İsmayıllı Dövlət Təbiət Yasaqlığı

İsmayıllı Dövlət Təbiət Yasaqlığı – 1969-cu ilin iyulunda yaradılmışdır. Əsasən İsmayıllı, qismən də Qəbələ rayonlarının ərazisində yerləşir. Əvvəl ərazisi 34400 hektar olmuş, müvafiq dövlət qərarı əsasında isə 23438 hektara qədər azaldılmışdır.

İsmayıllı yasaqlığı
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi)
Sahəsi 23438 ha
Mütləq hündürlüyü 800 – 2250 m
Yaradılma tarixi 1969
İdarəetmə orqanı AETSN
Florası Palıd, vələs, fıstıq, göyrüş, ağcaqayın, qaracöhrə
Faunası canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan
Yerləşməsi
40°58′00″ şm. e. 48°06′07″ ş. u.
Ölkə  Azərbaycan
Rayon İsmayıllı
Yaxın şəhər Lahıc
İsmayıllı yasaqlığı xəritədə
İsmayıllı yasaqlığı
İsmayıllı yasaqlığı

Yasaqlığın yaradılmasında əsas məqsəd burada məskunlaşmış heyvanların qorunması və sayının artırılmasıdır. Bitki örtüyü alp və subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahələr əsasən vələs, fıstıq və palıd meşələrindən ibarətdir. Yasaqlığın ərazisində heyvanlar aləmi həm növ, həm də say etibarilə çox zəngindir. Burada quşlardan kəklik, bildirçin, turac, alabaxta, ular, məməlilərdən canavar, vaşaq, meşə pişiyi, yenot, çaqqal, dələ, dovşan məskunlaşmışdır.[1]

  1. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.