Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu, 2 qeydiyyatda olmayan qoruq,24 dövlət təbiət yasaqlığı, yaşı 100-dən yuxarı 2083 ağac, 37 geoloji və paleontoloji obyektlər və 15 min hektar endemik və qiymətli meşə növü sahələri vardır.
Respublikada xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 594939,1 hektardır və ümumi ərazinin 7%-ni təşkil edir.
Bununla yanaşı bir Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və Bakı Dənizkənarı Milli Park (ərazisi 80 hektar) fəaliyyət göstərirlər.
Respublika rəhbərliyinin Azərbaycanın təbii sərvətlərinin mühafizəsinə və inkişafına dair tələblərin həyata keçirilməsi ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin və həmin ərazidəki bioloji müxtəlifliyin qorunması sahəsində ardıcıl, məqsədyönlü və intensiv iş aparılır.
Artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Türyançay Dövlət Təbiət Qoruğu, Pirqulu Dövlət Təbiət Qoruğu, İsmayıllı Dövlət Təbiət Qoruğu, Qarayazı Dövlət Təbiət Qoruğu və İlisu Dövlət Təbiət Qoruğu əraziləri 36,6 min ha. genişləndirilmiş və həmin qoruqların ümumi sahəsi 70,7 min ha çatdırılmışdır, Naxçıvan MR-da Ordubad Milli Parkı (12131 ha.) və Şahbuz Dövlət Təbiət Qoruğu (3139 ha.), Şirvan Milli Parkı (54374 ha.), Ağ-göl Milli Parkı (17924 ha.), Hirkan Milli Parkı (21435 ha.), Altıağac Milli Parkı (11035 ha.), Abşeron Milli Parkı (784 ha.), Eldar Şamı Dövlət Təbiət Qoruğu (1686 ha.), Qax rayonunda Qax Dövlət Təbiət Yasaqlığı (36836 ha.) yaradılmışdır.
Şəkil | Qoruğun adı | Yerləşdiyi rayon | Sahəsi (ha) | Yaradılma tarixi |
Göygöl | Göygöl | 6739 | 1925 | |
Qızılağac | Lənkəran | 88 400 | 1929 | |
Zaqatala | Zaqatala | 23 800 | 1929 | |
Türyançay | Şəki | 22 500 | 1958 | |
Pirqulu | Şamaxı | 4274 | 1968 | |
Şirvan | Şirvan | 6232 | 1969 | |
Qarayazı | Ağstafa | 9568 | 1978 | |
Bəsitçay | Zəngilan | 107 | 1974 | |
İsmayıllı | İsmayıllı | 5778 | 1981 | |
Qaragöl | Laçın | 240 | 1987 | |
İlisu | Qax | 17 381 | 1987 | |
Şahbuz | Şahbuz | 3139 | 2003 | |
Eldar Şamı | Samux | 392 | 2004 | |
Korçay | Goranboy | 4833,6 | 2008 |
Milli parklar | |
---|---|
Qoruqlar | |
Yasaqlıqlar | |
Ramsar yerləri | |