İspaniya–Türkiyə münasibətləri — İspaniya və Türkiyə Respublikası arasındakı mövcud ikitərəfli münasibətlər.
İspaniya–Türkiyə münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrdə Habsburglar İspaniyası və Osmanlı İmperiyası Aralıq dənizində üstünlük uğrunda mübarizə aparırdılar[1][2]. 1571-ci ildə Lepanto döyüşündə İspan donanması (Venesiya Respublikası və Papa dövlətləri ilə ittifaqda) Osmanlı İmperiyasını məğlub edir. Şimali Afrikada ispanlar Bərbər quldurlarının simasında Osmanlı müttəfiqləri ilə döyüşürdülər. İspaniyada dini zülmdən qaçan konverso və səfəradlar uğursuz morisko qiyamından sonra Osmanlı İmperiyasına gəldilər. Latın Amerikasından gətirilən gümüş İspaniyada inflyasiyaya səbəb olur, daha sonra Avropanın qalan hissəsinə və hətta Osmanlı İmperiyasına yayılır. 1782-ci ildə İspaniya ilə Osmanlı İmperiyası Sülh, Dostluq və Ticarət haqqında Saziş imzalayır[3][4].
Türkiyə və İspaniya Avropa Şurası, NATO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı və Aralıq dənizi Birliyinə üzvdür.
İkitərəfli səviyyədə ölkələr arasında ciddi diplomatik ziddiyyətlər yoxdur. İspaniya Türkiyənin Avropa İttifaqına qoşulma cəhdlərini dəstəkləyir. 22 iyul 1998-ci ildə ölkələr ikitərəfli münasibətlərin inkişaf vektorunu təyin edən Birgə Fəaliyyət Planını imzaladılar. Sivilizasiyalar İttifaqı 2004-cü ildə İspaniyanın Baş naziri Xose Luis Rodriges Sapatero və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur[3].
2011-ci ildə ölkələr arasındakı ticarət həcmi 5.99 milyard avro təşkil etmişdir[5]. 2015-ci ildə İspaniya ilə Türkiyə arasındakı ticarət 8,5 milyard ABŞ dolları təşkil edir[6]. Türkiyədə 610-dan çox İspan firması vardır. İspaniyanın Türk iqtisadiyyatına yatırdığı investisiyalar təxminən 10 milyard ABŞ dolları idi[7]. 2008-ci ildə Türkiyəni 350 mindən çox ispan turist ziyarət etmişdir[8]. İspaniyada təxminən 75 türk firması fəaliyyət göstərir. 2002–2015-ci illər dönəmində İspaniyadakı türk yatırımları 143 milyon dollara çatmışdır.
İspaniyanın Ankarada səfirliyi və İstanbulda baş konsulluğu var.
Türkiyənin Madriddə səfirliyi və Barselonada baş konsulluğu var.