənclik", 1972, 56 s.;
Şıxlı Ismayıl. Mənim rəqibim (hekayələr). B., "Gənclik", 1975, 192 s.;
Torpağın səsi (Azərbaycan yazıçılarının Böyük Vətən müharibəsinə həsr olunmuş əsərləri). B., "Gənclik", 1970, 96 s.;
Vəliyev Əli. Bir cüt Tərlan (povestlər). B., "Gənclik", 1968, 315 s.;
Zeynalov Səyyarə. Mister ərəb (povest). B., "Gənclik", 1973, 106 s.;
Abdulla Arzu. Ismayıl Qarayev kimi. "Səhifələr", 2004, N 16 (16);
Babayev Aqşin. Dəyərli ərməğan (Ismayılqızı Vəsimə. Goranboy: Ensiklopedik toplu). B., "Ismayıl Nəşriyyat-Poliqrafiya Müəssisəsi", 2000. s.473–475;
Babayev Aqşin. Onunla dost idik. "Bakı", 02.02.1997;
Bəyazid Mehdi. Əmanətə xəyanət olmayanda. "Xalq qəzeti", 05.12.1996;
Cabbarlı Nərgiz. "Damcılar"dan damcılar… "Ulduz", 2005, N 12, s.40–41;
Əfəndi H. I. Qarayev haqqında. "Gənclik", 1991, N 5, s.33;
Əlimirzəyev X., Abdullayev C. Üç povest haqqında bəzi qeydlər (I. Qarayevin "O mənim anam" əsəri haqqında). "Azərbaycan gəncləri", 16.05.1965;
Əlioğlu Ələsgər. Gecələrin qoynunda mübariz. "Mübariz", 23.08.1974;
Gülxanı Pənah, Salatın Əhmədli. Azərbaycan ədəbiyyatı məsələləri. B., 2014. s.204–205;
Hacımusalı Oqtay. Gənclər yazdıqları ilə ədəbiyyatımızı zənginləşdirir. "Yeni Azərbaycan", 23.08.2006;
Hüseyn Ərşad. Dəniz düşüncələri (I. Qarayevə ithaf olunmuş şeir). "Kirovabad kommunisti", 12.08.1972;
Hüseynov Ə. Ismayıl Qarayev haqqında. "Gülüstan", 21.08.1999;
Xanəmir. 60-cı illər (Ədəbiyyatımızın dissident yazarı). 08–09.01.2004;
Isaqoğlu Vaqif. Sevgi tək ürəkdə yaşayacaqdır. "Paklıq", 10–20.12. 2004;
Ismayılqızı Vəsimə. Sənin həsrətin (Qarayev Ismayıl. Dağlar dağımdır mənim). B., "Yazıçı", 1994, s.240–244;
Ismayılqızı Vəsimə. Ismayıl Qarayev haqqında (Ismayılqızı Vəsimə. Bu, Irşad Əliyevdir). B., "Ismayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsi, 2006, s.159–160; 346–347;
Ismayılqızı Vəsimə. Qarayev Ismayıl Abuzər oğlu ("Goranboy" ensiklopedik toplu). B., "Ismayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsi, 2000, s.335–338;
Ismayılqızı Vəsimə. Müəllifdən (Ismayılqızı Vəsimə. "Goranboy" ensiklopedik toplu). B., "Ismayıl" Nəşriyyat-Poliqrafiya Müəssisəsi, 2000, s.5–12;
Ismayılqızı Vəsimə. Ölüm və ölməzlik. "Azərbaycan gəncləri", 21.07.1990;
Qarayev Qoşqar. Atam Ismayıl Qarayev. "Göyərçin", 1991, N 6, s.2;
Quliyev Tacəddin. "Goranboy" ensiklopedik toplusu haqqında ziyalı fikri (Ismayıl Qarayev haqqında). "Yeni Azərbaycan", 23.03.2001;
Mehdiyev Sərdar. Yadımda bir Ismayıl var. "Xocalının səsi", 23.08.1995, "Zaman" qəzeti, 23.08.1995;
Məmməd Arif. Keçən ilin nəsri haqqında. "Ədəbiyyat və incəsənət", 08.04.1961;
Məmmədli Nüşabə. Zamanı qabaqlayan yazıçı. "525-ci qəzet", 05.09.2004, 08.02.2005;
Məmmədov A., Həvilova K. Tap kəndi deyilən bir oymağa gəl. B., "Ismayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 1997, s.86–87;
Sərxanlı S. Qurumayan bulaqların hekayəti. "Arzu", 1998, N 2, s.2–3;
Şahmar Elbrus. Bəxtin Ismayıl qurbanı (Elbrus Şahmar. Məhəbbət Allahın əmanətidir). B., 1995, s.76–82;
Teymurov Q. Yazıçı Qarayevi tanıyırsanmı? "Mübariz", 30.05.1991;
Tofiq Mahmud. Ulduz hər zaman parıldamır (Ismayıl Qarayevin yaradıcılığı haqqında). "Ədəbiyyat və incəsənət", 22.06.1990;
Böyük xalqımızı tərənnüm edirik. "Azərbaycan gəncləri", 13.05.1962;
Ədəbi generalların tarixinə qurban gedən yazıçı: Ismayıl Qarayev. "Səhifələr", 2004, N 8 (08);
Hekayə janrına diqqət. "Ədəbiyyat və incəsənət", 07.01.1961;
Ismayıl Qarayev – Azərbaycanın dissident yazıçılarından biri. "Xalq cəbhəsi", 23.01.2004;
Ismayıl Qarayev. Biblioqrafik məlumat (Əfəndiyev Ə. Azərbaycan – 80: Biblioqrafik göstərici). B., "Çinar-Çap", 2004, s.159, 175, 181, 189;
Ismayıl Qarayev (1927–1989). "Bizim əsr", 24–30.01.2004, yanvar;
Ismayıl Qarayev. "Ekran-efir qəzeti", 04.08.1995;
Ismayıl Qarayev. Nasir, şair, publisist, tərcüməçi. "Ulduz", 2005, N 12; s.35–36;
Ismayıl Qarayev (1927–1989). "Səhifələr", 2004, N 17;
Ismayıl Qarayev. "Sxodka". "Kriminal", 04–12.10.1997;
Kəndin mənəvi həyatı (Ismayıl Qarayev haqqında). Məmmədov A., Həvilova K. Tap kəndi deyilən bir oymağa gəl. B., "Ismayıl" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 1997, s.80–83;
Yaşıl yarpaqlar. B., 1974, s.173;
Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti". 14.07.1996.
Исмаил Караев. Справочник Союза Писателей СССР. Москва, 1976, с.281;
Ata həsrəti. www.chinar-char.az/kitab/Atahes.html;
Bahar ötdü. httr://www.azeribook.com/rroza/ismayıl_garayev/Bahar_otdu.htm;
Intihar. httr://www.azeribook.com/rroza/ismayıl_garayev/Intihar.htm;
Kölgə. www.chinar-char.az/kitab/kolge.html;
Qanlı məktub. httr://www.azeribook.com/rroza/ismayıl_garayev/Qanlı_mektub.htm;
Yalandır. httr://www.azeribook.com/rroza/ismayıl_garayev/Yalandir.htm.
Hacımusalı Oqtay. Gənclər yazdıqları ilə ədəbiyyatımızı zənginləşdirir (müsahibə) "Yeni Azərbaycan", www.yeniazerbaycan.com/modules/news/article.rhr?storyid=1362;
Qərib Mehdi."Məni xatırlayın ki, yaşayım". http://yarpaq.az/az/meni-xatrlayn-ki-yasaym-yaz-ismayl-qarayev-haqqnda/ ;
Qərib Mehdi."Məni xatırlayın ki, yaşayım". http://kultur.az/?p=6932 .
A qarlı dağlar (roman);
Dağlar marala qaldı (roman);
Dənizdə bir kitab yazılır (radio pyesi);
Günlər yaman uzundur (povest);
Rizvan (roman);
Səhərə kimi (roman);
Ləkə (povest);
Yaqub (povest);
Yollar (povest).
Abdulla A. Qarayev Ismayıl kimi. "Səhifələr" qəzeti, N16, 31.08–06.09.2004;
Aqil Abbas: "Azərbaycanda bəzi yazıçıların Folknerdən, Kafkadan güclü əsərləri var…". http://www.kitabxana.net/?oper=readNews&id=434 ;
Arxa. "Kirpi" jurnalı, 12.06.1987;
"Azərbaycan gəncləri" qəzeti, 13.02.1959; 18.05.1960; 16.07.1960; 06.10.1960; 27.01.1965; 24.01.1968; 27.02. 1971; 31.08.1974; 06.02.1975; 10.06.1975;
"Azərbaycan qadını" jurnalı, 30.11. 1971;
"Azərbaycan" jurnalı, N 1 və 2, 1973;
"Azərbaycan televiziyası və radiosunun proqramları" qəzeti, 18.10.1986; 18.04.1987;
Azərbaycan tərcümə ensiklopediyası. B.,2018, s. 350–351;
"Azərbaycan pioneri" qəzeti, 23.04.1969; 30.04.1969; 07.05.1969; 14.03.1973; 03.09.1972;
Babayev A. Onunla dost idik. "Bakı" qəzeti, 02.05.1997;
Bizim analar. B., 1961. s.73;
Bir kəndin uşaqları. "Azərbaycan" jurnalı, N 10, 1990;
Böyük xalqımızı tərənnüm edirik. "Azərbaycan gəncləri" qəzeti, 13.05.1962;
"Ekran-efir" qəzeti, 04.08.1995;
Ədəbi generalların tarixinə qurban gedən yazıçı: Ismayıl Qarayev. "Səhifələr" qəzeti, N8, 06–13.06.2004;
"Ədəbiyyat və incəsənət" qəzeti, 16.04.1960; 26.08.1961; 20.01.1962; 01.04.1972;
Əfəndiyev Ə., Əliyeva Zakirə. Qələmə sarılmış ömür. B., "Çinar-çap", 2008;
Goranboy. I b., B., 2000, s.27–29;
"Gülüstan" qəzeti, 21.08.1999;
Hekayə janrına diqqət. "Ədəbiyyat və incəsənət" qəzeti, 07.01.1961;
Hüseyn Ə. Dəniz düşüncələri. "Kirovabad kommunisti" qəzeti, 12.08.1972;
Hüseynov F. Əli Nəzmi. B., 1970;
Xəlilov F. Inanırıq ki, bu da olacaq. "Mübariz" qəzeti, 15.05.1998;
"Xəzər kommunisti" qəzeti, 05.03.1961;
Ismayılqızı V. Ölüm və ölməzlik. "Azərbaycan gəncləri" qəzeti, 21.07.1990;
Ismayılqızı V. Goranboy. Ensiklopedik toplu. B., 2000, s.335–338;
Qarayev I. Həsrət. "Danışır və göstərir Bakı" qəzeti, 17.02.1990;
Qarayev I. Sxodka. "Kriminal" qəzeti, 19–21.09.1997; 4–12.10.1997;
Qarayev I. Sxodka. "Arzu" jurnalı, N2, N3, N4, 1998;
Qarayev I. Ana xəyalı. "Səhifələr" qəzeti, N11, 27.07–03.08.2004;
Qarayev I. Ata məhəbbəti. "Səhifələr" qəzeti, N15, 24–31.08.2004;
Mahmud T. Ulduz hər zaman parıldamır. "Ədəbiyyat və incəsənət" qəzeti, 22.06.1990;
Mehtiyev S. Yadımda bir Ismayıl var. "Zaman" qəzeti, 23.08.1995;
Məmməd Arif. Keçən ilin nəsri haqqında. "Ədəbiyyat və incəsənət" qəzeti, 08.04.1961;
Məmmədov A., Həvilova K. Tap kəndi deyilən bir oymağa gəl. B., 1997;
Məni tanıdınmı? Povest. "Ulduz" jurnalı, N 3–4,1992;
Mirnəsiroğlu Miryusif. Hacıqabuldan çıxan yollar. II kitab. Nurlu əməllər (Ismayıl Qarayev haqqında). B., 2000, s.446–450;
Niyə güldü, niyə ağladı? Əfsanə. "Göyərçin" jurnalı, N 6, 1991;
Papaq. "Kirpi" jurnalı, 17.09.1985;
"Pioner" jurnalı, N 2, 1969;
"Pioner" jurnalı, N 7, 1969;
"Pioner" jurnalı, 03.03.1972;
"Səhifələr" qəzeti, N18, 14–21.09.2004;
Sərxanlı S. Qurumayan bulaqların hekayəti. "Arzu" jurnalı, N 2, 1998;
Sxodka. Povest. "Kriminal" qəzeti, 19–21.09.1997; 4–12.10.1997;
Teymurov Q. Yazıçı Qarayevi tanıyırsanmı? "Mübariz" qəzeti, 30.05.1991; 04.05.1991;
Şahmar E. Bəxtin Ismayıl qurbanı. "Məhəbbət Allahın əmanötidir". B., 1995, s.76;
Şahmaroğlu Əjdər. Qartal vüqarı. Ismayıl Qarayev haqqında. B., 2001, s.27–28;
XX əsr Azərbaycan yazıçıları. Ensiklopedik məlumat kitabı. B., 2004, s.453–454;
Üzü ağlıq. "Göyərçin" jurnalı, N 2, fevral, 1986;
Yaşıl yarpaqlar. B., 1974, s. 173;
Yazıçılar Birliyində. "Ədəbiyyat qəzeti", 14.06.1996;
Yetim Hüseyn. Hekayə. "Gənclik" jurnalı, N 2, 1991;
Справочник Союза Писателей СССР. М., 1976, с.281;
Azərbaycan Ədəbiyyatı Antologiyası (Nəsr). B., 2016, s.260;